Osmanlıda fütüvvət ruhu

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Osmanlıda fütüvvət ruhu

Sual: Xüsusilə Qərb tədqiqatçı və ziyalıları Osmanlını əsrlər boyu var edən ən böyük amilin “müharibə iqtisadiyyatı” olduğunu deyirlər. Dolayısilə də, cihada hər an hazır olmalarını bu amilə bağlayır və Osmanlı tarixini “müharibələr tarixi” şəklində təsvir edirlər. Əfsuslar olsun ki, bəzi bizim tarix kitablarımız da Osmanlıya, ümumiyyətlə, bu tərzdə yanaşır. Bu mövzudakı mülahizələrinizi bölüşə bilərsinizmi?

  • Təəssüf ki, Osmanlı tarixi, ümumiyyətlə, “müharibələr tarixi” kimi təqdim edilmişdir. Qəlblərdəki qəhrəmanlıq duyğusu da –xüsusilə, zəfər nöqteyi-nəzərindən– bundan gizli və uşaq kimi sevinc duyulmasına səbəb olmuşdur. Dolayısilə də, məsələnin pərdə arxası və həqiqi mahiyyəti ön plana çıxarılmamış, hətta “yalan deyən tarix” Osmanlı Sultanlarının, demək olar ki, hamısını qaralamağa çalışmışdır. (01.05)
  • Bəzilərinə görə, Osmanlının həqiqi tarixi yazılmamış, yazıla bilməmişdir. Bəzi tarixçilər də bu çatışmazlığa görə: “Bəzi millətlər tarix yazar, bəziləri isə tarix qurar; Osmanlı tarix quran millətlərdəndir” təsəllisinə sığınmışdır. (04.03)
  • Osmanlının süqutundan sonra başda Osmanlı coğrafiyası olmaqla bütün dünyaya yayılan zülm, qarışıqlıq və hərc-mərclik nəzərə alınsa, bu Dövləti-Aliyənin qiyməti daha yaxşı bilinəcək və açıq-aydın görüləcək ki, o böyük dövlət yalnız müharibələrdə əldə edilən qənimətlərlə var olmamış, böyük bir dövlət fəlsəfəsi ilə əsrlər boyu tutduğu zirvəni qoruyub saxlamışdır. (06.33)
  • Demək olar ki, hər millətin həyatında iman və eşq, elm və sənət dövrləri olur. İman və eşq dövrünün keyfiyyəti və həyəcanı azala-azala elm və sənət dövründə bitib tükənməyə üz tutur. (12.50)
  • Dünyanın dörd bir yanına gedən fədakar ruhlar getdikləri yerlərdə yaşadıqları hadisələri mütləq təfərrüatla qeydə almalı, daha sonra da onları xatirə, roman və ya tarixi əsər şəklində kitablaşdıraraq gələcək nəsillərə əmanət etməlidir. Bu qeydlər təkrarlanan tarixi hadisələri daha yaxşı anlama, dövrü şərh etmə və istiqbala hazırlanma baxımından gələcək nəsillər üçün faydalı olacaq. (15.41)

Sual: Osmanlının yüksəlməsində və uzun müddət zirvədə qalmasında ən böyük faktor nədir? Üstəlik, Osmanlı dövründə çox az fikir və elm adamı yetişdiyini iddia edənlər bunu həmişə tənqid etmişlər, bu tənqidlərin həqiqət payı varmı? Məsələni hər dövrün şərtlərinə və çağdaş nəslin vəzifələri nöqteyi-nəzərindən dəyərləndirə bilərsinizmi? (20.20)

  • Osmanlının yüksəlişində və uzun müddət zirvədə qalmasında “Dövləti-əbədi-müddət” idealının və tarix şüurunun təsiri ola bilər, lakin məsələyə irqi yöndən yanaşmaq və sadəcə bunlarla bağlamaq çox yanlışdır. (20.45)
  • Osmanlının yüksəlişində əsas amil ileyi-kəlimətullah eşqi və dini əhya sevdasıdır. (23.22)
  • Dövləti yarım əsrə yaxın idarə etmiş, lakin yoldan sapmamış bir insan olan Qanuni Sultan Süleyman canını Allaha müharibə meydanında təslim etmək istəyirdi və elə də oldu; Hümayun Səfərində, ordusu Ziqətvar qalasının önündə ikən ruhunu təslimi etdi. Mənqibəyə görə, Qanuni son günlərində Əbussuud Əfəndiyə bir sandıq verir, bu sandığın da onunla birlikdə basdırılmasını vəsiyyət edir. Üləma arasında aparılan müzakirələr nəticəsində dinimizdə əşya ilə insan basdırmaq caiz olmadığına görə sandıq qəbrə qoyulmur. Sandığı açan alimlər onun içində Qanuninin hökmlər üçün Şeyxulislamdan aldığı fətvalar olduğunu görürlər. Bunu görən Əbussuud əfəndi ağlayaraq: “Sultanım, sən qurtuldun, bəs biz nə edəcəyik…” deyir. (25.45)
  • Öz dövründə bir bayraqdara çox ehtiyac vardı və Osmanlı İslam bayrağına bayraqdarlıq missiyasını öz öhdəsinə götürmüşdü. Osmanlının ard-arda zülm və xəyanətlə üzləşdiyi, İslam aləminin müstəmləkəçilər tərəfindən yerlə-yeksan edildiyi, fikir və düşüncənin məhv edildiyi, bütün bunların yerində Osmanlıya lənət və vəfasızlıq mirasının qoyulduğu dövrdən sonra Malik bin Nəbinin: “Əgər İslam dünyasının şimalında Osmanlı olmasa idi, bu gün İslam aləmi də olmazdı. Osmanlı olmasa idi, bu gün yer üzündə müsəlmanlıq da qalmazdı” sözləri də bu həqiqəti ifadə edir. (28.33)
  • Cənabi-Haqq hər dövrdə o dövrün şərtlərinə görə insanlar göndərmişdir. Osmanlıda böyük fikir və elm adamlarının yetişmədiyini və ya çox az yetişdiyini deyənlər məsələyə hər dövrün özünə xas ehtiyaclarını nəzərə alaraq baxmalıdır. (30.47)
  • Bu cümlədən, tədvin dövründə görülən işlər çox dəyərlidir, çünki o dövrün faqihləri fiqhin kitablaşdırılması, hədisçilər sünnənin hifz və təsbit edilməsi, kəlamçılar əqaid məsələlərinin möhkəmləndirilməsi, təfsirçilər Quran və Quran elmlərinin yazılması ilə məşğul oldular hər biri öz sahəsində heç bir qarışıqlığa imkan vermədən İslam dininin həqiqətlərini təsbit edib ortaya qoydular. Lakin bu gün tədvin dövründə görülən işləri təkrar görməyə çalışmaq, həmin dövrü təqlid etmək zamanı düzgün anlaya bilməməkdir, çünki bu günün ehtiyacları çox fərqlidir. (36.45)
  • Yaşadığımız dövrdə ümməti-Məhəmmədin (əleyhissəlatu vəsəlləm) vəzifəsi və görüləsi ən əsas iş əngin bir vicdanla dünyaya açılmaq, qəlbdə hər insana bir kürsü ayırmaq, hər kəsi şəfqətlə qucaqlamaq və həqiqətlərlə qəlblər arasındakı maneələri qaldıraraq bəşəriyyətin əbədi qurtuluşuna zəmin hazırlamaqdır. (42.45)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message