Gülənin fikirləri dünyanın mövcud problemlərinin həlli ola bilər

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Gülənin fikirləri dünyanın mövcud problemlərinin həlli ola bilər

Potsdam Universitetinin əməkdaşı prof. Sylvia Powels-Niami “Müasir dövrdə gedərək artan ictimai süqutun alternativ çözümü İslam əsaslı Fəthullah Gülənin təlimidır” deyə vurğuladı.

Potsdam Universiteti əməkdaşı teoloq professor Sylvia Powels-Niami Fəthullah Gülənin İslam əsalı fikirləri dünyanın problemlərini həll etmək üçün mühüm bir alternativ olduğunu söylədi. Kölndə Mədəniyyətlərarası Dialoq Dərnəyinin (IKULT) təşkil etdiyi “Tarixdə İslam Tolerantlığı” mövzulu konfransda Qərbin tarixi sənədlərinə əsasən geniş bir məruzə oxuyan professor Sylvia Powels-Niami: “İslam tarixinə nəzər yetirsək, xristian və yəhudilərin
tolerans şəraitdə yaşadıqlarını görərik” dedi. İslamiyyətdə qeyri-müsəlmanlara xoşgörü və tolerantlıq bilavasitə Qurani-Kərim və Hz. Məhəmməd əsaslıdır deyən Sylvia Powels-Niami, dövrümüzdə bu tolerantlığın ən böyük təmsilçisi Gülən və hərəkatı
olduğunu qeyd etdi.

Çağdaş problemlərin çoxuna qlobal sərmayənin və onların önünü açmaq üçün özləri qoyduqları qanunları belə tapdalayan siyasətçilərin səbəb olduğunu deyən teoloq, bunların müstəmləkələşdirmə, yoxsulluq, ətraf-mühit kirliliyi və s. böyük fəlakətlərə
zəmin hazırladığını ifadə etdi. Professor Sylvia Powels-Niami: “Bunun həlli üçün bir alternativ də Fəthullah Gülənin bütün dünyaya yayılmış İslam əsaslı reform hərəkatıdır. Müsəlman türklər yüz illərdir həyata əks etdirdikləri tolerantlıq və
xoşgörüyə sahibdirlər. Min ildən çoxdur ki, İslamiyyət burada bənzərsiz bir tolerantlıq göstərdi. Bu tolerantlıq müsəlman türk təsəvvüfünə söykənir. Gülən bu köklərdən bəslənir və buna yeni bir anlayış gətirir”
dedi.

Fethullah Gülənin fikirləri dünyanın mövcud problemlərinin həlli ola bilər

Gülənin insanları sevgi, xoşgörü və dialoq əsasında yenidən maarifləndirdiyini deyən teoloq, dialoqun müxtəlif mədəniyyət və dinləri, qonşunu, yoldaşı tanımağa və əsla düşmənçilik etməməyə dəvət etdiyini ifadə etdi. Gülənin sufizmi daha da irəli
addım ataraq tolerantlıq və dialoqu bir vəzifəyə çevirdiyini deyən professor Sylvia Powels-Niami: “Fəthullah Gülən düşüncə və davranışlarda nümunəvi insanlığı, ən çətin şərtlərdə belə müsbət davranışı şərt qoşur. Ortaq etik və ictimai dəyərlər ilə
təhsilə böyük əhəmiyyət göstərir”
dedi. Fəthullah Gülənə reformçu və ictimai islahatçı kimi baxmaq olar deyən professor Sylvia Powels-Niami: “Ancaq o, eyni zamanda spiritualizm ustadıdır, çünki mənəvi problemlərdən qaçmır, əksinə həll edir.
Arqumentləri çox məntiqli, konsept və təqdimatı qeyri-adi dərinliyə və keyfiyyətə malikdir”
dedi.

Professor Sylvia Powels-Niami müsəlmanların xoşgörüsünə nümunə olaraq Səadət əsrindən, Hz. Ömər dövründən, Əndəlus və Osmanlıdan nümunələr verərək Fəthullah Gülənin də belə bir tolerantlıq mədəniyyətindən gəldiyini, bu səbəblə düşüncələrinin bir çox müasir problemə çarə ola biləcəyini vurğuladı.

Konfransın aparıcısı “IKULT” müdiri Ejder Sabancı idi. Çox sayda Alman qonaqları konfransı maraqla izlədi. Prof. Klaus Otte də “IKULT”un verdiyi “2009 dialoq mükafatı”nı almaq üçün konfransda iştirak etdi. Otte: “ABŞ-a gedib Gülənlə görüşdüm. Ondan təsirləndim” dedi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message