Təsbehdən yapış, təhmidə sığın və təkbirdən tut

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Təsbehdən yapış, təhmidə sığın və təkbirdən tut

Gözünə və xəyalına zərrəcə günah girmədən Həzrəti Əli (kərrəmallahu vəchəhu) ilə ailə həyatı quran, yaşı 25 olmadan da atasının ardınca axirətə pərvazlanan, bütün övliya və əsfiyanın anası Həzrəti Fatimə validəmiz ev işlərini özü görərdi.

Elə varı-yoxu bircə otaqdan ibarət hücrə idi, orada yaşayırdılar. O hücrədə Hz. Fatimə ocağı qalayar, yemək bişirərdi. Çox vaxt ocağı üfürüb alışdırarkən sıçrayan qığılcımlar paltarını xal-xal yandırardı. Paltarı dəlik-deşik olmuşdu. Bundan başqa,
çörək bişirər, su daşıyardı. Dəyirman daşını fırlatmaqdan əli döyənək olmuş, su daşıya-daşıya da, ərzurumluların təbiri ilə kürəyi "yağır" olmuşdu.

Bu ərəfədə bir döyüşdən Mədinəyə qayıdan Müsəlmanlar özləri ilə əsir gətirmişdilər. Allah Rəsulu bu əsirləri ehtiyacı olan Mədinə xalqına paylayırdı. Həzrəti Fatimə də ev işlərində xidmətçi istəmək üçün atasının yanına getmiş, Peyğəmbərimizin
(s.ə.s.) hüzurunda oturanlardan həya edərək heç nə demədən evə qayıtmışdı. Həssas qızının bir istəklə gəldiyini anlayan Nəbilər Nəbisi (s.ə.s.) işini qurtardıqdan
sonra onun evinə baş çəkir. Ardı Həzrəti Fatimənin dilindən: "Yatağa uzanmışdıq ki, Allah Rəsulu gəldi. Mən və Əli yataqdan qalxmaq istəsək də, O, buna mane oldu və aramıza oturdu. Nə istədiyimi soruşdu. Mən deməkdən utandım. Əvəzimə Əli dedi ki: "Ya
Rəsulullah, qızınızın əlləri dəyirman daşını fırlada-fırlada döyənək, çiyni su daşıya-daşıya “yağır” oldu, evi süpürə-süpürə toz-torpağa batdı. Əgər siz də razı olsanız, gələn əsirlərdən birini xidmətçi verərdiniz". Allah Rəsulu bundan məmnun olmadı,
qaşlarını çatıb dedi: "Qızım, yoxsul mədinəlilərin payını sizə verə bilmərəm. Allahdan qorx və Ona layiqincə qulluq et! Allahın əmr etdiyi fərzləri layiqincə yerinə yetir. Ərinə də daim sadiq və itaətkar ol! Onun haqqına da riayət et! Sənə bundan
daha xeyirli bir şey deyim: Yatağa girərkən otuz üç dəfə "Sübhanallah[1]", otuz üç dəfə "Əlhamdulillah[2]", otuz dörd dəfə də "Allahu əkbər[3]" de. Bu sənə xidmətçidən daha xeyirlidir".
Yəni: Qızım, dəyirman daşını yenə özün fırlat, suyu özün daşı, evini də özün süpür, ancaq gözünü heç vaxt üxrəvi aləmlərdən çəkmə, sənə lazım olan şey budur. Allah qatında dəyərini artırmaq istəyirsənsə, təsbehə sarıl, təhmidə sığın və təkbirdən
yapış. Sizin istədiyiniz fani dünyanın rahatlığı üçün idi. Halbuki mən sizin axirətdə məsud və xoşbəxt olmağınızı istəyirəm.

Allah Rəsulu möminlərin aqibətindən çox qorxurdu

Rəsuli-Əkrəm əzəmətli şəfqət və əngin mərhəməti ilə möminlərin aqibətindən çox qorxur, onlara yeri gəldikcə xəbərdarlıq, inzar və irşad edirdi. Buna da ilk olaraq öz ailəsindən başlayırdı. Bəli, O, belə ailə başçısı idi. Bəzən mərhəmət dolu
buludlartək çöhrəsində şirin bir narazılıq cizgiləri görünərdi, lakin bu üz ifadəsinin dərinliyində mərhəmət vardı: yağış yağacaq, axirət naminə ətrafı sulayacaq, hər yanı güllü-gülüstana çevirəcəkdi. Çox vaxt da təbəssüm edər, ürəyini açar, onları
bağrına basar və ailə üzvlərinə iltifat göstərərdi. Onlar da bu şirin ab-havanı itirməkdən qorxar və Onun axirət üçün hər istəyini yerinə yetirərdilər.

Həzrəti Fatimə vəhyin “leysan olub” yağdığı bir mühitdən nəşət etmiş və o havanının içində böyüyüb boya-başa çatmışdı. Göz açıb Peyğəmbərlər Sultanını görmüş və Peyğəmbərin xas varisi Həzrəti Əlinin evində də eyni ab-havanı yaşamışdı.
Peyğəmbərimiz (s.ə.s.) dari-bəqaya köçdükdən altı ay sonra o da həyatla vidalaşmışdı. Allah Rəsulu da, Həzrəti Fatimə də ayrılığın uzun çəkməyəcəyini bilirdi. Çünki bir gün Allah Rəsulu sevgili qızının qulağına: "Qızım, atanın o biri aləmə səfəri
var!" deyincə Həzrəti Fatimədən nalə qopdu. Onun göz yaşalarına ürəyi dözməyən Şəfqət Peyğəmbəri qızını təkrar yanına çağırmış: "Qızım, mən gedirəm, ancaq əhli-beytimdən mənə ilk qovuşan sən olacaqsan. Yanıma hamıdan əvvəl sən gələcəksən" – demişdi.
Bu sözü müjdə kimi bağrına basan Həzrəti Fatimə artıq təbəssüm edir və Ona qovuşacağı günü səbirsizliklə gözləyirdi.

Hz. Fatimə anamızı bu bir neçə misaldakı duruluğu, saflığı ilə tanımağa çalışın. Bu səhifələrdə onun nə qədər saf, nə qədər nəzih, nə qədər pakizə bir qadın olduğunu anlayın. Amma Peyğəmbərimiz canı qədər sevdiyi o pakizə anamıza belə deyir: "Ya Fatimətü, iştəri nəfsəki minallahi fəinni lə uğni anki minallahi şey'ən – Əziz qızım, sən də nəfsini Allahdan satın almağa çalış, çünki axirətdə sənin üçün də heç nə edə bilmərəm ". Rəsuli-Əkrəm bununla
“Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır” (“Tövbə” surəsi 9/111) məallı ayəyə işarə edir və ən yaxınlarından
başlayaraq hər kəsə axirətin yamaclarına aparan yolları göstərirdi.

Xülasə

  • Gözünə və xəyalına zərrəcə günah girmədən Həzrəti Əli (kərrəmallahu vəchəhu) ilə ailə həyatı quran, yaşı 25 olmadan da atasının ardınca axirətə pərvazlanan, bütün övliya və əsfiyanın anası Həzrəti
    Fatimə validəmiz ev işlərini özü görərdi.
  • Qızım, dəyirman daşını yenə özün fırlat, suyu özün daşı, evini də özün süpür, ancaq gözünü heç vaxt üxrəvi aləmlərdən çəkmə, sənə lazım olan şey budur. Allah qatında dəyərini artırmaq istəyirsənsə, təsbehə sarıl, təhmidə sığın və təkbirdən
    yapış.  
  • Bəli, O, belə ailə başçısı idi. Bəzən mərhəmət dolu buludlartək çöhrəsində şirin bir narazılıq cizgiləri görünərdi, lakin bu üz ifadəsinin dərinliyində mərhəmət vardı: yağış yağacaq, axirət naminə ətrafı sulayacaq, hər yanı güllü-gülüstana
    çevirəcəkdi.

Allaha yaxınlığın ən etibarlı yolu təbliğdir

Dəfələrlə ifadə etdiyim kimi, İslamiyyəti tanıtmaq, Allahı, Peyğəmbərimizi, Quranı, iman əsaslarını və İslamın şərtlərini anlatmaq möminin ən böyük vəzifəsidir.

Dünyada təbliğdən müqəddəs vəzifə yoxdur. Əgər ondan daha müqəddəs və Allah dərgahında daha savablı bir vəzifə olsa idi, Allah ən sevdiyi qullarını həmin vəzifə ilə göndərər və bunu da ən böyük qürbət (yaxınlıq) sayardı. Halbuki Cənabi-Haqq
peyğəmbərlərini təbliğ vəzifəsi ilə göndərdi. Onlar Allaha ən yaxın qullar idi. Peyğəmbərlərin Allaha yaxın olması Onların Allahın adını əzmlə, səylə təbliğ etməsi ilə bağlıdır. Ona görə də Allaha yaxınlığın ən etibarlı yolu təbliğdir. İnsanlar bu
yola nə qədər yaxınlaşsalar, Allaha da bir o qədər yaxın olarlar.

Hər dövrün özünəxas dini təbliğ üsulları var. Dövrün şərtlərinə və tələbinə görə təbliğin yolu, üsulu da dəyişə bilər. Lakin dəyişməyən bir əsas var, o da təbliğə təmsillə dərinlik qazandırmaq, yəni təbliğlə yanaşı, təbliğ olunan dəyərlərin təmsil
edilməsidir. Zənnimcə, bizim əshabi-kiram və sələfi-salehindən fərqimiz bu xüsusdadır. Onlar təmsilin gücünə söykənir və Allahın izni ilə müyəssər və müvəffəq olurdular. Ancaq biz həmişə elə deyilik, elə davranmırıq. Bizdə təmsil ikinci planda qalır,
bəlkə, bəzi şeyləri anladırıq, lakin çox vaxt dediklərimizi yaşamırıq, əməlimizlə  təsdiq etmirik.

Əshabi-kiram dövründə söz sənəti və natiqliq məşhur sahələr idi. Onlar da dildən çox yaxşı istifadə edirdilər. Çox dərin dil və söz zövqünə malik idilər. Allah onları Qurana müxatəb və təbliğçi seçmişdi. Lakin dünyanın müxtəlif yerlərində İslamı
təbliğ edərkən demək olmaz ki, onlar həmin xalqların dilini bilirdilər. Hətta siyər və məğazi kitablarının yazdığına görə yalnız üç-dörd nəfər əcnəbi dili bilirdi. Onların əksəriyyəti də Peyğəmbərimizin
(sallallahu əleyhi və səlləm)
məktublarını tərcümə edirdilər. Lakin səhabələr əcnəbi dil bilməsələr də, qısa vaxtda dünyanın dörd tərəfində özlərini anlada bildilər. Hər kəs onları dinləyirdi.. onlar şam deyil, məşəl idilər və getdikləri yerlərdə
Allahın izni ilə nə qədər şam yandırdılar. Onların ətrafa işıq saçmasının sirri təmsilin gücündə idi.

Bəli, təbliğ təmsilin gücünə əsaslanmasa, o qədər də təsirli olmaz. Təmsil tərəfdən natamam olan təbliğ tamamilə təsirsiz olmasa da, istənilən effekti verməz. Hal-hazırda dinin təbliğində mövcud olan nöqsanlar da buradan qaynaqlanır. Bu gün
insanlar məramlarını gözəl ifadə edirlər, bər-bəzəkli sözlərə televiziya, radio və qəzet kimi nemətləri də əlavə edərək məqsədlərini çox gözəl səsləndirirlər. Əllərində geniş imkanlar var. Məsələlərə istədikləri kimi cazibə qatır, bir anda səsini
milyonlara çatdıra bilirlər. Lakin yenə də o “ilklər” qədər qayələrində müyəssər ola bilmirlər. Deməli, onlarda elə bir xüsusiyyət var ki, bu günün insanları  ondan məhrumdur. Bu da təbliğə təmsillə tamamlama və təbliğin mahiyyətini dərinləşdirmə
xüsusiyyətidir.

Bəli, bu mühüm vəzifəni öhdəsinə götürənlər və peyğəmbərlik məsləyində olanlar Allahın bəxş etdiyi bu müqəddəs yükün daşıyıcısı olduqlarını yaxşı dərk etməlidirlər. Bir əczaçının, və ya bir həkimin özünəxas paltarı, böyük insanların xüsusi
geyim-keçimi olduğu kimi bu yolun yoçularının da özünəxas davranışları, hərəkətləri olmalıdır. Onlar çox səmimi, çox sadiq, çox vəfalı, israrlı və qətiyyətli olmalıdırlar.

Həftənin duası

Ya Rəbb! Sən bizim günahlarımızı bağışla, qüsur və ayıblarımızı ört, razı olduğun əməllər gördür, müsəlman qullarını həddini aşıb təcavüz edən, düşmənçiliklə oturub-duran, daima sui-qəsd planlayan insanlıqdan məhrumlara qarşı nüsrətinlə gücləndir.
Bizə bizi hər yandan saran kədər, dərd, qüssə, sıxıntıdan qurtulmaq üçün dərgahından çıxış yolu göndər.

Sözün cövhəri

Günaha girməmə düşüncəsiylə insanlardan uzaq yaşamaq və cəmiyyətə qarışmamaq bir cəhətdən qəbul edilsə də, digər bir cəhətdən eqoizmin başqa şəkildə təzahürüdür və böyük bir xudbinlikdir. Çünki mömin digər insanların da əbədi səadətini düşünmək
məcburiyyətindədir və öz qurtuluşunu başqalarının qurtuluşu ilə eyni müstəvidə görməlidir. Üstəlik həyatın hər sahəsində doğru, layiqli təmsilçilərə ehtiyac vardır. İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:
"İnsanlara qarışan, onların əza və cəfasına dözən mömin xalqdan uzaq duran və onların əziyyətindən uzaq olmağa çalışan mömindən daha fəzilətlidir".


[1] “Sübhanallah” demək. Cənabi-Haqqı (c.c.) şanına layiq ifadələrlə yad etmək.
[2] “Əlhəmdülillah" demək. Allaha həmd etmək, Onu mədh etmək.
[3] "Allahu əkbər" demək. Allahın zuda ən yüksək və ən böyük olduğunu ifadə etmək.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message