Gürcüstandan Məsut Bozkıra yüksək xidmət ordeni

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Gürcüstandan Məsut Bozkıra yüksək xidmət ordeni

Gürcütanın Dövlət Başçısı Mixail Saakaşvili 18 ildir Gürcüstanda Beynəlxalq Qara dəniz Universiteti və Çağlar Təhsil Müəssisələri İdarə heyətinin Başçısı vəzifəsində çalışan Məsud Bozkırı Gürcüstandakı xidmətlərinə görə sadəcə əcnəbilərə verilən və çox az sayda adama nəsib olan (Qızıl Post) Yüksək Xidmət Ordeni ilə təltif etdi.

Mixail Saakaşvili: “Bu gün bir tərəfdən gözəl anlar yaşayır, digər tərəfdən də hüznlü hislər keçiririk. Ancaq Gürcüstan Məsud bəyin Türkiyə kimi bir vətəni oldu. O yalnız Türkiyəyə işləməyə gedir. Məsud bəy Gürcüstanda Beynəlxalq Qaradəniz Universitetini qurdu. Bu universitetin yeni kompleks binasının tikintisi başladı, yaxında sona çatacaq. Bu universitet istər təhsil, istərsə də arxitektura baxımından bölgənin ən gözəl universiteti olacaq.

Məsud bəy və yoldaşları (Gürcüstanda) təhsil, elm, ictimai və mədəni fəaliyyətləri ilə Gürcüstanın təhsilinə və inkişafına böyük töhfələr verdi. Türkiyə ilə aramızda könül bağı qurdular. Siz Türkiyə və Gürcüstan arasında dostluq körpüsü qurdunuz və bu körpünün yıxılması artıq mümkün deyil.

Müəssisələrinizin qapılarını ən çətin günlərimizdə – müharibə zamanı evsiz-eşiksiz qalan vətəndaşlarımızın üzünə açdınız. 800 insanın hər cür ehtiyacını təmin etdiniz. Yalnız müharibə zamanı deyil, başqa vaxtlarda da köməyinizi əsirgəmədiniz. Mən Gürcüstana etdiyiniz xidmətlərə görə Dünyada yalnız Gürcüstanda olan ən keyfiyyətli qızıldan hazırlanan Yüksək Xidmət Ordenini sizə təqdim etmək istəyirəm”.

Məsud Bozkır Gürcüstandakı dostları üçün axşam yeməyində vida ziyafəti verdi. Ziyafətə iqtidar-müxalifət siyasi xadimləri, partiya başçıları, millət vəkilləri, sənətçilər, media sahibləri, rektorlar, təhlükəsizlik işçiləri, Gürcü-Türk İş adamları və valideynlər qatıldı.

Duyğularla süslü vida gecəsində tarixi çıxışlar oldu: Gecədə duyğularını dilə gətirən Gürcüstan Dövlət Başçısının anası prof. Dr. Giuli Alasania: “Mən bu gün özümü aciz hiss edirəm” deyə sözə başladı: “Bir neçə gün əvvəl Məsud bəyin Gürcüstandan ayrılacağını eşitdim. Çox kədərləndim. “Onun burada qalması üçün nə edə bilərəm” deyə düşündüm, hətta düşüncələrimi özünə də bildirdim, amma təəssüf ki, bu mövzuda bir şey edə bilmirik. Çünki Gürcüstandan Gürcüstanı çox sevən bir insan gedir və biz heç bir şey edə bilmirik. Bu əlimizdə deyil. Məsud bəy Gürcüstanı çox sevir. Bunu bacara bilmək asan deyil. Sevgini pul ilə almaq olmaz, özünü zorla kimsəyə sevdirə bilməzsən. Məsud bəyin Gürcüstanda məndən çox dostu var. Buna layiq bir insandır. Heç kimdən sevgi gözləmir, özü insanların qapısını döyür, onlara sevgi saçır. Burada çox gözəl günlər keçirdik, bütün ağrılı və şirin günlərimizdə bizimlə birlikdə oldu. Gürcüstan üçün, Gürcü xalqı üçün etdiklərini unuda bilmərəm. Mən onu getmiş kimi qəbul etmirəm, amma gələcək  həyatında  sağlıq, müvəffəqiyyətlər diləyirəm”.

Tiflis Qubernatorunun birinci müavini Mamuka Axvlediyani: Mən Məsud bəyin getməsinə, həqiqətən, çox üzülürəm. Məsud bəylə birlikdə bir çox məsələni müzakirə, həll etdik və ondan çox şey öyrəndim. O, Türkiyə və Gürcüstan arasında bir körpü vəzifəsini yerinə yetirdi. Bir çox gürcü onun sayəsində Türkiyəni, Türkləri gördü. Bir çox Türk də onun sayəsində Gürcüstana gəldi, gürcüləri tanıdı. Burada dostluq qurdular. Mən Türkiyəyə bir neçə dəfə getdim. Amma onunla getdiyim günlərin ləzzətini heç birində görmədim. Mən ondan çox şey öyrəndim. Ona bunun üçün çox təşəkkür edirəm.

Gürcüstandakı fəaliyyətlərə ən çətin günlərdə hər cür dəstək verən Gürcüstanın ən məşhur rejissoru Elder Şengelia duyğularını belə ifadə etdi: Biz Məsud bəylə çox çətin zamanlarda birlikdə olduq, bu yükü birlikdə daşıdıq. İlk günlərdə bəziləri bizi anlamırdı. Amma onlara da sevgi apardıq. Məsud bəy Gürcüstan üçün o qədər yaxşılıq etdi və gözəl işlər gördü ki, bu yaxşılıqlar onu buradan qopara bilməz. Biz onu buradan getmiş kimi görmürük. Bir gün təkrar görüşəcəyik və o gün sevincimiz çox böyük olacaq. Mən Xristianım və bunu demək istəyirəm; Allah sizi və ailənizi qorusun!

Gecədə bir media qurumunun sahibinin maraqlı çıxışı ilə yadda qaldı: ”Burada bir çox iqtidar-müxalifət adamı var, jurnalist, siyasətçi, rektorlar var, bizi kimsə asan-asan bir araya gətirə bilməz, bizi bu şəkildə bir araya gətirən bir şey var, bir bağ var. Hətta qarşılaşmaq istəmədiyimiz insanlarla eyni masa ətrafında otura bilirik. Bir-birimiz dinləyə bilirik. Bunun bizim üçün nə qədər əhəmiyyətli olduğunu, zənnimcə, hər kəs anlayır. Mən Məsud bəyi və yoldaşlarını bu mənada, həqiqətən, təbrik edirəm. (Fateh Dəmir, Tiflis)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message