İnsanlar arasında bərabərsizlik varmı?

Allah çox insana maşın, mənzil, mal-mülk, nüfuz, dost-tanış, şan-şöhrət verib; bəzi insanlara da yoxsulluq, dərd, kədər, müsibət, əzab, verib. Bunun səbəbi nədir? Allah birinciləri çox sevir, yoxsa ikincilərmi çox pisdir?

Belə bir sual ancaq öyrənmək məqsədi ilə verilə bilər. Yoxsa, günah olar. Xüsusən, içində belə bir dərdi olan insanın bu sualı verməsi lazımdır.

Allah (c.c.) istədiyinə maşın, villa, mənzil verər; istədiyinə də yoxsulluq. Lakin bu məsələdə ailə və cəmiyyətdən gələn bəzi səbəblər də inkar edilməməlidir. Məsələn, bir insanın gəlirində dirayət və fərasətin rolu inkaredilməz olduğu kimi, dövrün şərtlərinə uyğun qazanc yollarını bilmənin də əvəzolunmaz rolu var. Bununla yanaşı, Allah (c.c.) bəzi qullarına ləyaqət izhar etdiyi halda, yenə də onlara mal-mülk vermir. Həmçinin, zəif bir hədisi-şərifdə; Allahın malı istədiyinə, elmi isə istəyənə verdiyi ifadə edilir ki, mövzumuz baxımından olduqca mənalıdır…

Bir də, mal-mülk mütləq mənada xeyr sayılmamalıdır. Bəli, bəzən Allah (c.c.) mal-mülk, dünyəvi səadət istəyənlərə istədiklərinə verər, bəzən də verməz. Amma Allahın (c.c.) həm verməsi, həm də verməməsi xeyirlidir. Çünki sən yaxşı insansansa və veriləni də yerində istifadə edəcəksənsə, mal-mülk sənin üçün xeyirlidir. Yaxşı bir insan deyilsənsə və yolunu da azmısansa, Allahın verməsi də, verməməsi də sənin üçün xeyirli deyil, zərərdir.

Bəli, yol azmısansa, yoxsulluq sənin üçün küfrə aparan bir vəsilədir. Çünki o səni Allaha qarşı baş qaldırmağa sövq edər və sən hər gün Ona qarşı üsyan bayrağı qaldırarsan. Habelə, əgər sən yol azmısansa; qəlbi və ruhi həyatın da yoxsa, sənin zənginliyin sənə bəla və müsibət gətirər. (“Təğabun” surəsi, 64/15)

İndiyə qədər bir çox insan bu sınaqdan keçə bilməmişdir. Sərvət sahibi olan necə insan var ki, sərvət içində üzdüyü halda, nankorluqdan qəlblərində təcəllidən zərrə qədər qığılcım, işıq yoxdur.

Ona görə də, bunlara Cənabi-Haqqın mal və mülk verməsi bir istidracdır (Allahın dinsizlərin azğınlıqlarını artırmaq üçün üst-üstə sərvət verməsi); dolayısilə də azğınlığa bir vəsilədir. Belə insanlar hər şeydən əvvəl, ruhi və qəlbi həyatlarını öldürdükləri və Allahın verdiyi fitri qabiliyyətləri çürütdükləri üçün buna layiq görülmüşlər.

Əfəndimizdən (s.ə.s.) bir hədisini qeyd etmək də yerinə düşərdi: “İçinizdə elələri var ki, əllərini qaldırıb Allaha and içdikləri zaman Allah (c.c.) onların andını yerinə yetirər. Onların andını yerə salmaz. Bəra İbn Malik onlardan biridir” (Tirmizi, Menaqıb 54). Halbuki, Ənəsin qardaşı Bəranın nə yeməyə bir şeyi, nə də yatacağı bir yeri vardı, yoxsulluq içində yaşayırdı. Bəra kimi neçə-neçə saçı-başı dağınıq, pəjmürdə görünüşlü və dağınıq kimi görünən elə insanlar var ki, onlara böyük insan nəzəri ilə baxılmış və qəlblərin böyüklüyü, daxili aləmlərin nuraniliyi dəyərləndirilmişdir. Və belə insanlardır ki, Rəsuli-Əkrəmin (s.ə.s.) dili ilə and içdikləri təqdirdə, Allahın (c.c.) andında yalan çıxarmayacağı şəxslər olaraq səciyyələndirilmişlər.

Buna görə, müstəqil olaraq nə sərvət, nə də yoxsulluq fəlakət, və ya nemət sayılmamalıdır. Əksinə, yerinə görə kasıbçılıq Allahın ən böyük nemətlərindəndir. Allah Rəsulu (s.ə.s.) öz iradəsi ilə kasıbçılığı seçmişdi: “İstəməzsənmi dünya onların olsun, axirət bizim.” (Buxari, Tefsiru surə (66) 2; Müslim, Talaq 31). Həzrəti Ömər (r.a.) dünyanın sərvətləri dövlət xəzinəsinə axdığı halda kasıb bir insan kimi, qənaətlə dolanmış və artığını istəməmişdir.

Amma elə yoxsulluq da var ki, -Allah uzaq eləsin- küfr və dəlalətdir. Məsələn, yuxarıdakı sözlər tədqiq niyyəti ilə bir möminin ağızından deyil, bir nankorun ağızından çıxsa idi, Allahdan şikayət edən o adam küfrə girərdi.

Deməli, yerinə görə yoxsulluq nemət, yerinə görə də sərvətdir. Əsas məsələ, qəlbdə təsdiqin olmasıdır. Yəni:

“Ya Rəbbi, Səndən nə gəlirsə-gəlsin qəbulumdur”.
“Xoşdur mənə Səndən gələn,
Ya xələtü, yaxud kəfən;
Ya təzə gül, yaxud tikan,
Lütfün də xoş, qəhrin də xoş”

Şərqi Anadoluda: “Səndən, o həm xoş, həm bu xoş” deyirlər.

İnsan xələt də geysə, sərvət içində də üzsə, əgər onun qəlbi Allahla döyünürsə, Abdulqadir Geylani kimi, ayağı vəlilərin çiyinində, mübarək başı da Rəsuli-Əkrəmin (s.ə.s.) ətəyinə toxunacaq. Amma Allah ilə münasibəti yoxsa, o kasıbın dünyası da hüsran, axirəti də hüsran olacaq. Bunun kimi, Allahla olmayan zəngin zahirən dünyada məsud kimi görünsə də, nəticədə ağır bir hüsrana uğrayacaq. (“Qəsəs” surəsi, 28/78-84)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message