Qərb demokratları və Fəthullah Gülən

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Qərb demokratları və Fəthullah Gülən

Elə şəxsiyyətlər var ki, fikirləri zaman keçdikcə daha da yaxşı anlaşılır. Zaman, sanki, onların düşüncə və görüşlərini təfsir edir. Fikirləri yüz illərlə müzakirə olunan, təravətini itirməyən böyük mütəfəkkirlər bəzən yaşadığı dövrdə kifayət qədər anlaşılmadığına görə sıxıntı çəkirlər. Fəthullah Gülən də dəyəri məhz belə gec anlaşılan mütəfəkkirlərdən biridir.

M. Fəthullah Gülən illərdən bəri “insanı öz mövqeyində qəbul etmək” və “demokratiya insanın mənəvi yönünü nəzərə almalıdır” deyə iki mühüm fikir ortaya atmışdı. Zaman keçdikcə insana dəyər vermək və mənəviyyata olan ehtiyac zəruriliyi daha qabarıq ortaya çıxdı.

Qərb demokratlar bir neçə əsr ərzində bir çox şeyi qurban verərək azadlıq və hüquq sahəsində böyük məsafələr qət etdilər. Ancaq insanın mahiyyəti yanlış müdaxilələrlə mənəvi yönü ehmal edilincə həm insanlarda, həm də cəmiyyətdə bəzi nöqsanlar meydana gəlməyə başladı.

İstər Almanya, istər digər inkişaf etmiş ölkələrdə insanların siyasətdən təmənnası da buna paralel olaraq dəyişdi. İnsanın mənəvi yönünün ehmal edilməsi onun psixalogiyasında, ruhunda və fəaliyyətində mənfi nəticər doğurdu. Sadəcə qarın doyurmaq və hüdudsuz azadlıq insanlara xöşbəxtlik gətirmədi. Bü gün Qərbdə insanlar dövrün bütün imkanlarına malik olsalar da, ictimai həyatda bir çox problemlərlə üzləşir. Siqaret, narkotik, içki, diqqətsizlik, davranış pozğunluğu, qavrama və öyrənmə problemləri, laqeydlik, zorakılıq, boşanma, cinsi pozğunluq və s. Məhz bu məqamda insanların siyasətdən təmənnası fərdi və ictimai problemlərinin həllidir. Bir çox ölkədə seçkilərə vətəndaş iştirakının azalmasında bu təmannanın puç olmasının böyük rolu var.

M. Fəthullah Gülənin “demokratiya insanın mənəvi yönünü də düşünməlidir” fikri ictimai həqiqəti açıq şəkildə ifadə edir. Gələcəkdə bu ehtiyac şübhəsiz daha da çox müzakirə olunacaq. Əgər demokratiya ən inkişaf etmiş sistemdirsə, bu ancaq Gülənin müəyyənləşdirdiyi həqiqəti də nəzərə aldıqdan sonra bəşəriyyətə rifah və sülh bəxş edə bilər.

Bir çox üstün cəhətinə baxmayaraq ən inkişaf etmiş ölkərlərdə belə demokratiya nə insanları öz mövqeyində qəbul edə, nə də mənəvi fəzilətləri həyata əks etdirə bildi. Dolayısilə, insanların şüur və fəaliyyətində bu fəzilətləri əks etdirəcək qədər demokratiya mənimsənməlidir.

Globallaşmış dünyada müxtəlif mədəniyyətlərə mənsub insanların birlikdə yaşaması ancaq bu şüurla mümkündür. Bu aspekdən baxanda “Könüllülər Hərəkatı”nın dünyanın müxtəlif coğrafiyalarında alqışlanması və mənimsənməsi fikirlərinin gələcəkdə demokratiya fikrinə verəcəyi töhfədən xəbər verir. “İttifaq etməmək üzrə ittifaq edən” ərəb dövlətləri və ziyalıları arasında belə ittifaq qurmağı bacaran “Könüllülər Hərəkatı” dünyanın zorakılıqdan, qandan, xəstəliklərdən təngə gəldiyi bir dövrdə yeni bir sülh və hüzurun işarəsini verir.

Qərblilər demokratiyanı azadlıq və hüquq çərçivəsində müəyyən bir səviyyəyə çatdırdı, lakin bəşəri problemlərin bir çoxuna həll yolu tapmaqda aciz qaldı. Bu gün Qərb toplumlarında gördüyümüz fərdi, ailəvi və ictimai promlemlər Qərb demokratiyasının bəşəri problemləri həll etmədə qeyri-kafi olduğunu bir daha təsdiqləyir. İnsanların siyasətdən təmənnası da məhz buna görə dəyişir. Al Gorenin “Demokratiya mənəvi dəyərlərin itirilməsi problemini yaşayır” ifadəsi Fəthullah Gülənin dilə gətirdiyi “demokratiya insanın mənəvi yönünü nəzərə almalıdır” görüşünün nə qədər mühüm olduğunu göstərir.

Fəthullah Gülənin vurğuluadığı bu iki əsas Qərb demokratlarının nöqsanını düzəldib müxtəlif mədəniyyətə mənsub insanların təmənnasına da bir cavab mahiyyətini daşıyır. Hələ “Könüllülər Hərəkatı”nın demokratiyaya verdiyi töhfə tam araşdırılmasa da, gələcəkdə toplumları yeni bir demokratiya anlayışı ilə birləşdirəcək bir potensiyala malik olduğu gün kimi aydındır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message