Bir bahar kimi başlar hər şey. Gözəl təsəvvürlər, şirin düşüncələr, zümrüddən xəyallarla… Hər gözəl başlanğıc nəticəyə varmanın ilk şərti və ilk səbəbi olması etibarilə də, zövqlü və ümidvericidir. Ancaq bir çox gözəl başlanğıc var ki, “baharı görmədən xəzana” dönər və geridə qırov basmış nə qədər yıxıq-sökük röya qoyub gedər.

Başladılan hər xeyirli iş, hər xeyirli təşəbbüs qədirbilən varislər və biri minə çatdırmağa sevdalı nəsillər sayəsində varlığa qovuşar və davamlılıq qazanar. Və əgər o fəaliyyət və təşəbbüs, bağrında boy atıb böyüyəcəyi bu ideal nəsli və bu qarasevdalıları tapa bilməsə, ayaz vurmuş kimi quruyar və yerlə-yeksan olar.

Misirdən Romaya, oradan da bütün Şərq mədəniyyətlərinə və hətta Osmanlı İmperatorluğuna qədər, bir sözlə, bütün mədəniyyətlər eyni tale yolunda doğulmuş, eyni müstəvidə inkişaf etmiş və eyni həzin aqibətlə canlı meyidə dönüb tarixə çevrilmişdir. Bir baxımdan belə olması da zəruri və təbii idi, çünki onlar özlərini var edən “öz”lərini çoxdan itirmişdilər. Bəli, bir şeyin var olması, formalaşması və kamillik qazanması üçün, nə qədər səy və cəhd lazımdırsa, canlılığını mühafizə etmək və varlığını davam etdirmək üçün də, ən az o qədər, bəlkə, daha çox səfvət (saflıq, xalisliq), özə (kökə, əslə) bağlılıq, eşq və vəcdə ehtiyac vardır.

Bir tumurcuq, bir yumurta, bir bala min bir çətinliklə ərsəyə gəlir və varlığa qovuşar. Sonra kiçik bir laqeydlik, bir az qəflət və əhəmiyyətsiz bir qəza ilə məhv olub gedər. Gedər və nə bahar gözləyən tumurcuqdan, nə o qədər müşkülləri aşaraq ortaya çıxan yumurtadan, nə də baladan əsər-əlamət qalmaz. Cəmiyyət həyatı da belədir. Məşəqqətlə əldə edilən zəfərlər; dəbdəbə və ehtişamlı mədəniyyətlər; gözqamaşdırıcı ümranlar (mədəniyyət) qəfil bir qırovla yerlə-yeksan olar, arxasınca da qəmgin bir röya, həsrətli bir xəyal qoyar.

Səbəbi nədir bu dağıntı və tənəzzüllərin? Nədəndir qarşısı alınmaz kimi işləyən bu hadisələr? Görəsən, cəmiyyəti və mədəniyyəti bu fəlakətə qarşı qoruya biləcək müəyyən təşəbbüslər göstərilə bilməzmi? Madam olmursa, bəs insanın cansızlardan fərqi nədir…?

Üst-üstə gələn bu suallar xəzandan ürkmüş bir insanın ağlına gələn sorğu-sualları əks etdirir. Bunlara bir çox sual da əlavə etmək olar.. lakin qəlblərə tərəddüd və şübhə salmamaq üçün belə bir mənzərəni təsvir etməyi uyğun görmürük.

Bəli, hər fərd kimi, hər cəmiyyətin də müəyyən bir ömrü və təqdir edilmiş bir əcəli var. Vaxtını tamamlayan hər fərd və cəmiyyət – böyük və ya kiçik bir səbəblə – əlvida deyib ayrılar. Ayrılar və heç kim onu saxlaya bilməz. Hər varlıq bu möhnət evinə bir-bir gələr, bir-bir gedər; bu gəliş və gedişdə fərdləri millətlər və dövlətlər izlər. Gələnlər bir çox çarə və tədbirlərlə gələr, lakin gedənlər sezilməz səbəblərlə və səssizcə silinib gedər.

İndiyə qədər bu qəhr edən dünya çarxının dişləri arasında minlərlə millət və yüz minlərlə mədəniyyət çeynənib getdi. Kim bilir, hələ nə qədər mədəniyyət, o diş və damaqlar arasında əzilib yox olacaq.!

"Bu bir dəvvaru-qəddardır.
Gözü gördüyünü daim yeyər
Nə şahu, nə gəda bunda,
Nə bir fərd payidar olmuş."[1] (M. Lütfü)

Lakin bu daimi dövr edən proseslərə mütləq “qədərçilik” mənasənda yanaşmaq da qeyri-mümkündür. Əksinə, bu mövzuda həm fərd, həm də cəmiyyətin üzərinə düşən bir çox məsuliyyət var. Fərd daxili müşahidə və öz-özünə nəzarət etmək; cəmiyyət də ona təhlükəsizlik içində varlığını davam etdirəcəyi bir zəmin hazırlamaqla mükəlləfdir. Fərd eşq, həssaslıq, daxili nizam və özünü hesaba çəkmədə laqeydlik göstərər; cəmiyyət də özü üçün təhlükəli amilləri başdan sezə bilməzsə, bu, o millət və o cəmiyyət üçün ölüm əlamətlərinin ortaya çıxdığından xəbər verir. Beləliklə, fərdin həm özünə, həm də yaşadığı xalqa; xalqın da fərdə nəzarət etməsi həyati əhəmiyyət kəsb edən ciddi bir məsələdir.

Bəli, sağlam bir cəmiyyət onu təşkil edən fərdlərin daxili dərinliyi və qəlbi, ruhi həyatı ilə mövcud sayılır. Və varlığını, canlılığını da ancaq onlar sayəsində davam etdirə bilər. Deyə bilərik ki, cəmiyyət tamamilə ailə atomlarının və fərd izotoplarının hal və keyfiyyətinə görə şəkillənər və buna görə istiqamətlənər.

Buna görə, fərdlərdə mövcud olan hər gözəllik, hər qiymət və hər dəyər qat-qat cəmiyyətdə əks olunar. Əksinə, onlardakı hər xoşagəlməzlik, hər çatışmazlıq da bir faciə olaraq cəmiyyətin yolunu kəsər və onda dərin yaralar açar.

Bu baxımdan, fərdləri için-için yanmış və karbonlaşmış bir cəmiyyətdə nə canlılıq, nə sağlamlıq və nə də əldə etdikləri nemət və imkanları dəyərləndirib yeni lütflərə ləyaqət qazanma və yeni üfüqlərə açılmadan söz gedə bilər. Əksinə, fərdlərdəki bu daxili parçalanma əvvəla onlarda, sonra da cəmiyyətin hər təbəqəsində zəncirvari hüsranlara gətirib çıxarar ki; bu da, o cəmiyyətin daxilən çürüyüb yox olması deməkdir.

Bunun səbəbi: "Uca Yaradan bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir" (“Ənfal” surəsi, 8/53). Yəni o camaat ona bəxş edilən nemətlərə məzhər olduğu andakı saflıq, səmimiyyət, əzm, qərarlılıq və başqalarını düşünmək.. kimi, uca xislətlərini itirməzsə, -İlahi adətə görə- o nemətlərin alınması və o cəmiyyətin dərbədərliyindən əsla söz ola bilməz. Əksinə, bir cəmiyyət onu ucaldan və dəstək olan bu üstün xüsusiyyətləri itirəndə əsas bina çökmüş və cəmiyyət sarayında təmiri mümkün olmayan çatlar meydana gələr.

Buna görə də, bizlər əsrlərlə davam edən sarsıntı və tənəzzüllərimizə xaricdə səbəblər axtarmaqdansa, insanımıza daxili müraqibə, daxilən dərinləşmə və öz-özünü kəşf etməyi tövsiyə edirik. Və yenə də, şan-şöhrət və vəzifəyə könül verməyi öldürücü zəhər sayır və xəyali zəfərlərin qənimətini bölüşmə uğrunda başlanan müharibələrə cinnət nəzəri ilə baxırıq. Və yenə də, bu uca qayəyə könül vermiş insanlar arasında şəxsi mənfəət axtaranları və şəxsi rifah arxasında olanları bu güzidə, seçkin topluluq içinə sızmış zərərli varlıq hesab edir, onlardan və düşüncələrindən uzaq durmağa çalışırıq.

Nə xoşbəxtdir gələcəyin dünyasını quran, başqalarının dərdi ilə yananlar! Nə xoşbəxtdir qüdsilər bazarında insanlıq naminə od-alova atılanlar və çarmıxa çəkilənlər! Müjdələr olsun, şəxsi həzz və zövqlərini yaşadığı cəmiyyətə fəda edənlərə!

[1] Bu hər gördüyünü yeyən dövr edər qəddar bir dəyirmandır ki, bunun önündə heç bir şah, heç bir dilənçi davam gətirə bilməz.

Sızıntı, İyul 1981

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message