Çarəsizlərin duası və açılan rəhmət qapıları

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Sınıq səhəng (Kırık testi) » Çarəsizlərin duası və açılan rəhmət qapıları

Sual: “Nəml” surəsində keçən,

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَۤاءَ الْأَرْضِ أَئِلٰهٌ مَعَ اللّٰهِ قَلِيلًا مَا تَذَكَّرُونَ

“(Ona ortaq qoşduqları şeylər yaxşıdır), yoxsa bir çarəsizin duasını qəbul buyuran, şəri (sizdən) sovuşduran, sizi yer üzünün xəlifəsi edən Allahmı? Məgər Allahla yanaşı, başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?” (Nəml surəsi 27/62) ayəsinin fərd və cəmiyyət həyatı ilə əlaqədar yönlərini izah edərsinizmi?

Cavab: Cənabi Haqq bu surədə:

آَللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

“Allah, yoxsa Ona qoşduqları şəriklər daha xeyirlidir?” (Nəml surəsi, 27/59) buyurduqdan sonra, ardınca gələn iki ayədə kainatdakı icraatı-sübhaniyəsi və ondakı tövhid dəlillərini bəyan etmişdir. Növbəti ayədə isə:

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ

buyuraraq çarəsizin duasına cavab verməsini tövhidin bir dəlili kimi göstərmişdir. İlk baxışda çarəsizin duası və bu duaya cavab verilməsi insan həyatında nadir bir hal kimi görünə bilər. Halbuki əşya və hadisələri süzən və təcəssüs edən bir insan öz həyatında bunun neçə-neçə nümunəsini görə bilər. Ancaq bəzi insanlar diqqətsiz yaşadığına, başına gələn hadisələri həssaslıqla təhlil etmədiyinə, həyatını süzgəcdən keçirmədiyinə və ətrafını düzgün “oxuya” bilmədiyinə görə çox vaxt Cənabi Haqdan gələn bu cür xüsusi lütfləri görmür. Halbuki insan keçmişə baxıb həyatını süzgəcdən keçirsə, görər ki, nə vaxt naçar qalıb Allahın birliyinə pənah aparmışsa, Onu bütün varlığı ilə hiss etmişsə və yalnız Ona arxalanıb Ondan kömək diləmişsə, bu diləyinə cavab olaraq tövhid nuru içində əhadiyət sirri zühur etmişdir, yəni öz səviyyəsinə uyğun ilahi lütflərlə qarşılanmışdır. Bəli, dəfələrlə çətinə düşmüşük, çarəsiz qalıb iztirabla Cənabi Haqqa yönəlmişik. O da əlimizdən tutmuş, çətinliyimizi aradan qaldırmış və qəlbimizi hüzura qovuşdurmuşdur. Lakin bu hadisələri ciddi gözdən keçirmədiyimizə, ihsaslarımızla yanaşı ihtisaslarımızı (fiziki və ruhi duyğu orqan və lətifələrimiz) da hərəkətə gətirmədiyimizə və onları səbəb-nəticə çərçivəsində ciddi analiz edə bilmədiyimizə görə, qeyri-adi halları unutmuşuq.

Tükənən səbəblər və fövqəladə inayətlər

İnsan demək olar, nə vaxt səmimiyyətlə əl açıb Rəbbinə üz tutursa, yönəlişinə ilahi yönəlişlə cavab verildiyini vicdanən hiss edə bilir. Lakin Cənabi Haqq çarəsiz insanlara daha açıq-aşkar kömək edir. Məsələn, Həzrəti Yusifin qissəsinə baxanda qardaşlarının onu bir quyuya atıb ölümlə üz-üzə qoyduğunu görürük. Səbəblər baxımından Həzrəti Yusifin o quyudan xilas olması mümkün deyildir. Ancaq Allah (cəllə cəlaluhu) xüsusi lütfü ilə vaxtında bir karvan göndərir və karvandakılar vasitəsilə onu oradan çəkib çıxarır. Ardınca onu başqa bir yerə aparıb saray əhlinə satırlar və o da orada qayğı ilə böyüyür. Daha sonra, başqa bir bəla ilə üzləşir, ancaq bu imtahan qarşısında da iradəsini layiqincə ortaya qoyur və bir iffət qəhrəmanı olaraq zindanı saraydan üstün tutur. Həzrəti Yusif (alə nəbiyyinə və əleyhissalatu vəssalam) Cənabı Haqqa kamil yönəlişi sayəsində həbsxanada da fövqəladə inayət görür; oradan çıxarılır, ana-atasına qovuşur və nəhayət, Misirdə könüllərin sultanı olur.

Allahın (cəllə cəlaluhu) Fironun ordularından qaçan Həzrəti Musaya köməyi də bundan fərqli deyil. Qurani-Kərimin:

فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسٰۤى إِنَّا لَمُدْرَكُونَ قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ

“İki dəstə bir-birinə yaxınlaşanda Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə qurtuluş yolunu göstərəcəkdir!” dedi” (Şüəra surəsi, 26/61-62) ifadələriylə təsvir edilən həmin anda Həzrəti Musa və yanında olanlar tamamilə çarəsiz qalmışdır. Belə ki, önlərində Qırmızı dəniz, arxalarında isə Firon və əsgərləri vardı. Tariq b. Ziyadın dediyi kimi, önlərində düşmən kimi bir dərya, arxalarında isə dəniz kimi bir düşmən dayanmışdı. Məhz belə bir anda Həzrəti Musa:

إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ

“Rəbbim mənimlədir və O şübhəsiz ki mənə qurtuluş yolunu göstərəcək” (Şüəra surəsi, 26/62) deyərək Allaha yönəlmişdi. Cənabi Allah da:

فَأَوْحَيْنَا إِلَى مُوسٰۤى أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ

“Biz Musaya: ‘Əsanı dənizə vur!’ deyə vəhy etdik” buyurmuşdu. Həzrəti Musa əsasını yerə vurunca dəniz ikiyə ayrılmış, o da öz dəstəsi ilə birlikdə dənizin ortasından keçib getmiş və qeyri-adi lütf və inayətlə sağ-salamat sahilə çatmışdı.

Bəli, bütün çarələrin tükəndiyi, sözün bitdiyi, əldən heç nə gəlmədiyi bir məqamda qəlb hər şeydən sıyrılıb Rəbbinə yönəlir, Rəbbi (cəllə cəlaluhu) də gözlənilməz yerdən ona bir qapı açır. Siz tövhid nuruna bir qapı aralayıb onu görüncə, bu dəfə sizin xüsusi halınıza, xüsusi keyfiyyətinizə və məruz qaldığınız xüsusi çətinliyə görə əhadiyət sirri təcəlli edir. Həzrəti Pir bu təcəlliyə camalı təcəlli deyir.

Çarəsizlərə bəxş edilən yer üzü varisliyi

Cənabı Haqq adı çəkilən ayənin davamında:

وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ

“Və sizi yer üzündə xəlifə edən kimdir?” buyurur. Həzrəti Davud (əleyhissalam) Fələstində hakim olan amalikalılarla döyüşdə fransızların Qolyat adlandırdığı Calutu öldürməyə müvəffəq olmuşdu. Köhnə Əhid Həzrəti Davudun o vaxtlar keçiləri otaran kiçik bir uşaq olduğunu və sapandla bir daş ataraq o böyük Qolyatı alnından vurub aşırdığını deyir. (Köhnə Əhid, Samuel, 1/17-18) Qurani-Kərim isə bu mövzuda təfsilata girmədən belə buyurur:

وَقَتَلَ دَاوُودُ جَالُوتَ وَآَتَاهُ اللَّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ

“Davud Calutu öldürdü, Allah ona hökmdarlıq və hikmət verdi, dilədiyi bir çox şey öyrətdi.” (“Bəqərə” surəsi, 2/251) Məhz belə bir anda Həzrəti Davudun Cənabi Allaha bütün varlığı ilə yönəldiyinə görə tövhid nuru içində əhadiyat sirri təcəlli etmiş, sonra da Rəbbi ona hökmdarlıq və hikmət vermişdir.

Bunun kimi Mədinəyə hicrətdən əvvəl Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) evində istirahət edərkən müşriklər evi əhatəyə almış və o əsnada səbəblər baxımından hər şey tükənmişdi.

وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُون

“Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də görmürlər…” (Yasin Surəsi, 36/9) ayəsində də bəyan edildiyi kimi o anda sanki başqa bir qapı açılmış və Rəsulullah (sallallahu əleyhi və səlləm) da o qapıdan çıxmışdı. Məkkəli müşriklər içəri girəndə Peyğəmbərimizin yerində Həzrəti Əlini görmüşdülər. Məhz muvahhidlərin sərvəri olan Həzrəti Ruhu Seyyidil-Ənamın (əleyhi əlfü əlfi səlatin və salam) Məkkədə üzləşdiyi çarəsizlik və bu çarəsizlik içində ən xalis tövhid hissi ilə Cənabi Allaha yönəlişi sayəsində, fövqəladə inayət və lütflər Mədinəyə gedən yolları açmış, Aləmlərin Sultanı Mədinəyə çatınca da ora gülüstana dönmüşdü. Güllərin Sultanı o güllər içində yeni bir gül dövrünün təməllərini atmış və İslam qısa zamanda yer üzündə bir müvazinət amilinə çevrilmişdir.

Osmanlı Dövlətinin meydana gəlməsini də bu müstəvidə dəyərləndirmək olar. Səlcuqlular səlib yürüşləri nəticəsində yavaş-yavaş süquta üz tutanda Allah (cəllə cəlaluhu) iztirab və çarəsizlik içində qıvrılan inanan könüllərə lütf etmiş və bir tırtılın kəpənəyə çevrilməsi kimi, Söyüdün köksündə yeni bir təçəkkülün yollarını açmışdı. Belə bir təşəkkül və inkişafın davam edəcəyini o bölgənin təkfurları (Bizans valiləri, bəyləri) belə ehtimal etmirdi. Lakin nəticə etibarilə çarəsizlikdən bir Dövləti-Aliyə (osmanlı) doğmuş və əsrlər boyu yer üzündə bir tarazlıq ünsürü olmuşdu.

İztirab – ən məqbul dua

İstər fərdi, istərsə ictimai – çarəsizlik iztirablı bir dövr sayılır. İztirab isə ən məqbul duadır. Bəzən millətin fərdləri çarəsizlik içində dörd tərəfdən əhatə edildiyini hiss edir, iztirab içində qıvrılır. Məhz belə bir vəziyyətdə insanlar şikayət etməz, halını yalnız Allaha ərz edər, Ona əl açar, Ona yalvarıb ya-xararlarsa, bu, onlar üçün ən məqbul bir dua olar. Bu gün ictimai ab-hava boz-bulanıq haldadır, dünyanın hər tərəfində zalımların “hay-huy”u eşidilir, məzlumların iniltilərini ney kimi dinləyirlər və kütlələr çarəsizlik içində qıvrılmaqdadır. Belə bir dövrdə Cənabi Allah inanan könülləri bu zillətdən qurtaracaq və onların üzünə yer üzü varisliyinə gedən yolları açacaqsa, hər halda, bu, iztirab içində yaşadıqdan və iztirar duasıyla Ona tam yönəldikdən sonra olacaq. Onsuz da, tam tövhid düşünəcəsi ilə Ona yönəlməyənlərin veriləcək əmanətə xəyanət etmə ehtimalı vardır. Çünki o əmanət ancaq sınaqlardan üzüağ çıxmış, çarəsizlik içində iztirab çəkmiş insanlara verilir. Rahatlıqla əldə edilən nemətləri qorumaq olduqca çətindir. Xalq arasında geniş yayılmış “haydan gələn huya gedər” ibarəsi də bu həqiqəti ifadə edir. Məsələn, varislər əksər hallarda miras yolu ilə əldə etdikləri mal-mülkün qiymətini bilmir, qısa vaxtda göyə sovururlar.

Elə isə əmanətə riayət etmək və haqq yolunda xidmətə dəstək olmaq istəyən bu günün Müsəlmanları da

أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

“Yer üzünə mütləq saleh qullarım varis olacaq” (Ənbiya surəsi, 21/105) ayəsində işarə edildiyi üzrə, hiss, duyğu, düşüncə, hərəkət və davranışlarıyla sülh-əmin-amanlığın izində gedib əcz və fəqr hissi ilə, əlacsızlıq şüuru, xalis tövhid və çarəsizlik haləti ilə Cənabi Haqqa yalvarıb yaxarmalıdır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message