Əmanət etibarlı əllərdəmi?

Sual: Böyüklərimizin belə bir duası var: “Ya Rəbbim, xətalarımızı bağışla. Bizi özünə qul qəbul elə. Əmanətini alacağın ana qədər bizi əmanətə sadiq insanlardan et”. Əmənət sözü ilə yalnız bizim canımız qəsd olunur? Vəzifə və məsuliyyət baxımından “əmanət” ifadəsini izah edərsinizmi?

Cavab: Allah-taalanın insana bəxş etdiyi ilk ehsanların hər biri əmanət olduğu kimi, insanın iradəsini layiqincə ortaya qoyub bu ilk ərməğanları dəyərləndirməklə əldə etdiyi hər şey bir əmanətdir. Əslində insanın əldə etdiyi nə varsa, hamısının həqiqi faili (feilin sahibi) də Allahdır. Ancaq “Bir şeyin həqiqi faili görünmürsə, o feil (iş, əməl) ən yaxın səbəbə aid edilir” hüquq prinsipinə ‒ ümumi qaydaya əsaslanaraq insanın iradə ilə əldə etdiyi bəzi şeyləri ‒ iradə və onunla görülən işlər arasında “tənasübi-illiyət (səbəb-nəticə)” əlaqəsi olmasa da ‒ biz insana aid edirik. Dolayısilə, Allahın insana məccani (qarşılıqsız) verdiyi hər şey nemət olduğu kimi, insanın öz iradəsi ilə əldə etdiyi bütün şeylər də nemət kateqoriyasına daxil edilir. İnsan dünyaya bu cür baxa bilsə, həm bəxş edilən, həm də iradəsi ilə nail olduğu bütün nemətlərin əvvəlində və axırında, zahir və batinində namütənahi qüdrətin əlini görəcək və qəlbi bu nemətləri lütf edən Zata qarşı həmd-səna hisləri ilə dolub-daşacaq. Bəli, insan bu nemətləri düşünsə, mənən coşub minnət və şükran hissi ilə oturub-duracaq, “əlhamdulillah”la nəfəs alacaq və vücudu bu bərəkətli sözün təsiri ilə təpədən-dırnağadək ehtizaza gələcək.

İman ən böyük əmanətdir

Gördüyümüz kimi, bu aspektdən baxanda əmanətin əhatəsi çox genişdir. Məsələn, həyatımız əmanət olduğu kimi, əbədi həyatın nüvəsini daşıyan iman, ihsan, mərifətullah, məhəbbətullah da öz-özlüyündə bir əmanətdir. İman olmasa, insan digər məxluqlar kimi çox dar zaman dilimində yaşayıb, sonra da özünü yoxluğun qoynuna atar. Əbədiyyətə çatmaq isə imandan asılıdır. Odur ki insan iman kimi mühüm bir əmanəti qorumaq üçün onun ətrafında nə qədər sədlər yüksəltsə, bu hədəf istiqamətində bütün cəhdini ortaya qoyub nə qədər araşdırma aparsa, dəlillər tapsa, yenə də azdır. Burada onun vəzifəsi “Həl min məzid ‒ yenə varmı?” deyib yola davam etməkdir. Deyək ki, sizə ləl-cəvahiratla dolu bir qutu əmanət edib “Bunu qorumasan, başından olacaqsan” dedilər. Şübhəsiz ki, onu qorumaq üçün əlinizdən gələni edəcəksiniz. Halbuki imanla müqayisədə onun heç bir qiyməti yoxdur. Bu baxımdan “aman, buradan şeytan girə bilər”, “aman, nəfsi-əmmarə aldada bilər” deyib mütəmadi olaraq imanı sədlərlə dövrəyə almaq bu böyük əmanətə sədaqətin nişanəsidir.

İmandan ayrılmamaqla yanaşı, ibadət və itaətdə mütəmadilik də bu əmanətin qorunmasında mühüm əhəmiyyət daşıyır. Bunun üçün daim Cənabi Allaha dua etmək və Onun himayəsinə, inayətinə sığınmaq lazımdır. Necə ki

اَللَّهُمَّ يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَي دِينِكَ

“Ey qəlbləri haldan-hala salan, Allahım! Məni dinindən ayırma, qəlbimi dininə möhkəm bağla!”,

اَللَّهُمَّ يَا مُصَرِّفَ الْقُلُوبِ صَرِّفُ قُلُوبَنَا اِلَي طَاعَتِكَ

“Ey qəlbləri haldan-hala salam Rəbbim, qəlbimizi ibadət və itaətə yönəlt!” duaları Peyğəmbərimizin (s.ə.s.) dilindən düşməzdi.

İslam kimə əmanət?

Başımızın tacı Qurani-Kərim də bizə bir əmanətdir. Onu həm hafizərin zehnində, həm də məna və məzmununa xələl yetirmədən qoruyub saxlamaq lazımdır. Əgər insanlar Qurani-Kərimin məna və məzmunundan xəbərsizdirsə, demək ki, onun qədir-qiyməti də bilinmir. Unutmayaq ki, Quranı “qırtlaq ağaları”na əmanət edərək təkcə dinləyib təsəlli tapmaq ona sahib çıxmaq deyildir. Əsas məsələ Quranın saralıb-solmasına imkan verməmək, Onun cəmiyyət həyatında aktiv rolunu təmin etmək, “dünyanın birinci kitabı” pilləsinə yüksəltmək üçün çalışıb-çabalamaq və onun ruhunu ruhlara üfləyərək bu əmanətə sahib çıxmaqdır. Əgər Qurana bu səviyyədə sahib çıxmırıqsa, məxmərə büküb divardan assaq belə, ona xəyanət etmiş sayılırıq.

Müsəlmanlıq – bütün əsas və prinsipləri ilə – başda Allahın (cəllə cəlaluhu), sonra da Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Məhəmməd ümmətinə əmanətidir. İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) müsəlmanlığın çərçivəsini cızmış, nəyin nə olduğunu açıq-aşkar ortaya qoymuş və bizə dünya-axirət xoşbəxtliyinin yollarını göstərmişdir. Dolayısilə Rəsuli-Əkrəm İslamı başda səhabeyi-kiram, sonra da arxadan gələn nəsillərə əmanət etmişdir. Ondan sonrakı əsrlərdə yaşayan mücəddid, müctəhid, övliya, əsfiya və əbrar dini yaşatmaq üçün bəzi qapalı məsələləri açmış, ictihad yolu ilə İslamı hər dövrə uyğun izah etmiş, beləcə, onlar öz vəzifəsini yerinə yetirmiş, sonra da gələcək nəsillərə əmanət etmişdir. Dünən sələfin çiynindəki bu əmanət bu gün bizim, sabah da gələcək nəsillərin çiynində olacaqdır. Odur ki, bu əmanəti layiqincə qorumadan, deformasiyaya uğradaraq təhvil vermək böyük günahdır. Bəli, biz bu əmanətə sahib çıxmasaq, onu layiqincə qorumasaq və olduğu kimi xələfə ötürməsək, həm ona xəyanət etmiş, həm də gələcək nəsillərə qarşı böyük bir haqsızlıq etmiş olarıq.

Xüsusən, indiki dövrdə iman və Quran xidmətinə daha böyük ehtiyac var. Keçmiş dövrlərdə insanlar çox ağır şəraitdə belə bu uca məfkurə uğrunda canını vermiş, əlindən gələni əsirgəməmiş və bu əmanəti qoruyub bizə miras qoymuşdur. O halda biz də bu iman xidmətinə xələl gətirməməli, onu olduğu kimi qorumalı, eyni sürətlə həyata keçirilməsini təmin etməli və lazım olan yerlərə çatdırmalıyıq. Yəni biz bu əmanətin əmanətçiləri olaraq, nə qədər ömrümüz var, onu zərrə qədər hədər etmədən lazım olan yerlərə çatdırmaqla mükəlləfik. Əgər ehmallar üzündən xidmətdə “qırılma”, “çatlama”, “dayanma” və ya geriləmə olarsa, əmanətə xəyanət etmiş sayılarıq. Cənabi Allah da bunun hesabını axirətdə soruşar. Bir misal çəkim: başını bu yola qoyan bir adam gündə on altı saat işləmir və işləri çatdıra bilməməkdən gileylənib kömək istəyirsə, ona tənbəlliyə düçar olmuş insan kimi baxmaq olar. Yox əgər on altı saat işlədikdən sonra hələ də gözünə bəzi boşluqlar dəyirsə, ancaq onda köməkçi istəyə bilər. Bəli, xainlik damğasından qorxuruqsa, məsələyə diqqətlə yanaşmalı, sonra da “Allahım! Tezliklə etibarlı insanları yolla, bu əmanətə xələl gəlmədən təhvil verək” duası ilə Cənabi Allahın qüdrətinə və mərhəmətinə sığınmalıyıq.

Əmanətə xəyanət münafiqlik əlamətidir

Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) bir hədisi-şərifdə:

أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْ النِّفَاقِ حَتَّى يَدَعَهَا إِذَا اؤْتُمِنَ خَانَ وَإِذَا حَدَّثَ كَذَبَ وَإِذَا عَاهَدَ غَدَرَ وَإِذَا خَاصَمَ فَجَرَ

“Bu dörd xüsusiyyət kimdə varsa, o əsl münafiqdir. Hətta onda biri belə olsa, ondan əl çəkənədək həmin adamda münafiq xüsusiyyəti qalır: bir əmanətə xəyanət etmək .. yalan danışmaq .. verilən sözdə durmamaq .. düşmənçilikdə ifrat.” (Buxari, İman 24; Müslim, İman 106) buyuraraq əmanətə xəyanətin münafiqlik əlaməti olduğunu bildirir. Siz sözügedən hədisdə keçən əmanəti yuxarıda sadaladığımız bütün mövzulara şamil edə bilərsiniz. Beləliklə, bu əmanətlərin qorunmasında həssaslıq göstərməsək və müvafiq tədbirlər görməsək, ömrümüz bir münafiqlik əlaməti ilə keçib gedəcək. Bu, eyni zamanda peyğəmbər vəsfi – etibarlılığı da itirmək deməkdir. Halbuki insan peyğəmbərlərin vəsflərinə nə qədər yiyələnirsə, o qədər dəyərli olur, bu xüsusiyyətlər olmayanda isə öz dəyərini itirir.

Bunu da xatırladım ki, ümuma aid belə bir məsələdə necə gəldi hərəkət edən insanlar fərqinə varmadan əmanətə xəyanət kimi böyük bir günah işləmiş olur. Buna görə də bu ilahi lütfə ‒ əmanətə xələl gəlməsindən qorxub tir-tir əsməli və əl açıb “Ya Rəbbim! Bizi əmanətə xəyanətdən qoru və əmanətini alacağın günədək əmanətdə sadiq et” deyə mütəmadi bir-birimizə dua etməliyik.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message