Böyük himmətlərin, uca səylərin çiçəklənməsidir zəfər. Əməyin, cəhdin, iztirab və sancının pətəkləşdiyi andır zəfər!

Zəfər canlılar aləmində, xüsusilə, insanlar arasında ən şirin ümid, ən cazibədar yuxu, daim arzulanan və əsla vəslinə doyulmayan bir Leylidir. Bəşər var olduğu gündən min bir dolambac yollarla zirvələrə qalxıb onu axtarmış və nəğmələrində daim onu tərənnüm etmişdir.

Kim bilir, bəlkə də, bu hər varlığa aiddir!

Bəli, əgər insan, qulaq verib varlığın köksündəki səssiz nəğməni dinləsə, hər şeyin nəbzinin “Zəfər!” deyə vurduğunu duyacaq. Çünki bütün kainat sirli bir şövqlə, canlılar İlahi sövq nisbətində; insanlar da öz iradələri ilə daim zəfərə can atır.

Zəfər əldə etmək üçün xoruzlar bir-birinin pipiklərini al qana bulayır. Onun naminə qoçlar buynuz-buynuza gəlir, vuruşur.

Onun naminə atlar bir-birini qovar; zəfər naminə pişik və it bir-birinə diş göstərər və mırıldanar…

Bu uğurda xoşagəlməz hadisələr baş versə də, əşyanın təbiəti budur! Hər növ öz zəfər və öz hökmranlığı üçün meydan açır. Hər sinif üstünlük qazandığı və yayıldığı nisbətdə qürrələnər və xoşbəxtlik duyar.

Bəşər övladı da belədir; o da zəfərlərlə coşar, zəfərlərlə sevinər, içindən zəfər duyğusu silinəndə də, bir ağac kimi quruyar və ölər.

Ağac canlı qaldığı müddətdə meyvə verər, insan isə zəfər meyvələri ilə canlılığını davam etdirər. Zəfər duyğu və düşüncəsindən məhrum ediləndə də, tezliklə solar və yavaş-yavaş mənən sönər. Çiçəklər, yarpaqlar, yüksək ağacların təpələrində nə ifadə edirsə, zəfər nəğmələri də insan oğlu üçün eyni şey ifadə edir. Çiçəksiz ağac yalqız və qərib, zəfərsiz insan da bəxtsizdir.

Tülu Günəşin zəfəri, ona bağrını açıb Mövləvi kimi dövr etmək yerin, mənzilbəmənzil gəzib, ayda bir dəfə bədirlənmə də Ayın…

Pətək arının zəfəri, tor hörümçəyin, səmalara pərvaz etmə də quşun. Pətək həndəsəsini bilməyən arı, tor hörmə sirrindən bixəbər hörümçək və uça bilməyən quş talesizdir. Bəs, həyatında heç zəfər təranəsi eşitməmiş insan neyləsin…

Millətlər zəfərlərlə tarixə düşərlər. Mədəniyyət acı və şirin meyvələri ilə zəfər qanunları üstündə inkişaf etmişdir. Ümranlar fateh və müzəffər sərkərdələrin keçdiyi yollarda cücərmiş və varlığını da fəth və zəfərlərlə qorumuşdur.

Roma Romalı əsgərin səfər və zəfərləri ilə ehtişam qazandı.. və hər növbəti zəfərlə dövlət canlı, ordu da nizam-intizam içində idi. Nə vaxt ki, Romalı əsgər səfər və zəfəri unutdu, dövlət dəhşətli bir “miqren”ə, millət də sağalmaz bir “miyokardit”ə tutuldu. Bunun sonrası isə, daxili hərc-mərclik və qan xərçənginə mübtəla olmuş bir bədən kimi, için-içib əriyib tükənməkdir.

Afina kor düyünü açan müzəffər əsgərin çiyinlərində yüksəldi, ildırım sürəti ilə bütün dünyaya haray saldı və özünü tanıtdırdı. O da müzəffər əsgərini tarixin bağrına gömdüyü gün bütün dünyaya qapılarını bağlayıb için-için əridi…

Artıq orada da şanlı igidlər yerlərini bəzi çəlimsizlərə, həqiqi qəhrəmanlar da “əsatir”lərə verirdi. Son dərəcədə sarsılmış və zəbun olan bu dövrün Afinalısının perspektivində sadəcə keçmişdə tərk edilənlərin mozaikası vardı. Qəribə haldır ki, Qərb də onun bu jelatinli dövrünə vurulmuş və əski-üsküyə bürünmüş “Ellin”i bərbəzəklər içində İntibah mehrabına yerləşdirmişdir. Bu hərəkat isə, şəfəqində tək zəfər ulduzu olmayan Qərbin əfsanəvi bir ulduzu göylərə çıxarıb, gecələrində minlərlə ulduzun sayrışdığı bir dünyaya yamamaqdan başqa bir şey deyildi. Qərb hər zaman eyni oyunlarla səhnəyə çıxmış və eyni gözbağlayıcılığı tətbiq etmişdir. Bəli, başqalarının zəfərlərini qabardıb səhnəyə qoymaq varkən, nə gərək var zəfərin yüksək və məşəqqətli təpələrini aşmağa!?.

Anadolu insanı da öz yurdunu zəfər sədaları ilə qurdu. Belə ki, bu Vətənin hər qarışı və bu ölkədə keçən zamanın hər anı onun zəfər nəğmələrindən biri ilə tanınır, biri ilə yad edilir. İlin günü yoxdur ki, təqvim səhifələri o gündə Anadolu insanına məxsus bir neçə zəfəri göstərməsin. Yeri gələndə yüksək duyğu və düşüncələrin həvarisi kimi əlindəki haqq bəyanlarını dünyanın ən ucqar ellərinə aparması; yeri gələndə şimşək çaxan qılıncı ilə zülmə meydan oxuyaraq “başlarda gəzən” zalım ayaqları “yerə endirməsi” və yeri gələndə ümidsiz və məyus ruhlara iman və həyəcan aşılayıb, qapanan fəzilət yollarını açması Anadolu insanının mühüm zəfər amillərindən olmuşdur. O, bu amillərə ehtiram göstərdiyi müddətdə də varlığını və şərəfini qorumuşdur. Əksi baş verdiyi zaman isə “təğəllüblər, əsarətlər, təhəkkümlər, məzəllətlər…” baş alıb getmişdir.

Bir də Anadolu insanının hər şeydən məhrum edilib, boğulduğu dövrdə əldə etdiyi zəfərlər var ki, məhz onu əfsanələşdirən də bu zəfərləridir. Bəli, başqa millətlərin müdafiəyə ümidi qalmadığı ən ağır dövrlərdə biz onu bütün varlığı ilə döyüş meydanının ön sıralarında görürük.

Ölkəsinin hər yanı istila edildiyi, bütün yabançı dünyaların axın-axın üzərinə hücum etdiyi; “əski dünya, yeni dünya, bütün akvâm-ı beşer, Kaynıyor kum gibi… mahşer mi hakikat mahşer, Yedi iklimi cihanın duruyor karşısında, Ostralya’yla beraber bakıyorsun: Kanada! Çehreler başka, lisanlar, deriler rengârenk; Sadece bir hâdise var ortada: Vahşetler denk. Kimi Hindû, kimi yamyam, kimi bilmem ne belâ… Hani tâûna da zuldür be rezîl istilâ!” (M. Akif) ən qarışıq, ən ümidsiz hallarda belə onun “əhli-səlib”in yürüşlərinə sinə gərdiyinə və əcdadının ruhunu şad etdiyinə şahid oluruq.

Həyəcanlı fitrətə malik bu millətin müdafiəsi hücumundan, hücumu da müdafiəsindən geri qalmır. Duyub doyduğu uca həqiqətləri başqalarına duyurmanın dəlisi olaraq, Himalayaları aşdığı kimi, Alplara və Prenyeylərə də uzanaraq ayların, günəşlərin bir başqa doğub batdığı bu ölkələrə də işıq və ümid aparmışdır. O, bu uca vəzifəni görərkən nə qədər coşqun, nə qədər həyəcanlı idisə, qol-qanadını qırıb üzərinə hücum çəkdiyi zaman da, o qədər sərt və o qədər amansızdır.

Bir də, maddənin fövqündə, insanın öz içində, öz nəfsinə qarşı əldə etdiyi zəfərlər var ki, ən çox təqdirəlayiq və səmavi məclislərdə yerini alan da məhz budur. İnsanın öz içində, özü ilə mübarizəsində müvəffəq olması, zəfər əldə etməsi… Bu vadidə qazanılan hər zəfər insanı dərinləşdirər, çoxyönlülük qazanadırar və onu minlərlə zəfərin qəhrəmanlığına namizəd edər.

Millətimizin əsrlər boyu əldə etdiyi zəfərlər silsiləsinin təməl əsası da, qənaətimcə, elə budur. Yoxsa məhdud imkan və məhdud vəsaitlə bütün cahana qarşı aparılan mübarizədə zəfər qazanmanın ayrı izahı yoxdur.

Bəli, tariximizdəki həqiqi fateh və müzəffər sərkərdələr daim bu daxili zəfərin qanadları ilə yüksəlmiş və bunun sayəsində Xızırın söhbət məclisinə girməyə haqq qazanmışlar. “Ən böyük cihad” ünvanı ilə insanın dərununda başladılan bu mübarizə, daha sonra onun bütün davranışlarını təsir altına alar, ona məğlubedilməzliyin sirrini öyrədər. Çünki öz içində zəfər çalmış belə bir insan, maddənin və gücün bütün hoqqabazlıqlarını bir dəfəyə yıxıb məhv edər. “Tur”un sirrini ruhuna nüfuz etdirmiş bir igidin gözündə kəmiyyət bütün dəbdəbə və ehtişamı ilə keyfiyyətin zərrəsinə ram olar.

Buna görə də, bizim zəfərlərimiz və bu zəfərləri bizə hədiyyə edən əsgərlərimiz başqalarından tamamilə fərqlənir və ayrı bir məna ifadə edirlər.

Bizdə nəfsin cilovlanması, fərdin öz-özünü məğlub etməsi əsasdır. Beləliklə, nəfsinin əsir və zəbunu olan bir insan İskəndər də olsa, zavallı və acınacaqlı haldadır.

Yüksək duyğu və yüksək idealları könüllərində abidələşdirə bilməyənlər, şəxsi istək və arzularına qarşı mübarizə apara bilməyənlər, Haqqa hörmət və Haqqa qulluqdakı zövqü dərk edə bilməyənlər bütün dünyanı fəth etsələr də, əsla zəfər qazanmış sayıla bilməzlər.

Ölçülərimiz daxilində müzəffər sayılan millətə min salam olsun!

Sızıntı, İyun 1981

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message