Keçmiş, bu gün və gələcək

Fəthullah Gülən: Keçmiş, bu gün və gələcək

Sual: Keçmiş, bu gün və gələcəyə mahruti (konik) baxış bucağı ilə baxmağın zəruriliyindən bəhs edirsiniz. Bu həqiqəti fərdi və ictimai həyatımızda necə əks etdirə bilərik?

Cavab: Yaşadığı anların çərçivəsindən kənara çıxa bilməyən insanlar keçmiş, bu gün və gələcəyi bir bütöv kimi deyil, zamanın fərqli kəsimləri kimi görürlər. Zamanın fövqündə yaşayanların nəzərində isə bu üç məfhum bir vahidin üç ayrı üzüdür. Hər şeydə cismani həzləri meyar götürənlər

Bir keçmiş gün üçün bihudə fəryad etmə,
Bir gələcək günü boşuna yad etmə,
Keçmiş, gələcək nağıl həp,
Əylənməyə bax, ömrünü bərbad etmə!

düşüncəsi ilə ancaq bu günü sərazad (ürəkləri istəyən kimi, azad, qayğısız) yaşamağa üstünlük verirlər. Ancaq qəlbin və ruhun üfüqlərində pərvaz edən insanlar bu üç zaman kəsimi arasında fərq qoymaz və birini o birinə qurban verməzlər. Çünki bu zaman diliminin birinə edilən biganəlik o birilərinə mənfi təsir göstərər. Məsələn, keçmişindən qopub uzaqlaşan və bu günündən səmərəli istifadə etməyən insanların yeni bir gələcək qurması mümkünsüzdür. Bir mənada keçmişinə bağlı olan Yəhya Kamal Ziya Gökalpın “Xarabisən, xarabati deyilsən, gözün mazidədir ati deyilsən[1]” beytinin müqabilində “Nə xarabi, nə xarabatiyəm / Kökü mazidə olan atiyəm” demişdir.

Keçmişdən güc alıb gələcəyə doğru sürətlə addımlamaq

Gələcəyə dair təsəvvür və xəyalları olan insanlar üçün keçmişdə bir çox ümidverici və insanı həyəcana gətirən gözəl nümunələr var. Qurani-Kərim və Sünnədə keçən peyğəmbər qissələri bunun ən bariz nümunəsidir. Ən parlaq nümunə isə Həzrəti Sultanül-Ənbiyanın (sallallahu aleyhi və səlləm) həyatıdır. Məlum olduğu kimi, O (sallallahu aleyhi vəsəlləm), bəşəriyyətin zülmət qaranlığa qərq olduğu, amansız vəhşətin, qəddarlığın və cəhalətin tüğyan etdiyi bir dövrdə yer üzünə şərəf gətirmişdi. Cahiliyə dövrünün insanları “Kiməm, haradan gəlmişəm, haraya gedirəm?” suallarının cavabını bilmirdi, üstəlik bilmədiyindən də xəbəri yoxdu. Həmçinin hər yerə qəddarlıq və despotizm hakim kəsilmişdi. Güclü zəifi əzir və xalqa fikirlərini zorla yeridirdi. Cəmiyyətin duyğu, düşüncə və hisləri çirklənmişdi. O qaranlıq mənzərəni Akif belə təsvir edir:

Sırtlanları keçmişdi bəşər yırtıcılıqda,
Dişsizmi bir insan, onu qardaşları yerdi,
Fövza bütün afaqını sarmışdı zəminin,
Salqındı bu gün Şərqi yıxan təfriqa dərdi.

İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir həmlədə “qeysərlər”i və “kisralar”ı diz çökdürüb bəşəriyyəti bu zülmətdən qurtardı. Bəli, müasir informasiya və telekommunikasiya imkanlarının, radio, qəzet, televiziya və internetin olmadığı, hər şeyin şifahi şəkildə ötürüldüyü bir dövrdə Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Allahın izni və inayəti ilə çərək əsirdə böyük inqilab həyata keçirmişdi. Seyyid Qütb bu möhtəşəm hadisəyə heyrətlə baxaraq bildirmişdi ki, Rəsuli-Əkrəmin və səhabələrin gördüyü işləri ancaq Quranın bir möcüzəsi kimi izah etmək olar. Əgər keçmişə bir güc mənbəyi kimi baxıb ondan istifadə edilsə, bu nəticəyə gəlmək mümkündür: keçmişdə belə bir dirçəliş dövrü olubsa, bu gün də mümkündür!

Səadət Əsrindən sonrakı dövrlərdə də insana ümid və güc verən hadisələr var. Məsələn, müsəlmanlar gücləndikcə müxtəlif düşmənlərlə üz-üzə gəlmişlər. Bir tərəfdən monqolların hücumlarına məruz qalmış, bir tərəfdən də səlib orduları ilə qarşılaşmışlar. Biri gedib o biri gəlib. Ancaq Allahın izni və inayəti ilə gələn düşmənlər İslamın sarsılmaz qalasını keçə bilməyib geri dönmüşlər. Alparslan həzrətləri, Qılınc Arslan, Səlahəddin (Allah onlara mərhəmət etsin və bağışlasın) onları darmadağın etmişdir. İslam ümməti olaraq dəfələrlə kəfəni boynumuza keçirmişik, ancaq ölüm saçan girdablar, Allahın izni ilə, gül bağına dönmüşdür. Düşmənlərin hücumları ilə üzləşdiyimiz bir vaxtda bu əngəlləri bir daha dəf edərək niyə təzədən dirçəlməyək?! Niyə bəşəriyyətin üzü bir daha gülməsin?! Niyə millətimiz dövlətlər arasında layiqli yerini tutub haqq və ədaləti bərqərar etməsin?!

“Tarixin ağ və qara – bütün səhifələrini oxumalı, amma keçmişin kin və nifrətini bu günə gətirməməliyik!..”

Tarixə bu gözlə baxsaq, Cənabi-Allahın Söyüdün bağrında bir tırtılı kəpənəyə necə çevirdiyini görərik. Bir neçə yüz çadırdan ibarət bir ovuc insan heç yüz əlli il keçmədən dünyanın taleyinə hakim olmuşdu. Belə ki, qərb aləmi Dövləti-Aliyəyə “Osmanlı imperatorluğu” deməyə başlamışdı. Bu da bir etirafdı. Çünki Dövləti-Aliyə bir vaxtlar hücuma keçən səlib ordularını geri oturtmuş, Avropa qitəsinə doğru sıxışdırmışdı.

Tarixdə meydana gələn bütün bu hadisələri – arxa fonu ilə birlikdə – düzgün qavramaq və onlardan ibrət götürmək lazımdır. Həzrəti Müaviyə tarixi hadisələri araşdırması ilə digər səhabələr arasında seçilirdi. O, köməkçilərinə tarix oxutdurub onlardan biliklər öyrənər və keçmişin hadisələrindən ibrət götürərmiş. Həzrəti Müaviyə haqqında dediyim sözləri qəribə qarşılamamaq lazımdır. Çünki Həzrəti Əlinin haqlı olduğunu deməklə yanaşı, Həzrəti Müaviyə də bir çox faydalı işlər görmüşdür. Məsələn, onun dövründə, Allahın izni və inayəti ilə, müsəlmanlar Roma imperiyasını diz çökdürmüşlər.

Doğrusu, bütün hadisələr eyni məcrada axıb getməsə də, tarix təkrar olunur. Əgər keçmişi düzgün dərk edib təkrar edən tarixi hadisələrdən ibrət götürərək bu gündən faydalansaq, əngəlləri dəf edərək mənzilbaşına çata bilərik.

Ancaq keçmişə xəzinə gözü ilə baxıb ondan faydalananlar bu məqama diqqət etməlidir: bir cəmiyyətin fərqli kəsimləri olaraq, ola bilsin ki, keçmişdə xətaya yol verib bir-birimizi incitmiş, rəncidə etmiş, bir-birimizin qəlbini qırmışıq. Bu cür hadisələri roman və filmlərdə olduğu kimi təsvir etmək və beləcə olub-keçən hadisələri təkrar “xortlatmaq” və münaqişələri körükləmək, fikrimcə, doğru deyil. Şübhəsiz ki, bu hadisələrin hər biri bir faktdır, tarixi reallıqdır, bunu inkar etmək olmaz. Amma bunlardan kimlərinsə əleyhinə istifadə etmək və münaqişələri təkrar körükləmək doğru deyil. Bu o demək deyil ki, tarixin təkcə ağ səhifələrinə baxaq! Əksinə tarixi acılı-şirinli – bütün hadisələrini tədqiq etməli və beləcə eyni xətaları təkrarlamamağa çalışmalıyıq. Yəni biz keçmişin ağrılı-acılı dövrlərini də təhlil etməli, çətinliklərin öhdəsindən necə gəldiyimizi öyrənməli, ancaq tarixin kin və nifrətini bu günə gətirməməli, məsələyə şəfqətlə yanaşıb bu kimi ibrətamiz hadisələrdən bu günün və gələcəyin işıqlandırılmasında istifadə etməliyik.

Gələcəyə dair təsəvvürü olmayanın gələcəyi yoxdur

Gələcəyə gəlincə, axirətə inanan bir insan önündə sabahdan başlayıb əbədiyyətədək uzanan bir gələcək görür. Kef-damaqla ömür keçirənlər isə nə keçmişi, nə də gələcəyi düşünürlər. Onlar keçmişi qurcalayaraq həqiqətləri öyrənəcəklərinə inanmadıqları kimi, gələcəyi düşünməklə keflərini pozmaq da istəmirlər. Haqq yolunun fədakar insanları isə həm keçmişə, həm də gələcəyə böyük əhəmiyyət verirlər. Onların gələcəyə dair ümidləri, xəyalları, məfkurə, təsəvvür və idealları vardır. Ancaq bəzilərinin iddia etdikləri kimi, bu qayələrin məqam-mənsəb və dünyəvi imkanlar əldə etməklə heç bir əlaqəsi yoxdur. Əksinə onların qayəsi hər yerdə haqq və ədaləti bərqərar etmək, sülh və əmin-amanlığı təmsil etmək, bütün dünyaya qardaşlıq duyğusunu daddırmaq, qloballaşan dünyada birgəyaşayış mədəniyyətini inkişaf etdirmək və beləcə hər yanda sevgi dolu dünya qurmaqdır. Nurlarda da qeyd edildiyi kimi, əgər insanın belə bir qayəsi olmasa, “zehinlər (şüurlar) ənələrə (eqoya) dönüb ətrafda gəzər”. Ənaniyyətin altında əzilən fərdlər isə hər şeyə eqoist hislərlə baxar, hər şeydə şəxsi mənafeyini güdər və cismani zövq-səfadan başqa bir şey düşünməzlər.

Halbuki insan “əhsəni-təqvim”də xəlq edilməklə şərəflənmişdir. O, həm dünəndir, həm bu gün, həm də sabah. Bu səbəbdən də gələcəyə dair ümid və idealları olmalıdır. Əks halda, Allah eləməsin, eqosunun toruna düşüb ya eqoist olar, ya eqosentrik olar, ya da alqışlarla ağlı başından çıxan, gözləri qamaşıb başı hərlənən narsistə çevrilər. Gələcək idealları olan bir insana gəlincə, qarşınızda dirçəliş timsalı, diriliş qəhrəmanı və abidə şəxsiyyət görərsiniz. O, ruhunun ilhamlarını daim başqalarına ötürməyə çalışar. Gələcək plan və layihələrini indidən hazırlayar və həyata keçirmək üçün gecəni gündüzə qatar.

Zamanın qızıl parçası – bu gün

İnanan insan üçün bu gün də, yaşadığı anlar da, saatlar da çox vacibdir. O, bu günü zamanın qızıl bir parçası kimi görür, Cənabi-Allahın ona lütf etdiyi imkanların zərrəsini də fövtə vermədən zamanın qızıl dilimində dəyərləndirməyə çalışır. Əslində hamımızı bu nöqtəyə, bu yerə sövq edən və bu yerdə saxlayan Cənabi-Allahdır. Bizim vəzifəmiz də verilən imkanlardan ən səmərəli şəkildə istifadə etməkdir. Belə ki, bizi aparıb yalın qayalıqlara atsalar, çəkic-mismar tapıb qayadan torpaq çıxarmağa çalışmalıyıq. Sonra da dostlara: “Yuxarı üç ədəd toxum göndərə bilərsiniz?” deyə səslənməli və qayaları belə yaşıllaşdırmağa çalışmalıyıq. Yəni mömin sərt qayalardan belə Həzrət Musa kimi, su çıxarmağı, torpaq tapmağı və qayanın üstünə belə toxum əkməyi bacarmalıdır.

Bəli, insan əlindəki imkanlardan yararlanmaqda dunhimmət (cılız qayəli) olmamalıdır. Hər bir insan vəzifəsindən, məqamından asılı olaraq müəyyən işlər görə bilər. Bu gün hər kəs Allahın lütf etdiyi nemətləri İslamın yayılması uğrunda sərf etməli və bu işdə əlindən gələni əsirgəməməlidir. Hətta bu qüdsi yolun yolçuları tez-tez özlərini sorğu-suala çəkməli və: “Görəsən, mən bu gün Allahın mənə bəxş etdiyi imkanlardan yararlanaraq öhdəmə düşən vəzifəni istənilən səviyyədə yerinə yetirirəmmi? Yoxsa miskinlik mərəzinə yoluxmuş bir xəstəyəmmi?

Xülasə, gələcəyin “fikir işçiləri” əllərindəki imkanları yaxşıca analiz etməli, bu imkanlarla hansı işləri görəcəklərini dəqiq müəyyənləşdirməli və ideallarını gerçəkləşdirməkdə bu imkanlardan səmərəli istifadə etməlidir. Onlar ən çətin şəraitdə belə mümkünsüz görünən işləri öhdələrinə götürərək bu gündən yararlanmalı və Allahın izni və inayəti ilə bəşəriyyətə yeni baharlar gətirməlidir.

[1] Mey içirsən sərxoş deyilsən, gözün keçmişdədir, ancaq gələcək deyilsən”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message