Kindən doymayan dünya

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Kindən doymayan dünya

Həyat uğrunda mübarizə aparan və gələcək naminə yaşayan hər millət ancaq öz gücünə, öz köklərinə, öz din və imanına, öz əzminə güvəndiyi təqdirdə mövcudluğunu qoruya bilər.

Əks halda, o, mövcud ola bilməyəcək. Bəs görəsən biz bu düstura əməl etdikmi?

İllərlə, əsrlərlə qanımızı əmən, canımızı çıxaran bir dünyaya istiqamətləndik, onu mövcudluğumuzun ən əsas ünsürü hesab etdik. Hətta bu dünyanı mehrabımız kimi qəbul etdik, ondan mərhəmət dilədik və ona ümid bağladıq. Onlar da bizim bu zəif damarımızdan sui-istifadə edib, bizi öz tariximizə, mənəvi sərvətlərimizə qarşı qoyaraq, öz mənəviyyatımıza olan etimadımızı sarsıtdılar, şüurumuzu kütləşdirdilər, iradəmizi iflic etdilər və nəticədə bizi qapılarının qullarına çevirdilər. Bu, əsrlərlə davam etdi, nə onlar bu cəfadan usandılar, nə də biz vəfamızdan əl çəkdik. Sanki bu cənnət vətənimiz Kərbəlaya döndü…

İtirdiyimiz o illəri xatırladıqca, o illərin səmimiyyətsizliyini, yalanlarını və riyakarlıqlarını gözlərimizin önünə gətirdikcə, ruhumuz üsyanla kükrəyir, nəbzlərimiz əsəblə vurur, ürəyimiz nifrətlə döyünür. Bu hadisələrin yenidən təkrarlanacağından ehtiyatlanırıq. Əslində şübhələrimiz yersiz deyil. Azərbaycanda, Körfəzdə, İraqda baş verənlər nə qədər haqlı olduğumuzu göstərir. İndi də Qəzzədə…

Bəli, durmadan özünü “mədəniyyətlər beşiyi”, bəşəri dəyərlərin qaynağı və ölkələrarası tarazlığın əsas ünsürü kimi təqdim edən, “Qərb” adlandırdığımız bu insafsız dünya daim bəşəriyyəti uçuruma aparmış, hər yerdə qaranlıq oyunlar oynamış, ağla-xəyala gəlməyən intriqalar törətmişdir. Ələlxüsus İslam dünyasına qarşı min cür oyundan çıxmışdır. Onlar müsəlmanlara qarşı nəinki insaflı olmuş, əksinə, əllərinə fürsət düşən kimi İslam dünyasını bölüb, irq və məzhəb davaları çıxarmağa çalışmışlar. Bu dünya İslama qarşı elə bir kin bəsləmişdir ki, ay-ulduzu heç vaxt qəbul edə bilməmişlər…

Bu məğrur və eqoist dünya həmişə özünü mədəniyyətlərin ən ali kürsüsü, elm və düşüncə həyatının ən “müdrik” rəhbəri kimi görmüş və buna görə də qarşısındakı hər kəsi cəhalətdə, barbarlıqda günahlandırmışdır. Ona görə də o, bədəvi hesab etdiyi (təbii ki, əsl bədəvilərin kim olduğu zaman keçdikcə ortaya çıxacaq) kütlənin daxili işlərinə qarışmış, qan tökmüş, qan içmiş, ölkələri yandırıb-yaxmış, dövlətlərin idarəçilik sistemlərinə müdaxilə etmişdir. Qəribədir ki, başqasının işinə qarışmağı da demokratiya və mədəniyyət naminə etdiyini söyləmiş və bunu insanlıq mübarizəsi kimi qələmə verməyə çalışmışdır. Yəqin ki, bütün bu vəhşilikləri və qeyri-insanilikləri törədərkən, namusları ayaqlar altına atarkən, başqalarının var-dövlətlərini yağmalayarkən ən kiçik təəssüf hissi belə keçirməmişdir…

Ey talesiz bəşəriyyət! Sən mədəniyyət, demokratiya, azadlıq və insan hüquqları kimi ülvi dəyərlərin ağızlarda saqqıza çevrildiyi bu çağımızda minlərlə məsum körpənin, talesiz gəncin, bədbəxt qocanın müasir cəlladların əlində parçalanmasına nə qədər tamaşa edəcəksən?! Şeytanlara rəhmət oxutduran bu canavarlıqları nə qədər alqışlayacaqsan?!

Haradadır Qərbin yüksəktirajlı qəzetləri, jurnalları?! Haradadır “Tayms”, “Vaşinqton Post”, “Le Fiqaro”, “İndependent”, “Le Mond”, “Tribyun”, “Deyli Teleqraf”, “Oserver”, “Nyusuik”, “Rayder Daycest”, “Ştern”?! Onlar niyə susdular? Bu barədə yazanda da zalıma haqq qazandırdılar, məzlumun səsini eşitmədilər.

Aman Allahım! Mənfəətpərəstlik, İslam düşmənçiliyi və küfrbazlıq insanı bu səviyyələrə düşürərmiş! Biz isə həmişə insanları əziz bildik. Onları həmişə əziz saydıq. Başqalarının da belə davrandığını zənn etdik. Ancaq təəssüf ki, indiyə qədər belə olmadı və indi də bizi aldatmağa çalışdıqlarını görürük. Yazıqlar olsun, İslam dünyasını zülmə məruz qoyanlara! Yazıqlar olsun, torpaqlarımızı qana bulayanlara! Yazıqlar olsun, zalımların zülmünə səssiz qalanlara! Yazıqlar olsun, səmaları inlədən məsum körpələrin fəryadlarını eşitmək istəməyənlərə! Yazıqlar olsun, zalımı və zülmü alqışlayanlara!

Bəlkə, biz bu zülmün üzərindən “yazıqlar olsun” deyib keçirik. Ancaq Haqq Divanında hesab asan olmayacaq…

P.S. Bu yazı Türkiyənin tanınmış fikir adamı, mütəfəkkir Fəthullah Gülənin www.herkul.org saytında yayımlanan eyni adlı yazısının xülasəsidir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message