M. Fəthullah Gülən kimdir?

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » M. Fəthullah Gülən kimdir?

Qəzetimizin ötən sayılarında möhtərəm Fəthullah Gülənin fikirlərini əks etdirən silsilə yazı dərc edildi. Oxucuların marağını da nəzərə alaraq bu sayıda mütəfəkkirin qısa bioqrafiyasını sizə təqdim edirik. Möhtərəm F.Gülən barədə daha ətraflı məlumat əldə etmək istəyənlər www.fgulen.az internet saytına müraciət edə bilərlər.

1941-ci ildə Ərzurumun Həsənqala ilçəsinin Qorucuq kəndində dünyaya gələn Fəthullah Gülən türkiyəli alim, mütəfəkkir, natiq, yazıçı və şairdir. Dini elmləri Ərzurumun böyük alimlərindən öyrənmiş, qəlbindəki elm eşqi ilə tarix, fəlsəfə, sosiologiya və sənət kimi digər elm sahələri ilə də məşğul olmuşdur.

1959-cu ildə Türkiyə Cümhuriyyəti Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Qırxlareli, İzmir, Ədrəmit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar xalqda dərin bir həyəcan, milli-mənəvi dəyərlərə etimad, xidmət eşqi və şövqü meydana gətirmiş, Ana­dolu insanının sevgisini, ehtiram və hüdudsuz etimadını qazanmışdır.

M.F.Gülənin yeni yetişən nəsillərin qəlblə ağlın bütövlüyü içində, ümumbəşəri insani dəyərlər çərçivəsində təhsili və gələcəyə hazırlanması perspektivində irəli sürdüyü fikirlər Anadolu insanına üfüq açmışdır. Məhz Gülənin təşviqi ilə 1990-cı illərdə ilk öncə Türkiyədə, Sovet İttifaqının dağılması ilə də ilki Azərbaycanda olmaqla Orta Asiya ölkələrində və sonra da dünyanın yüzdən çox dövlətində təhsil müəssisələri açılmışdır.

İdeyası, fikri memarlığı və təşviqi Fəthullah Gülənə aid olan bu müəssisələrin təhsildə və beynəlxalq olimpiadalarda qazandığı uğurlar başda Türkiyə olmaqla fəaliyyət göstərdikləri bütün ölkələrdə yüksək səviyyəli dövlət rəsmilərinin, sosioloqların, tanınmış idmançı və incəsənət xadimlərinin, alimlərin, mətbuat orqanları, sivil toplum qurumlarının (QHT-lərin) və xalqın rəğbətini, təqdir və minnətdarlığını qazanmışdır. Təhsildə əldə olunan müvəffəqiyyətlər Türkiyə və dünya ictimaiyyətinin diqqətini Fəthullah Gülənə və “Könüllülər Hərəkatı” adlandırılan xidmətlərə yönəltmişdir.

90-cı illərdə Türkiyədə gərginlik və qütbləşmə get-gedə artmağa başlamışdı. 1994-cü ildə Fəthullah Gülənin fəxri sədrliyi ilə qurulan, insanlığı ümumbəşəri sülhə yönəltməyi qarşısına məqsəd qoyan Gazeteciler ve Yazarlar Vakfının (Jurnalistlər və Yazarlar Vəqfi) açılışı, burada müxtəlif dünyagörüşünə malik insanların iştirakı, Fəthullah Gülənin çıxışının doğurduğu əks-səda həm diqqəti onun fikirlərinə yönəltmiş, həm də Türkiyədəki gərgin ab-havanın yumşalmasına və əmin-amanlığın bərqərar olmasına böyük töhfə vermişdir. Fəthullah Gülənin təşviqi ilə Vəqfin nəzdində təşkil edilən “Abant Platforma”ları ixtilafa səbəb olan mövzularda fərqli fikirlərə malik ziyalıları bir masa ətrafında birləşdirmişdir.

90-cı illər eyni zamanda bütün dünyada mədəniyyətlər və dinlərarası qarşıdurmalardan, münaqişələrdən də bəhs edilən illər idi. Türkiyədə müxtəlif təbəqələr arasında təşkil olunan dəyirmi masa, qarşılıqlı müzakirə, birgə konfranslar təcrübəsini fərqli dinlərin nümayəndələri arasında da təsis etmək istəyən Fəthullah Gülən dialoq və hər kəsi öz mövqeyində öz dəyərləri ilə qəbul etmə mənasında xoşgörü (tolerantlıq) fəaliyyətlərini başlatmışdır. Bu məzmunda Türkiyədə müxtəlif dinlərin görkəmli nümayəndələrini ziyarət edən, onları qəbul edən Fəthullah Gülən fərqliliyə baxmayaraq birgəyaşayışın və qarşılıqlı anlayışın mümkünlüyünü dilə gətirmişdir.

Bu fikir və fəaliyyətləri ilə dünya ictimaiyyətinin diqqətini çəkən Fəthullah Gülən 1997-ci ildə Amerikada ADL Rəhbəri Abraham Foksman (Abraham Foxman), Xristianlar arasında böyük nüfuzu olan Kardinal Con Okonnor (John O’Connor) və 1998-ci ildə Vatikanda Papa II Jan Paulla (John Paul) görüş keçirmişdir. Bu görüşlər mədəniyyətlər və dinlərarası ittifaq və dialoqa böyük töhfə vermişdir. 1999-cu ildə müalicə üçün getdiyi Amerikada 11 Sentyabr hadisəsindən sonra söylədiyi “Müsəlman terrorist, terrorist də müsəlman ola bilməz” sözü də dünya ictimaiyyətində güclü əks-sə­da doğurmuşdur.

Fikirləri və aksiyonu bütün dünyada maraqla qarşılanmış, şəxsiyyəti və əsərləri araşdırma və müzakirələrin başlıca mövzusuna çevrilmişdir. Artıq onun ideyaları böyük mütəfəkkirlərlə müqayisəyə, fikirləri Amerikanın əyalət senatlarında, Londonun Lordlar Palatasında, Rusiyanın Dövlət Dumasında müzakirəyə, əsərləri əcnəbi ölkələrin məşhur universitetlərində onun adına açılmış kafedra və institutlarda tədqiqata cəlb edilir, aksiyonu müxtəlif dövlətlərdə təşkil olunan konfranslarda araşdırılır. Başda Amerika, Türkiyə, Rusiya, İtaliya, Ukrayna və s. ölkələri olmaqla bir çox dövlətlərin nüfuzlu televiziya, jurnal və qəzetləri ondan müsahibələr alır, sülh, sevgi və qardaşlıq mövzusunda keçirilən beynəlxalq konfranslar onun fikirlərinə, məsləhətlərinə müraciət edir.

Başda “Dünyanın yaşayan ən böyük intellektual insanı” (2008-ci ilin iyun ayında ABŞ-ın məşhur “Foreign Policy” jurnalının internetdə keçirdiyi “Dünyanın yaşayan ilk 100 intellektual insanı” adlı sorğunun qalibi olaraq) olmaqla bir çox mükafatlara layiq görülmüşdür.

Səhhətindəki problemlərinə görə hazırda Amerikada yaşayan M. Fəthullah Gülən tirajı milyonları keçən səsli, görüntülü və yazılı əsərləri ilə Türkiyənin ən çox izlənilən və oxunan mütəfəkkiridir. Müxtəlif jurnal və qəzetlərdə çox sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi cavablarını əks etdirən maqnitofon və video qeydləri vardır.

F. Gülənin nəşr olunan əsərləri

Bəşəriyyətin iztirabını vicdanən duyan və ömürünü insnalığa, xüsusən də millətinə həsr edən Fəthullah Gülən heç vaxt kitab yazma niyyətində olmamışdır. “Aksiyon öncəlikli düşüncə (fəaliyyəti ön planda olan düşüncə)” prinsipinə üstünlük verən F.Gülən fəaliyyətləri əsnasında dövrün tələbinə uyğun bəzi yazılar qələmə almışdır. Bəzən də iztirablı qəlbində hissiyyat tufanı qopanda kağıza şeirlər süzülmüşdür. O, daha çox dərs, söhbət, konfrans və vəzlərlə fəaliyyət göstərmişdir.

Fəthullah Gülənin kitabları iki qrupa bölmək olar. Birinci qrupa məqalələrindən ibarət kitablar, ikinci qrupa isə kitablaşdırılmış söhbətlər daxildir. Birincisinə müxtəlif tarixlərdə çeşidli jurnallar üçün qələmə aldığı məqalələr əsasında ərsəyə gələn kitablar daxilidir. İkinci qrupa isə, müxtəlif vaxtlarda və yerlərdə baş tutan söhbət, vəz və konfransları əsasında hazırlanmış kitablar daxildir. Bunlar tələbələri tərəfindən yazıya köçürülüb kitaplaşdırılmış, özünün son təshihi və razılığı ilə çap olunmuşdur.

Mütəfəkkirin bu günə qədər İslam, əxlaq, uşaq tərbiyəsi, təsəvvüf sahəsində 70-ə yaxın əsəri yayınlanmışdır. Əsərlərin çocluğunu nəzərə alaraq onlardan yalnız bir neçəsinin adını oxuculara təqdim edirik “

“Kur’ân’dan İdrake Yansıyanlar”, “Sonsuz Nur 1- İnsanlığın İftihar Tablosu Hayatı” 3 cilddə, “Kalbin Zümrüt Tepeleri” 4 cilddə, “İnsanın Özündeki Sevgi”, “Asrın Getirdiği Tereddütler” 4 cilddə, “Ölüm Ötesi Hayat”, “İrşad Ekseni”, “Varlığın Metafizik Boyutu”, “İla-yi Kelimetullah veya Cihad”, “Yaratılış Gerçeği ve Evrim”, “Kırık Testi”, “Sohbet-i Canan (Kırık Testi 2)”, “Gurbet Ufukları (Kırık Testi 3)”, “Ümit Burcu (Kırık Testi 4)”, “İkindi Yağmurları (Kırık Testi 5)”, “Diriliş Çağrısı (Kırık Testi 6)”, “Ölümsüzlük İksiri (Kırık Testi 7)”, “Vuslat Muştusu (Kırık Testi 8)”, “Kalb İbresi (Kırık Testi 9)”, “Cemre Beklentisi (Kırık Testi 10)”, “Yaşatma İdeali (Kırık Testi 11)” və s.

Kitablaşdırılmış müsahibələri

Nuriye Akman, “Gurbette Fethullah Gülen”, Nevval Sevindi, “Fethullah Gülen ile New York Sohbeti”, Mehmet Gündem, “Fethullah Gülen’le 11 Gün”, Eyüp Can, “Fethullah Gülen Hocaefendi ile Ufuk Turu”, Nevval Sevindi, “Fethullah Gülen ile Global Hoşgörü ve New York Sohbeti”, İsmail Ünal, “Fethullah Gülen’le Amerika’da Bir Ay”, Osman Özsoy, “Fethullah Gülen Hocaefendi ile Canlı Yayında Gündem”,

Haqqında təşkil olunan elmi konfranslar

2005-ci ildən bəri dünyanın müxtəlif ölkələrində 60-ya yaxın konfrans təşkil olunmuşdur. Onlarda bir neçəsi: 12/11/2005: ABŞ, Rays (Rice) Universiteti, “Müasir Dünyada İslam: Düşüncə və Praktikada Fəthullah Gülən Hərəkatı” (I). 12/11/2005: ABŞ, Çikaqo, “Gülən Hərəkatı və Dinlərarası Dialoq”. 25-26/11/2005: Avstraliya, Melburn (Melbourne), “İslam, fərdi təhlükəsizlik və əcnəbi düşmənçiliyi”. 05/11/2006: ABŞ, Oklahoma, Rays (Rice) Universiteti, “Müasir Dünyada İslam: Düşüncə və Praktikada Fəthullah Gülən Hərəkatı” (II). 25/10/2007: Böyük Britaniya, Lordlar Palatası, “Dəyişən İslam Dünyası: Fəthullah Gülən Hərəkatının Töhfələri”. 22/11/2007: Hollandiya, Rotterdam, Erasmus Universiteti, “Sülh Şəraitində Birgəyaşayış: Müasir Dünyada Fəthullah Gülənin Sülh Təşəbbüsləri”. 09/04/2008: ABŞ, Dinlərarası Dialoq İnstitutu, “Allahın Adı ilə Zorakılığı Qınama: İslam Nümunəsi”. 07/06/2008: Tayvan, Taybey, “İslam Mədəniyyəti və Düşüncəsi”. 02/11/2008: Misir, Rus alimlərinin Gülən Hərəkatı ətrafında müzakirəsi…

Fəthullah Gülən və Hərəkat haqqında araşdırmalar

Ali Ünal, “Bir Portre Denemesi”, Latif Erdoğan, “Küçük Dünyam: Fethullah Gülen Hocaefendi”, Ahmet Taşgetiren, “Bir Gönül İnsanı”, Ali Bulaç, “Din – Kent ve Cemaat Fethullah Gülen Örneği”, Prof. Dr. Faruk Beşer, “Fethullah Gülen Hoca Efendinin Fıkıhını Anlamak”, Faruq Mərcan, “Fəthullah Gülən”, Yənbu, 2011. Fehmi Koru, “Yerli ve Özgün: Nobellik Bir Öykü”, İ. Adil Sönmez, “Fethullah Gülen Gerçeği: Hukuki Gerçekler Işığında Hoşgörü ve Uzlaşma Aksiyonu Hakkında Bir İnceleme”, Prof. Dr. İbrahim Canan, “Fethullah Gülen’in Sünnet Anlayışı”, John L. Esposito, M. Hakan Yavuz, “Turkish Islam and the Secular State: The Gülen Movement”, Robert A. Hunt, “Muslim citizens of the globalized world: contributions of the Gülen movement”, Selçuk Camcı, Kudret Ünal, “Fethullah Gülen’in Konuşma ve Yazılarında Hoşgörü ve Diyalog İklimi”, M. Enes Ergene, “Gülen Hareketinin Analizi: Geleneğin Modern Çağa Tanıklığı”, Helen Rose Ebaugh, “Gülen Hareketi, İnanç Tabanlı Bir Sivil Toplumsal Hareketin Sosyolojik Analizi”, James C. Harrington, “Fethullah Gülenin Hukuk Serüveni”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message