Hüzn və iztirab ən məqbul duadır

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Hüzn və iztirab ən məqbul duadır

İndiki dövrdə İslam aləminin ürək yaxan vəziyyəti qarşısında çarəsizlikdən hüzn duyma Allaha inamın, Qurana bağlılığın, Əfəndimizə “Muhammədun Rəsulullah” demənin gərəyidir.

Hər mömində daim belə bir hüzn olmalıdır. Dövr gülüb-oynama dövrü deyil. Ana və atasını bir gündə itirən, eyni gündə torpağa tapşıran bir insan şən-şux dəf çala, gülüb oynaya bilərmi? Bu, onun ağılsızlığının dəlaləti olmazmı? Halbuki hal-hazırda müsəlmanlığın məruz qaldığı xəyanət və təzyiqlər ana-atanın, ailənin, uşaqların hamısının birdən ölməsindən daha böyük fəlakətdir.

Elə isə, heç olmasa günün müəyyən vaxtlarında bu zülmü yada salma, bu haqda təfəkkür etmə, qurtuluş üçün hüznlü dualarla Rəbbimizə yalvarma Allaha səmimi qəlbdən imanın və ixlaslı olmanın gərəyidir. Bu səbəblə, belə bir dövrdə hüzn, o hüznə bağlı iztirab Kəbədə edilən dualardan daha məqbuldur. Bəli, qənaətimcə Ərafatda əl açıb dua etməkdən daha böyük bir dua varsa, o da Məhəmməd ümmətinin dərdi ilə gecələri səccadəyə gedib “Nə olar Allahım, ümməti-Məhəmmədi bu zillətdən qurtar” iniltisi ilə edilən duadır.

Hüznlə təfəkkürün kəsişdiyi, iç-içə girdiyi mövzulardan biri də aqibət qorxusudur. Məsələn, inanan bir insan: “Məni aqibət gözləyir, görəsən, bu sui-aqibətmi, yoxsa hüsnü-aqibətmi? Görəsən, indiyə qədər müsəlman kimi özümü qoruya bildimmi, bəs bundan sonra qoruya biləcəyəmmi?” duyğu və düşüncəsində olmalıdır. Belə insan isə daim hüznlüdür, kədərlidir. Belə bir hüznün gərəyi də daim təfəkkürdür. Yəni bu mömin: “İmanda necə dərinləşim, mərifətdə necə ənginləşim, məhəbbət və zövqü-ruhanidə Allahla necə irtibatda olum ki, sui-aqibətimi hüsnü-aqibətə çevirim?” dərdi, iztirabı və hüznə qərq olduğu nisbətdə onu təfəkkürə sövq edəcək.

Belə bir təfəkkür hüzn mənbəli, hüzn tələvvünlü bir təfəkkürdür. Buna böyüklər səhər-axşam: “Allahummə ahsin aqibətəna fil-umuri külliha və əcirna min hizyid-dünya və azabil-axirati- Allahım! Bütün işlərimizin axırını gözəlləşdir! Bizi dünyada rəzil-rüsvay olmaqdan və axirət əzabından qoru!” duasını etmişlər.

Təfəkkür və duanı ümuma yaymaq lazımdır

Ancaq mən burada mövzu ilə bağlı vacib bildiyim bir məsələni vurğulamaq istəyirəm. Əlbəttə ki, şəxsi aqibətimizi təfəkkür edib hüznlənmək kiçik məsələ deyil. Lakin şəxsi aqibətin hüzn və təfəkküründən daha çox, məncə, əsas olan ruhumuzdakı bu hüznü, ağlımızdakı bu təfəkkürü başqalarına da aşılamaq, dərd bildiyimiz əsasları aləmin dərdinə çevirmək, təfəkkür və hüznü hər kəsin ruhuna duyurmaq və beləcə bu mənəvi duaları külli bir duaya çevirə bilməkdir.

Çünki xüsusilə, ümuma aid məsələlərdə duaların qəbulu həmin duanın külliliyi ilə çox əlaqəlidir. Bildiyimiz kimi, Cənabi-Haqq insanın tək etdiyi duanı da qəbul edir. Bir mömin şəxsi diləyini Allahın lütf edəcəyinə inanaraq qəlbən, səmimiyyətlə istəsə, Cənabi-Haqq onun istəyinə cavab verər. Lakin bu da yaddan çıxarılmamalıdır ki, külli dualar çox nadir hallarda qəbul edilmir. Bu səbəblə, hüzn və təfəkkürün Allah nəzdində daha da qiymətli olması onun ümumiləşdirilib hər kəsin işi, məsələsi halına gətirilməsi ilə bağlıdır.

Mənə görə hüzn və iztirab ən səmimi dualardan daha böyük duadır. Üstəlik bu hüzn və iztirab başqa insanların imanı, başqalarının əbədi həyatını qurtarmaq üçün çəkilirsə. Demək olar ki, bu düşüncə ilə bir dəqiqəlik iztirab yüz qurban kəsməkdən, bir neçə nafilə həcdən daha bərəkətli əməldir. Səmimi qəlbdən ah çəkənin hər ahına cavab verilmişdir. Ona doğru yüksələn heç bir səmimi səs-səda cavabsız qalmamışdır, yetər ki, bizim səsimiz səmimi olsun.

Peyğəmbər Əfəndimizə (s.ə.s.) “Hüzn Peyğəmbəri” deyilməsi necə də mənalıdır! Çünki O, daim hüznlü idi. İnsanlarla qarşılaşanda sırf onlar üçün təbəssüm edirdi. Busirinin Qəsideyi-Bürəsində ifadə etdiyi kimi, çöhrəsində təbəssüm vardı. Lakin gülməyə gəlincə O, həyatı boyu üç dəfə gülmüşdü.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message