Kompüter oyunları və internetin zərərləri

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Kompüter oyunları və internetin zərərləri

Sual: İnternet aludəçiliyi dünya ədəbiyyatına bir xəstəlik kimi daxil oldu. İnternetlə oynanılan oyunlar uşaqlarımıza da çox təsir edir. Bu problemin uşaq sağlamlığına və ailə mühitinə mənfi təsirinin qarşısını almaq üçün başda ailə olmaqla pedaqoq və din adamlarının üzərinə hansı vəzifələr düşür?

  • Əsrimizin bir çox problemi var: İnamsızlıq problemi, fitrətində inanmama problemi, nəzəri imanı əməli imana çevirə bilməmə problemi, mərifətə (ürfana) laqeyd olma problemi kimi. Bu məsələ də dövrün bir problemi. (02:00)
  • Bu problemi həll etmək tamamilə texnologiyaya qarşı çıxmaq deyil. Əsl məsələ texnologiyaya və texnoloji vasitələrə hakim olub onu düzgün istifadə etməkdir. (03:30)
  • Türkiyədəki bir sıra psixoloq və pedaqoqlar bu problemlə məşğul olmalı və həll yolu axtarıb tapmalıdır. (06:00)
  • Onların ortaya qoyduğu layihələr Radio-Televiziya Şurası və Təhsil Nazirliyi kimi orqanlara təqdim edilməli və bir cəmiyyəti xilas edən müştərək planlar hazırlanmalı (07:30)
  • Heç olmasa internetdə zərərli yerlərə gedib çıxmanın qarşısı alınmalı. Təhsil Nazirliyi və Radio-Televiziya Şurası kimi orqanlardan sənəd alınmalı. (09:20)
  • Digər tərəfdən toplumdan bu məsələ ilə bağlı bir şikayət də gəlmir. İnsanlar bundan rəsmi orqanlara şikayət etməlidir. (10: 15)
  • Ailələr uşaqlarını kitab oxuma kimi fərqli şeylərlə məşğul etməli və onların internet evlərinə (kafe) getməsinə mane olmalıdır. Öz evlərində internetə abunə olacaqsa, ona mütləq nəzarət etməlidirlər. (11:00)
  • Məsələnin uzunmüddətli perspektivdə həll olunması millətimizin dövlətlər arasında müəyyən bir mövqeyə gəlməsindən asılıdır. Osmanlıdan bir nümunə… (13:30)
  • İnternet vasitəsilə başqaları ilə görüşüb danışma (chat) üzündən ailələrdə problemlər çıxmağa başladı. Yıxılmış evlər tanıyıram mən.. bir cənnət yuvası bir heç uğrunda cəhənnəmə dönür. (16:00)
  • Biz də bu məsələdə bir-birimizə kömək etməliyik, gördüyümüz nöqsanları üsuluna uyğun aradan qaldırmalayıq. (18:00)
  • Tək qalan insana şeytan müsəllət olar. Yoldaşlarımızı tək qoymamalı və onlara məşru (halal) məşğuliyyətlər tapmalıyıq. (20:00)
  • İnternet və televiziyala aldığımız informasiyanı məniməsməyimiz çox çətindir. Elm sahibi olmaq yalnız kitab oxumaqla mümkündür, çünki kitabı tənqidlə və şərh edə-edə oxumaq imkanı vardır; (22:00)
  • Kitabın yeri çox fərqlidir. Bir mələk kimidir kitab və bir ilham qaynağıdır. (23:00)
  • İnternetin informasiya baxımından yeganə müsbət xüsusiyyəti məlumatın sürətli təminatıdır. Bu da bizə informasiyanı mənimsətmir. (25:00)
  • Şəxsən telefon və kompüterdən istifadə etməyi bacarmıram. Mən qələmimə heyranam. Onları işlətsə idim, bilmirəm?!. Nəfsimdən əmin deyiləm!.. (27:00)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message