Söhbət və öyüd-nəsihətdən faydalanma

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Sınıq səhəng (Kırık testi) » Söhbət və öyüd-nəsihətdən faydalanma

Sual: Nəsihətdən mükəmməl şəkildə faydalanmaq üçün hansı əsaslara riayət edilməlidir? Həm danışan, həm də dinləyən baxımından söhbətin səmərəli və faydalı alınması üçün nələrə diqqət yetirilməlidir?

Cavab: Nəsihət insanların yaxşılığını düşünmək, yaxşılıq düşüncəsi ilə yaşamaq, xeyirxahlıq etmək deməkdir. (Nəsihət) edən və edilən arasındakı münasibətdən asılı olaraq nəsihətin fərqli üsul və tərzi meydana çıxır. Kimisi yazmaqla, kimisi broşuralar paylamaqla, kimisi də işi və vəzifəsi imkan verdiyi qədər müxtəlif yollarla öz dairəsində olan insanların ruhuna nüfuz etməyə çalışaraq onlar üçün xeyirxahlıq edə bilər.

Nəsihət, məqam və vəzifəsi nə olur-olsun, hər insan üçün həmişə zəruri ehtiyacdır. Qurani-Kərim وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ “Sən onlara xatırlat (öyüd-nəsihət ver). Çünki zikir və xatırlatma möminlərə mütləq fayda verir” (“Zəriyət” surəsi, 51/55) bəyanı ilə bu mühüm məsələni diqqətə çatdırır. Ayədə keçən “xatırlatma”nın imana, İslama, ihsana, imanda dərinləşməyə, İslamı bir bütöv kimi qavramağa səsləyən müxtəlif spesifik dərəcələri var. Ayədə bir maraqlı məqam da وَذَكِّرْ sözünün təfil babında verilməsidir ki, bu da “xatırlatma” işinin əhəmiyyətini və mütəmadiliyini göstərir. Çünki bu bab çoxluq bildirir. Beləliklə, ayənin mənası “Mütəmadi və əbədiyyən xatırlat və öyüd-nəsihət ver” deməkdir. Yəni ayə “Bir dəfə, iki dəfə, üç dəfə dedim. Ancaq bu insanlar inadkardır, bildiklərini edirlər” deyib nəsihətdən əl çəkməməyin və mütəmadi xatırlatmağın zəruri olduğunu, çünki bunun möminlərə mütləq fayda verəcəyini bildirir.

Rəsuli-Əkrəm Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) الدِّينُ النَّصِيحَةُ “Din bütövlükdə nəsihətdir” (Müslim, İman 95) sözü ilə bu həqiqəti çatdırır. Bəli, dinin ruhu öyüd-nəsihətdir və nəsihət dinin fərdi və ictimai səviyyədə yaşanıb yaşadılmasında zərurət kəsb edir. Bu iş görülməsə, İslam binasının gec-tez dağılması qaçılmaz olar. Rəsuli-Əkrəm Peyğəmbərimizin (əleyhissalatu vəssələm) mübarək həyatı da öyüd-nəsihətlə hörülmüşdü. O (əleyhi əkməlüt-təhaya) günün müəyyən vaxtlarında Məscidi-Nəbəvidə oturar, səhabeyi-kiram da gəlib Onun ətrafında həlqə qurardı. Bəziləri ibadət haqda nəyi necə etməyi, bəziləri Peyğəmbərimizin kəlamlarında anlamadıqları sözlərin izahını, kimiləri də Qurandan bəzi ayələrin mənasını soruşardılar. Buna baxmayaraq Allah Rəsulunun (əleyhissalatu vəssələm) “Mən artıq bu gün danışmayacağam, suallarınıza da cavab verməyəcəyəm” dediyini xatırlamıram. O, ömründə yalnız bir dəfə xanımlarından əlaqəni kəsmiş (İla hadisəsi), bir hücrədə inzivaya çəkilmişdi. Siyərdə bundan başqa xəlvətdən bəhs edilmir. Bəli, İnsanlığın İftixarı həmişə əshabı-kiramla birlikdə olar, Quran ayələrini təfsir edər, onların suallarına cavab verər, problemlərini həll edərdi. Hədis külliyyatında yer alan qövli (sözlü) sünnə belə meydana gəlmişdi. Onun “əfali-nəbəvi” adlandırdığımız davranışları isə feili sünnəni təşkil edir. Bir də Onun öz gözləri ilə görüb münasibət bildirmədiyi məsələlər var ki, bu da təqriri sünnədir. Çünki O, bir səhabənin bir hərəkətinə heç nə demirdisə, deməli, o davranışda qəbahət yox idi. Başqa sözlə, Rəsuli-Əkrəmin heç nə deməməsi dini çərçivəyə daxil olan hərəkət və davranışların müəyyənləşdirilməsində süzgəc rolunu oynayırdı. Səhabeyi-kiram da qarşısına çıxan məsələləri həmin süzgəcdən keçirir, “Filan məsələni bu çərçivəyə daxil etmək olar” deyirdi. Beləcə, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hər üç yolla da zəruri olan hər şeyi öyrədirdi.

Ehtiyaca uyğun danışmaq

Danışan və dinləyənin səmimi olması şərtilə, söhbətlərin sual-cavab şəklində aparılması daha yararlı və daha faydalı olar. Yəni insanların ağlını qarışdıran sualları soruşması, söhbət edənin də bu məsələlərə cavab axtarması məclisin səmərəliliyini artırar. Əksinə, dinləyicilərin hissiyyatını, onların ehtiyacını nəzərə almayan natiq kürsüdə qəhrəmanlıq dastanı oxuyub dinləyicilərə gözəl anlar yaşatsa da, danışdıqları müvəqqətidir, bir fayda verməz.

Buna görə də müəllimin dərs planını şagirdlərin səviyyəsinə uyğun həftələrə, aylara, illərə bölərək, addım-addım, pillə-pillə öyrətməsi kimi, naseh və ya vaiz də qarşı tərəfin anlayış, idrak və biliyini nəzərə alaraq tədrici plan çərçivəsində mövzuları çatdırmalı, beləcə mövzuların qavranılmasını və mənimsənilməsini təmin etməlidir. Nəzərə almaq lazımdır ki, bu üsulu ancaq məsələlərə mahruti (konik baxış tərzi) baxmaqla həyata keçirmək mümkündür. Ancaq bu günün dərdini çəkib sabahı, o biri günü düşünməyənlərin danışdığı mövzular isə bütövlük təşkil etmədiyinə görə qarşı tərəf söhbətdən lazımi səviyyədə faydalana bilməyəcək.

Bu baxımdan, ilk növbədə toplumun ehtiyacını düzgün müəyyənləşdirmək lazımdır. Məsələn, namaz ibadəti lazımi səviyyədə deyilsə, namaz həqiqəti, onun ruhu, mahiyyəti, əsası dilə gətirilməlidir. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) kifayət qədər tanınmır və bilinmirsə, İnsanlığın İftixarı bütün xüsusiyyətləri ilə diqqətə çatdırılmalı, Onun sevgisi ruhlara nəqş edilməlidir. Yeri gələndə, məsələni daha da genişləndirmək üçün söhbət əsnasında dinləyicilərin sual verməsinə zəmin hazırlamaq olar. Quyudan tuluqla su çəkdikcə suyun ağzı get-gedə açılır, bunun kimi, onlar da verdikləri suallarla mövzunun daha da çözələnməsinə kömək etmiş olarlar. Bəli, dinləyicilərin suallarla danışanı “sağma”sı söhbətin səmərəliliyini daha da çox artırar.

Söhbət və nəsihətdə fani olmaq

Digər tərəfdən nəsihətin faydalı olması hər şeydən əvvəl danışanın səmimiyyətindən və dinləyənlərin izah olunanlardan istifadə etməsindən asılıdır. Bəli, danışan çox səmimi olmalı, dinləyən də faydalanma niyyəti ilə qulaq asmalıdır. Bundan başqa, din Allah tərəfindən göndərilən ilahi bir sistem olduğu üçün mütləq Allahla münasibətdə izah edilməldir. Həmçinin söhbət edən şəxs izah etdiyi mövzuların ab-havasına girməyi bacarmalıdır. Belə ki, oturduğu yerdə özünü unutmalı, izah etdiyi hadisənin qərhrəmanlarına çevrilməldir. Məsələn, Hz. Həmzə və ya Ənəs İbn Nadrdan danışırsa, orada özünü həmin səhabələrin yerində hiss etməli, özünü unutmalı və mövzunun abı-havasına girməlidir. İstəsəniz, buna fəna fis-söhbət və ya fəna fil-vəz (söhbətdə və ya vəzdə fani olmaq) də deyə bilərsiniz. Danışdığı mövzuyla bütünləşmiş belə bir insan mövzunun gedişatı ilə ağlayacaq, təbəssüm edəcək, bəzən də coşub səsini yüksəldəcək. Belə bir üfüqə yüksəlmə də insanın söylədiklərinə ürəkdən inanmasından asılıdır.

Bu fəaliyyətin bir ucunda da söhbəti dinləyən insanlar dayanır ki, onlar da söhbət edən şəxslə birlikdə həmin mövzuların içində gəzə bilməlidir. Məsələn, söhbət edən bir cəng meydanında gəzir və ya qanad açıb meraca doğru uçur, ya da Allaha gedən yolda seyrü-suluqa dalırsa, dinləyənlər də təxəyyül və təsəvvürləri ilə onu müşayiət etməlidir.

Hər qərəz bir pərdədir

Söhbətə qulaq asan insanların söhbət edən şəxs haqqında mənfi şeylər düşünməməsi və deyilən sözləri qəbul etməyə hazır olması onların söhbətdən faydalanmasında mühüm rol oynayır. Danışılan sözlərin təkcə qulağa girməsi deyil, ürəyə də təsir edərək müxtəlif dəyər mexanizmlərində “həzm edilməsi” də ancaq dinləyənin qərəzsiz olmasından asılıdır.

Ayrıca söhbətdən faydalanmaq üçün qətiyyən qısqanclıq etməmək, “mən-mən” deməmək və izah edilən mövzular haqqında özünü məlumatlı göstərməmək də zəruridir. Danışılan mövzularda keçən müəyyən məsələləri tam qəbul etmək mümkün deyilsə, dinləyən şəxs: “Bu mövzunu söhbətdən sonra görüşüb düzəliş edərik” deyə düşünməli, hər şeyə rəğmən söhbətə qulaq asmalı, zehin və qəlb qapılarını daima danışılanların üzünə açıq saxlamalıdır.

Bu xüsusuların birinə əməl edilməyəndə söhbət edənlə söhbət dinləyən arasında xüsuf və küsufun (ay və günəş tutlması incik mənasında) baş verməsi qaçılmaz olur. Bəli, söhbət və ya vəzü-nəsihət dinlərkən əgər onlara qərəzimizi, kinimizi, nifrətimizi, eqoizmimizi, mənəm-mənəmliyimizi, məlumatımızı qarışdırarıqsa, iki ənənin (“mən”in) bir araya gəlməsi müşkül olduğu üçün öz içimizdə bir ziddiyyət başlayar ki, bu düşüncə ilə də söhbətdən faydalanmaq qeyri-mümkündür. Bu haləti-ruhiyə içində olan insanlar İmamı Qəzali, İmam Rəbbani, Alvar İmamı və ya Hz. Piri Muğan kimi böyük şəxsiyyətləri dinləsələr, hətta İki Cahan Sərvərinin söhbəti ilə şərəflənsələr, Onun hüzurunda olsalar belə, yenə də bir şey götürə bilməzlər. Necə ki Əbu Ləhəb, Əbu Cəhl kimi neçə-neçə insan Onu dinləmiş, ancaq gəldikləri kimi də getmişdilər. Bu gün də göründüyü kimi, nə qədər Əbu Ləhəblər Quran və Sünnəni dinləyir, böyük şəxslərin söhbətlərinə qulaq asır, lakin onlardan zərrə qədər istifadə edə bilmirlər.

Sonuncu bir məqamı da qeyd edim: müvəffəqiyyət, nailiyyət, məqam, vəzifə bir imtahan olduğu kimi elm də bir imtahandır və çoxları bu sınaqdan üzüağ çıxmır. Bəli, “bilirəm” düşüncəsi elə bir pərdədir ki, insanın bir naseh və ya vaizdən bir şey öyrənməsinə mane olduğu kimi, onu dindən, diyanətdən, Allahdan, peyğəmbərdən uzaqlaşdıra da bilər. Cənabi Allah “Zumər” surəsində “İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə yalvarar. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Mən bunu biliyim və bacarığım sayəsində əldə etdim!” – deyər. Xeyr, bu, bir imtahandır, lakin onların (insanların) çoxu bunu anlamaz!” (“Zumər” surəsi, 39/49) buyuraraq bu xüsusa diqqət çəkir və bizə xəbərdarlıq edir.

İnsanı Allahdan uzaqlaşdıran nemət nemət görünüşlü müsibətdən başqa bir şey deyildir. Bəli, məqam, vəzifə, müxtəlif universitetlərdə və ya qurumlarda əldə edilən ad və ünvan kimi Allahın bizə lütf etdiyi nemətlər əgər Onu bizə unutdurur və içimizdə qəflət hissi hasil edirsə, bütün bunlar nemət cildinə girmiş Allahın bəlası ‒ nikmətdir.

Belə bir təhlükədən ancaq həm danışanın, həm də dinləyənin yalnız Allah rizası üçün dinləməsi və ya söyləməsi, qəlb ibrəsinin həmişə Onun rizasını göstərməsi ilə qorumaq mümkündür. İstər söhbət edən, istərsə onu dinləyənlər ilk növbədə buna hazırlıq görməli, nəfsi təmizə çıxarmadan nəfsi təmizləməli, nəfsin başına əlli dəfə dəyənək vurmalıdır. Başlanğıcda belə bir hazırlıq görər, xalis niyyət, saf qəlb və duru könüllə söhbətə və dinləməyə başlayarlarsa, Allahın izni ilə, məhz o zaman nəsihət və söhbətlər daha səmərəli, daha bərəkətli və daha faydalı olar.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message