“Hizmət Hərəkatı” “60 minutes”un verilişində

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Hizmət Hərəkatı” “60 minutes”un verilişində

Amerikanın məşhur xəbər proqramı “60 minutes (60 dəqiqə)” “Hizmət Hərəkatı”nın dünya miqyaslı təhsil fəaliyyətlərinə, habelə son 10 ildə Amerikada müqaviləli dövlət məktəbi (“charter (çarter)” məktəbi) statusu ilə açılmış təhsil müəssisələrinə veriliş həsr elədi.

Amerika dövləti ştat rəhbərliyinin razılığını alan hər bir təhsil müəssisəsinə şagird başına fond ayırır və yerli təhsil sisteminə müvafiq “charter məktəbləri”nin açılmasına imkan verir. Lesli Stelin (Leslie Stahl) xəbərinə görə, Amerikada “Fəthullah Güləni sevən türkiyəli immiqrantlar”ın açdığı “charter məktəbləri”ndə təhsil dəqiq fənlər təmayüllüdür.

Xəbərdə bildirilir ki, bu məktəblərdən ikisi ötən illərdə “Newsweek (Nyusvik)” jurnalının təşkil etdiyi “ən yaxşı 10 Amerikan məktəbi müsabiqəsində qaliblər sırasına girib. Həmçinin xəbərdə qeyd edilir ki, bu müəssisələrdə İslam dini öyrədilmir, müasir tədris avadanlıqları ilə təchiz edilmiş siniflərdə şagirdlərə fənlər praktiki metodla keçirilir. Verilişdə Fəthullah Gülənin “Fizika, kimya, riyaziyyat elmlərini öyrətmək də ibadətdir” sözləri xüsusi diqqətə çatdırılır. Gülənin “məscid yerinə məktəb açın” tövsiyəsi vurğulanır. Xocaəfəndinin bu kimi tövsiyələrindən ilham alan bir çox insanın dünyaya yayılaraq Türkiyədən Toqoya, Tayvandan Texasa minlərlə məktəb açması xüsusi vurğulanır.

Bir çox insanın müsahibəsini ekrana gətirən verilişdə “Harmony (harmoni)” məktəblərinin idarəçilərindən Culi Nortının (Julie Norton) fikirlərinə də yer verildi. Nortın məktəblərində 20 min şagirdin təhsil aldığını, 30 min şagirdin isə məktəbə qəbul olunmaq üçün gözlədiyini bildirdi. Verilişi hazırlayan Lesli məktəblər haqqında ətraflı məlumat toplamaq üçün Türkiyəyə getdiyini bildirərək təəssüratlarını çatdırdı: “Gördüm ki, Gülən məktəbləri ölkənin hər yerində var və bu məktəblər verdiyi təhsilin keyfiyyətinə görə ən yaxşı məktəblər kimi tanınır. Məktəblərin əksəriyyəti milyonlarla dollar qiymətində müasir avadanlıqlarla təchiz olunub. Qız və oğlan şagirdlərə eyni imkan və şərait verilib”.

Verilişdə “charter məktəb”lərinin Amerikanın 26 ştatında fəaliyyət göstərməsindən bəhs edilərək Amerikada yaşayan Türk iş adamlarından Alp Aslandoğanın “Gülən ictimai problemlərin həllinin təhsildən asılı olduğuna inanır” sözünə də yer verildi. Lesli Stelin “Türkiyədən gəlib ABŞ-da məktəb açırlar, bunu məntiqim almır” sözlərinin cavabında Türk iş adamı yerli ailələrin dövlət məktəblərində, xüsusən də dəqiq elmlərinin tədrisindən şikayətçi olduqlarını və Türkiyədən gələn yüksək təhsilli müəllimlərin bu problemin aradan qaldırılmasında yaxından iştirak etdiyini diqqətə çatdırdı.

Texas “Charter” Məktəbləri Birliyinin səlahiyyətli nümayəndəsi Devid Dan (David Dunn) bildirdi ki, aparılan araşdırmalar məktəblərdə İslamın öyrədilmədiyini göstərdi. Dunn: “Mənim üçün əsas olan təhsilin keyfiyyətidir. Bu məktəblərdə oxuyan şagirdlər riyaziyyat, fizika, kimya, İngilis dili kimi əsas fənlərdə müvəffəqiyyət qazanırlar,” ‒ dedi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message