Yollar qıvrıla-qıvrıla uzanıb gedər sonsuzluğa qədər. Və yolçular var bu yollarda çağlayan sular, ağlayan buludlar kimi.. sular kimi daşdan-daşa çırpılaraq axar sonsuz ümmanlara doğru. Və işıqla, hərarətlə yüksələr yüksələ bildiyi qədər.. bitib tükənmək bilməyən bu dövr, bu əbədi yolçuluq heç dayanmadan köçünü sürər gedər. Günəşlər ölkəsindən torpağın bağrına və oradan da yenidən ulduzlar aləminə köç edər bütün varlıqlar..!

Məxluqatın nəfəsi qədərdir yollar. Və hər varlıq özünəxas bir yolda yol alar hədəfinə doğru… Soxulcan sürünə-sürünə qət edər yolunu. Tısbağa addım-addım yeriyər öz yolunda. Atlar çaparaq, quşlar qanad çalaraq ötüb keçərlər öz yollarından. İldırımların ayrı bir səyahəti; günəşlərin ayrı bir axını vardır bu yollarda…

Və əsl yol, insan oğlu ilə doğulmuş, onun şüuru ilə aydınlığa qovuşmuş və onun duyğu-düşüncəsi ilə sonsuzluq qazanmışdır. Qəribə haldır ki, yolsuzluq da onunla doğulmuş və yollara baxmayaraq bir an da olsa, onun yaxasını buraxmamışdır.

Bəli, hər dövrdə ulduzlara səyahət edənlərə müqabil, bataqlıqda yol axtaranlar da əskik olmamışdır.

Əslində yol, yol salıb gedən və getdiyi yolun ədəb-ərkanını bilənlər üçün vardır. Hər gün ayrı bir həzəyanla keçib gedənlərə, yolun varlığı ilə yoxluğu birdir. Yolda yerimək təhlükəsizliyin və hədəfə varmanın ilk şərtidir. Beləliklə də, zövqlü və ümidvericidir. Lakin eyni yolun bir xeyli də, enişi-yoxuşu; dərəsi-təpəsi; sıxıntı və iztirabı vardır. Hələ bizim yolumuz, hələ bizim yolumuz..!

“Bu yol uzaqdır,
Mənzili çoxdur,
Keçidi yoxdur,
Dərin sular var.”
(Yunus)

Eşq ilə yola çıxıb rəvan olanlara; gedib rəhbərini tapanlara, dağlar dümdüz, ovalar da hamardır. Şimşək kimi aşar keçər qan-rəvan dəryaları. Cəhənnəm alovunu söndürərlər səmtinə vardıqlarında… Onların büdrəyib yolda qalmaları, yol gedərkən imtina edib geriyə dönmələri əsla mümkün deyil. “Xalqdan Xaliqə seyran edər, əsla sapmazlar. Tikanlı yolda yüyürər, tikanlara basmazlar. Ölümə, əcələ dost kimi baxar, əsla qorxmazlar. Qəbrə gülərək girər, qətiyyən ürkməzlər. Oranı əjdaha ağzı, vəhşət yatağı, heçlik boğazı görməz, əksinə oranı Dosta qovuşduran bir rəhmət qapısı, nur qapısı, Haqq qapısı görər” tərəddüd və təlaşa qapılmazlar…

Bir də, getdiyi hədəfi tərk edib dönənlər, günün günorta çağı yolunu itirənlər, bir tikana ilişib yolda qalan, bir təpəni aşa bilməyən talesizlər də var bu yollarda. Yolda getmənin ləzzətini ala bilməmiş və bu möhnət yurdunu əbədi zənn edərək iqamətə qərar vermiş belə bəxtsizlər üçün, getdiyi səkilərin ulduzlarla döşənməsinin belə bir mənası yoxdur.

Hər yolun zövqü, səfası olduğu kimi; çiləsi, iztirabı da vardır. Üstəlik bu yol sonsuzluqla qucaq-qucağa və iç-içədirsə…

Bəli, əbədi səadət bir ulufə (Osmanlılarda əsgərlərə, saray və dövlət təşkilatlarındakı kimi vəzifəlilərə üç ayda bir verilən ödəniş) olmayacağı kimi, sonsuz nemətlər də bir tapıntı deyil. Əksinə, hər səadət aşılması çox çətin təpələrin arxasında və hər nemət də, min karvansarayı olan uzun bir yolun ən son dayanacağındadır.

Bəli, hər nemət upuzun külfətlərin gəlib keçdiyi yollarda inkişaf edər və hər səadət də neçə məhrumiyyətdən sonra əldə edilər.

Misirə hökm edə bilmək üçün çəllək kimi quyuya atılmaq, bir məhbus kimi əsir bazarlarında dolaşdırılmaq və bir mücrim kimi zindanlara atılmaq şərtdirsə, bunu dəyişdirməyə heç kəsin gücü çatmayacaq. Və bunları görüb dadmadan da əsla hədəfə varılamayacaqdır.

Hikmət əlinin açdığı yolu kim dəyişdirə bilər ki..? Onu dəyişdirməyə cəhd, fitrətə və əşyanın təbiətinə müharibə elan etmək deməkdir. Bu dolmuş buludun halına, bu dünyaya övlad gətirən ananın iniltilərinə və min bir çətinliklə yuvasını hörməyə çalışan bu quşun, bu hörümcəyin səyinə diqqət yetirin! Fitrət qanunlarının hər kəs üçün eyni dəyişməzlik içində olduğunu görəcəksiniz…

İnsan ruhu da belədir. Başaşağı maddənin bağrına endiyi gündən bəri, əslinə geri qayıda bilmək üçün, qəlibdən-qəlibə girər; iztirab görər, iztirab duyar; iztirabla yoğrular və maddə ilə bütünləşərək əbədi səadətini hörməyə çalışar. “İnsan, sıxıntılar üçün yaradılmış” və yolunu yığın-yığın iztirabın gözlədiyi çiləli bir yolçudur. Onun əsl qəhrəmanlığı da yolundakı bu çətinlikləri məğlub etməsinə bağlıdır.

Ah kaş ki! Bütün bunları insanımızın ruhuna duyura bilsə idik! Keçəcəyi tikanlı yollardan, yolunu kəsən qulyabanılardan, zülmlərdən, xəyanətlərdən və önündəki qala-qala vəhşətlərdən bəhs açaraq, ona həqiqətin üzünü göstərə bilsəydik…

Bəli, bu qarasevdalıların yolunda “bir an bəlayi-dərddən cüda” qalmanın mümkün olmadığını anlamaq, həqiqətin ifadəsi və bu dərdlilər yolunun əsasıdır.

Öz insanına xidmət yolunda can atanlara bu həqiqətin izahında zərurət vardır. Əksinə, onlar bu həqiqəti anlayana qədər nə yoldan, nə də yolçudan bəhs etmək mümkün deyil.

Sızıntı, Avqust 1981

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message