Qürbət (Allaha yaxınlıq) yolunun dörd əsası

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Qürbət (Allaha yaxınlıq) yolunun dörd əsası

Fethullah Gülen: Kurbet yolunun dört esası

  • Cənabi-Allah çox kiçik şeylərə çox böyük işlər gördürərək qüdrət və əzəmətini göstərir, səbəb-nəticə prinsipinə görə bu cür kiçik şeylərlə böyük nəticələr əldə etməyin mümkünsüz olduğunu çatdırır, insanlara Müsəbbibul-Əsbabın varlığını hiss etdirir, böyüklüyünü ortaya qoyur. İnsan bu həqiqəti heç vaxt unutmamalı, ən böyük nailiyytələrdə belə təvazokarlıq və məhviyyətdən ayrılmamalı, Həzrəti Əlinin sözü ilə desək, insanların arasında sadə bir insan kimi ömür sürməlidir.
  • İnsanı Allaha aparan yollar məzac, məşrəb və dövrün tələblərinə görə – təməl əsas və prinsiplər istisna – dəyişə bilər. Məsələn, Məhəmməd Bahaəddin Nəqşibəndi Həzrətlərinin yolu, bildiyiniz kimi, bu dörd əsas üzərində qurulmuşdur: “Dər tariqi-Nəqşibəndi lazım aməd çar tərk: / Tərki-dünya, tərki-üqba, tərki-həsti, tərki-tərk.”
  • Yəni Nəqşibəndi təriqətinə görə dörd şeyi tərk etmək lazımdır. Bunlardan biri tərki-dünyadır. Tərki-dünya, yəni dünyanı tərk etmək heç nə qazanmamaq, mal-mülk sahibi olmamaq demək deyil. Şübhəsiz ki, mömin çalışıb-çabalayıb qazanar, ancaq bunu təkcə öz rahatlığına, yeməyinə-içməyinə, dünyəvi arzu-istəklərinə görə etməz, üstəlik var-dövlətinə, imkanlarına görə əsla qürrələnməz, həddini aşıb ədəbsizləşməz, sərvətinin köləsi olmaz. Əksinə, lazım gələndə əlində-ovucunda nə varsa, hamısını Rəbbin rizası istiqamətində sərf etməkdən çəkinməz.
  • Tərki-dünya haqqında Hz. Pirin təqdim etdiyi meyar diqqətçəkicidir. O göstərir ki, dünyanı üç səbəbə görə kəsbən (qazanc baxımından) deyil, qəlbən tərk etmək lazımdır. Buna görə, mal-mülk məsələsində əsas məsələ insanın qazancının qəlbində kök salmamasıdır. Hz. Pir dünyanın qəlbdə kök salmaması üçün də belə bir meyar verir: “Ağılı başında olan insan nə dünya işlərində qazandığına məsrur (sevincli), nə də əldən gedən şeyə məhzun olar”. Bəli, o, bir dünya malı qazananda Allaha həmd edər və bu qazandığına layiq olmağa, şükrünü yerinə yetirməyə çalışar. Bir şey əlindən çıxanda, itirəndə də yenə Allaha həmd edib: “Rəbbimə həmd olsun ki, bu dünya yükünü məndən götürdü. Çox şükür ki, bu yükün altından qurtuldum” deyər.
  • Tərki-dünyadan sonra tərki-üqba gəlir. Tərki-üqba isə ibadətü-taəti uxrəvi bir mükafata görə deyil, sırf Allah üçün yerinə yetirməkdir. Allaha qulluq edən, Onun yolunda çalışıb-vuruşan bir insanın “Allahım, mən filan qədər namaz qılır, oruc tutur və dinə xidmət edirəm. Bunun əvəzində də Səndən Cənnəti istəyirəm!” deməsi həddi bilməmək, qafillik və ədəbsizlikdir. Çünki Cənnət nemətini Allah fəzli ilə lütf edəcəkdir. Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü tahiyyat) bu həqiqəti belə izah edir: “Heç kim öz əməli ilə Cənnətə girə bilməz”. Səhabeyi-kiram: “Siz də, ya Rəsulullah?” – deyə soruşur. Allah Rəsulu:”Allah mərhəməti və fəzli olmasa, mən də girə bilmərəm” (Buhari, Merda 19). Bəli, Cənnət Allahın fəzlinin nəticəsidir. Qulluq və ubudiyyət Allahın haqqı, bizim isə vəzifəmizdir. Tərki-üqba məsələsinə məhz bu prizmadan baxmaq lazımdır. Yoxsa tərki-üqba Cənnəti istəməmək, Cəhənnəmdən qorxmamaq demək deyil.
  • Nəqşilərin üçüncü düsturu isə tərki-həstidir. Bunun mənası, insanın özünü nəfy etməsi (rədd etməsi, heç sayması), özünü düşünməməsi deməkdir. Məsələn, Allah hüzurunda namaz qılarkən insanın özündən sıyrılmaq istəməsi, özünü tamamilə silməsi tərki-həstidir. Yəni insan namaza duranda özündən sıyrılma istiqamətində elə cəhd göstərməlidir ki, “Görəsən, mən varammı, yoxammı? Əgər yoxamsa, dilimdən niyyət kəlmələri necə süzülür? Demək ki, varam. Halbuki O olan yerdə mən necə var ola bilərəm? Bir yerdə Sonsuz varsa, Onun qarşısında yalnız sıfır olmalıdır. Elə isə mənim vəzifəm sıfır olmaqdır” deyə bilsin.Bəli, tərki-həstidə insan özünü tamamilə yox, heç nə fərz edir. Bizim varlığımız Onun varlığının ancaq kölgəsinin kölgəsinin kölgəsinin kölgəsindən (
    ) ibarətdir.
  • Nəfsini tərk etməyi bacaran insanlara Allah-taala heç kimin nail olmadığı uğurlar bəxş edər. Yalnız özünü görən təkəbürlüləri də alçaldar. O baxımdan, Napoleon, Həzrəti Bilalın gördüyü işlərin onda birini belə görə bilməmişdir.
  • Axırıncısı isə tərki-tərkdir. Tərki-tərkin mənası dünyanı, üqbanı və özünü tərk edən bir insanın “Bax mən belə tariqəm (bu yolun yolçusuyam)” düşüncəsindən də uzaq olması, belə bir mülahizənin bir ləkə kimi xəyalına gəlməsinə imkan verməməsi və bütün bu tərkləri, yəni tərk etdiklərini də tərk etməsidir. Yəni tərki-tərk insanın: “Maşallah, mən dünyanı da, üqbanı da, özümü də tərk etdim!” kimi düşüncənin ağılının ucundan da keçməsinə imkan verməməsidir. Yəni bu tərk etdiklərini düşünməməli, unutmalı, ağılından silib atmalıdır. Hətta bir nəfər gəlib ona: “Sən onu tərk etdin, bunu tərk etdin!” desə, xatırlamamalıdır.
  • Lakin bu gün “özünəinam” düşüncəsi ilə ənaniyət və eqoizm ön plana çəkilmiş və bu, təhlükəli bir xəstəlik kimi yayılmışdır. Bu səbəblə Hz. Pir müasir dünyanın bu reallığını nəzərə alaraq məsələni ağılla, məntiqlə əsaslandıraraq dövrün insanına belə səslənir: “Dər tariqi əczi-məndi, lazım aməd çar çiz. / Fəqri- mütləq, əczi-mütləq, şükrü-mütləq, şövqü-mütləq, ey əziz.”
  • Bəli, ənaniyyətin çox irəli getdiyi, qabarıb köpürərək damcı ola-ola dəryaya çevrildiyi belə bir dövrdə məntiqli, ağlabatan əsasları ortaya qoymadan ənaniyəti birdəfəlik tərk etmək olduqca çətindir. Buna görə də Ustad Həzrətləri məsələnin əsas və səbəblərini də izah edərək müasir insanı əczü-fəqr, şövqü-şükür yoluna çağırır.
  • Bu yolda insan ilk öncə əczü-fəqrini qəbul və etiraf etməlidir. Çünki insana onun özünü iqtidar sahibi gördüyü yemə-içmək kimi ən bəsit işdə düşən rol belə olduqca azdır, yox səviyyəsindədir. Belə ki, əvvəla, bu mükəmməl sistemi – vücudu insana bəxş edən Allahdır. Bəli, bu ağılalmaz sistemi O qurmuş, O bəxş etmişdir. Həmçinin bu mükəmməl sistem Onun qüdrət, iradə, qənaət, inayət və riayəti ilə işləyir. Bu qədər aciz və möhtac olan insan oğlunun digər tərəfdən həyat, sağlamlıq, əbədiyyət, Cənnət… kimi hüdudsuz və sonsuz arzu-istəkləri var. Görəsən, insana Kəhkəşanlar verilsə, bu arzu və istəklərinin neçə faizini həyata keçirə bilər?
  • İnsan eyni zamanda o qədər fəqir varlıqdır ki, yüzdə bir ehtiyacını belə qarşılama qüdrətinə malik deyildir. Ustad Həzrətlərinin insanı şövqü-mütləq və şükrü-mütləqə aparan əczü-fəqr mülahizəsi məhz budur.
  • Alın tərilə qazanan mərd fədakarların və gözü-könlü tox müstəğni könüllülərin hörmətinə Cənabi-Allah dünyanın 160 ölkəsində sizə müəssisələr açıb bəşəriyyətə xidmət etmə imkanı bəxş etmişdir. Allahın lütf etdiyi xalqın sizə olan etibarının davam etməsi üçün bu müəssisələrdə çalışan adanmışların kasıb ömür sürməsi çox vacibdir. Bəli, kasıb həyat yaşayaq. Vəfat edəndə Əbu Zərr Qifari həzrətlərinə dedikləri kimi “Görən buna bir kəfən haradan tapaq?” desinlər. Mən qardaşlarımdan bunu rica edirəm. Etibarımız bundan asılıdır. Belə şeylərə könül verməyin. Allah adamı Allah dura-dura başqa şeyə könül verməz. Bu işi ayağa qaldırmağa könlünü verən insan başqa şeylərlə məşğul olmaz.
  • Digər tərəfdən, Haqq Təala əczü-fəqr şüuru ilə “bəzənmiş” bir möminə elə (fövqəladə, böyük) işlər gördürər ki, sizin heç ağlınıza da gəlməz. Hər şey o qədər yerli yerindədir ki, dövrün hadisələri qarşısında bəzilərinin onu qurtarmaq üçün müdaxilə etməsinə ehtiyac qalmaz. Bunu görən insan “Ümidsizliyə düşəsi nə var?” deyərək şövqlə hərəkət edər. “Niyə şükür hissi ilə Onun yolunda getməməliyəm ki!” deyib şövqlə şahlanar. Sonra da leysantək yağan nemətlərə təhdisi-nemət mülahizəsi ilə baxaraq həyəcanlanar və bu yolda ömür boyu sürətini azaltmaz.
  • Ustad Həzrətlərinin insanı şövqü-mütləq və şükrü-mütləqə aparan əczü-fəqr mülahizəsi məhz budur. Yoxsa fəqirlik və acizlik deyəndə, söhbət maddi imkansızlıqdan, insanın heç dünya malına malik olmamasından getmir. Bəli, Hz. Pirin ortaya qoyub izah etmək istədiyi acizlik və fəqirlik insanın öz bəşəri reallığını nəzərə alaraq nəyə malik olduğunu və nə qədər aciz olduğunu görüb dərk etməsi deməkdir. Əgər bu dərk edilsə, qəlbdəki nöqteyi-istinad və nöqteyi-istimdat tam şəkildə hiss olunacaq və insan onu Haqqa aparan, Allahla münasibətini dərinləşdirən kəsə yola qədəm qoymuş olacaq.
  • Bədiuzzaman həzrətləri açdığı yolun dörd düsturuna şəfqət və təfəkkürü də əlavə edərək onu təkmilləşdirir. Sözügedən digər yolları yaxşı qavrayıb həyata keçirmək üçün bu iki əsas də vacibdir.

Qürbət – Allaha yaxınlıq.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message