Prof. Kirk: “İraqdakı Türk məktəbləri ümid və sülh toxumları əkir”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Prof. Kirk: “İraqdakı Türk məktəbləri ümid və sülh toxumları əkir”

ABŞ-da “İctimai ədalətə çoxyönlü baxış” adlı konfrans keçirildi. Konfransda çıxın edən alimlər Gülən Hərəkatının getdiyi hər yerə sülh və sevgi bəxş etdiyini dilə gətirdi. Tədbirdə yüksək təhsilin sosial ədalət və sülhün inkişafında böyük rola malik olduğu vurğulandı.

Konfrans Sülh Adaları İnstitutu, Filadelfiya Dialoq Forumu, Holi Fəmili Universiteti və Filadelfiya Lyuteran İlahiyyat Fakültəsinin müştərək təşkilatçılığı keçirildi. Tədbirdə çıxış edən prof. Marta Ən Kirk (M. Ann Kirk), Şimali İraqa səfərindən və bu səfərdə baş çəkdiyi “Gülən məktəbləri”ndən söz açdı. Texas İnqarneyt Universitetinin professoru Marta Kirk İraqda apardığı araşdırmasında Türk məktəblərinə geniş yer ayırdığını və orada qarşılaşdığı mənzərənin onu çox sevindirdiyini dilə gətirdi.

140 şagirdlə görüşdüm, hamısı sevgi ilə danışır

Təhsilin ədalət və sülhün təminində çox mühüm rola malik olduğunu deyən prof. Kirk Şimali İraqda Gülən Hərəkatına aid məktəblərdə təhsil alan 140 şagirdlə görüşdüyünü və hər birində sülh və sevgi dolu gələcəyin işarələrini gördüyünü söylədi. Son illərdə İraqın çox çətinliklərlə üzləşdiyini, buna baxmayaraq burada fəaliyyət göstərən Türk məktəblərinin qısa müddətdə yerli xalqın könülünü fəth etdiyini söyləyən prof. Marta Kirk: “Məktəblərdə müsəlman və xristian şagirdlərin birlikdə təhsil alması çox gözəl hadisədir. Şagirdlər türk, ərəb, nestorian və kürd dilində danışır, amma bir ortaq cəhətləri var, o da sevgi və xoşgörü. Şagirdlərin məktəbdə aldığı təhsil və tərbiyəni həyata əks etdirməsi verilən təhsilin nə qədər faydalı olduğunu göstərir. Fərqli etnik mənsubiyyətə malik bu şagirdlər insana hörməti və birgəyaşayışı öyrənirlər. Bu kimi şeylər toplum və sülhə böyük təsiri var” dedi.

Prof. Kirk Şimali İraqda başından keçən bir hadisəni də dınışdı: “Bir gün İraqda bomba partladı. Məhəmməd adlı iraqlı bir şagird buna sevindi. Buna şahid olan Türk müəllimi dərhal həmin şagirdə gözəl nəsihət verdi, bu hərəkətin doğru olmadığını izah etdi. Məhəmməd səhvini başa düşdü. Bu, təlim-tərbiyənin təsir gücünə çox gözəl bir nümunədir.”

Konfransın açılış çıxışında Holi Fəmili Universitetinin rektoru Fransisqo Onli (Francesca Onley) dinin sosial ədalət və toplumda çox mühüm rola malik olduğunu, bu kimi əhatəli və faydalı bir konfransa ev sahibliyi etdiyinə görə məmnun olduğunu qeyd etdi.

Daha sonra mikrofona keçən Holi Fəmili Universitetinin professoru Jozef Stützenberqer (Cozef Stoutzenberger) sosial ədalətin toplumda çox ümühüm yerə malik olduğunu, buna görə də insanların bir-birləri ilə dialoqda olması lazım olduğunu vurğuladı. Fəthullah Gülənin dialoq sahəsində mühüm bir şəxsiyyət olduğunu deyən professor “Gülən mühüm bir mütəfəkkirdir. Xüsusilə təhsil, elm, dinlərarası dialoq və cəmiyyət haqqında gözəl fikirləri var. Dünyanın hər yerində açıqfikirli insanlar bir-birilə görüşür. Bunlar sosial cəmiyyətin əvəzolunmaz əsasıdır. Gülənin Qurani-Kərimdən “Allah insanlara bir-birini qoruma məsuliyyəti vermişdir” fikrinə dəstək verir və alqışlayıram” dedi.

Təhsil ədalətin təmini üçün mühümdür

Kanzas və Roqharst Universitetlərinin müəllimi prof. Marqaret Raş (Magaret Rausch) isə təhsilin və istifadə olunan üslubun sosial ədalətdə mühüm rola malik olduğunu açıqladı. Toplumun inkişafında təhsilin müsbət nəticələrini Fəthullah Gülənin fikirlərinə nəzər yetirərək aydınlıq gətirməyi məsləhət görən professor “İnsanı yetişdirmək hər şeyin əsasıdır. Türk məktəblərini və onların uğurlu fəaliyyətlərini görəndə bunu daha da yaxşı başa düşürük. Çünki yetişən insan cəmiyyətə fayda gətirir. Bu isə nəticə etibarilə toplumun inkişafına gətirib çıxarır” dedi.

Gün boyu davam edən konfrans iştirakçılarana Türkiyə mətbəxindən yeməklər verildikdən sonra konfrans yekunlaşdırıdı. (Orxan Aqqurd)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message