Orada bir ev var uzaqda

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Orada bir ev var uzaqda

Hava limanından iki saat yarımlıq yol getdikdən sonra nəhayət çatdıq oraya. O sirli məkana addım-addım yaxınlaşdıqca qəlbimin döyüntüləri artmağa başladı. Diləgəlməz bir həyəcan bürüdü ruhumu. Sevinçlə əndişə,  vüsalla, həsrət qarışıq çox fərqli hislərdi bunlar. Vüsalın süruru ilə "heç cür ola bilməmənin" əndişəsi; bu əndişələrdən qopan izdirablar, qəlbi çırpıntılar ilə məni ağuşuna alıb aparırdı.

Göyün mavisi və yerin yaşıllığı ilə əl-ələ verib, çiyin-çiyinə birləşdiyi o müstəsna məkana, təvazökar bir bağın qapısından içəri girirəm. Bir az getdikdən sonra yamyaşıl ağacların arasından güvən verən insan çöhrəsinə bənzər "o ev" qarşıma çıxır. Evə sarı atdığım hər addımda anamın isti qucağının hərarətini duyuram. Qapıdan keçər-keçməz məkanın duyğuları bəsləyən, düşüncələri coşduran ofsunu bürüyür hər yanımı. İstqanlı, hərarəti qəlblərə sızan, nur saçan simalar, ruhumuzu oxşayan “xoş gəldiniz”lərlə qarşılayır bizi.

Birinci mərtəbədə yeməkxana var. Çox da böyük olmayan bu məkandan üst mərtəbəyə çıxarkən pilləkənlərdə bir lövhə gözümə dəyir:

"Ya sükut et ya düşün, ya xeyir danış, ya da əvradu-əzkarla məşğul ol, lakin qətiyyən aktual mövzulara girmə!"

Başa düşürəm ki, bu ev qəlbin sarayıdır. Burada nəfsin pıçıltılarına, həvanın və həvəsin amansız, hüdudu olmayan arzu-istəklərinə yer yoxdur. Ləğviyat, gəvəzə, boş sözlər qapıdan qovulub. Aktuallıq və gündəlik siyasi söhbətlər buranın mövzusu deyil. Burada hər şey Nəbəvi təlimata uyğun işləyir. "Ya xeyir danış, ya da sus!"kəlimələrinin ilahi feyzi altında ucalan hikmətli söhbətlərin sədası səmaya yüksəlir!

Pilləkənlərdən çıxdıqca bu ab-havanın hər yana nüfuz etdiyini görürəm. Bir neçə günlüyə ziyarətə gələn qonaqlarda da, həyatlarını üxrəvi xidmətə həsr edən tələbələrdə də bu ilahi ecazkarlığı hiss edirəm. Onlar, sanki, dörd bir tərəfdə qırılası kristal şüşələrin sınmasından qorxaraq yeriyərkən diqqətli, danışarkən ölçülü, son dərəcə nəzakətli və kübardırlar. Hər kəs halından məmnundur, çünki mənşəyi cənnətlərdə olan şirin bir bulaqdan doya-doya içirlər. Tək bir dərdləri var, o da Haqqa yaxın olmaq..

Bu evin ən böyük sakininin:

"Sən bilinmədik nə insiyaqlarla quruldun, Gəlib keçən onca yarana uğraq oldun; Dilərəm için də göründüyün kimi olsun, Üfüqündə hər dəm ruhani nəğmələr duyulsun,"

sətirləriylə xitab etdiyi bu məkanda gün təhəccüdlə başlayır. Qonaqlar və evin sakinləri işığa uçan pərvanələr tək, Quran xətmli təhəccüdə can atırlar. Camaatla qılınan təhəccüddən sonra sübh namazına qədər əvradu-əzkarlar oxunur, sübh namazındakı ruhani havanı təsvir etməyə dil aciz qalır. Sünnəti, fərzi, təsbihatı və səhər zikrləri ilə birlikdə bir saata yaxın əda edilir. Namazdan sonra "hüzur"da iman və Quran həqiqətlərindən qısaca oxunur və müzakirə edilir.

Nahardan sonra fəlsəfədən kəlama, sosiolojidən təsəvvüfə, ədəbiyyatdan tarixə, çox geniş müstəvidə həssaslıqla seçilən kitabların xülasələri müzakirə edilir. Hər gün başqa bir kitab və mövzu müzakirə edilir. Bu dərslər "hədəf insan"ın elm dəryasından incilər çıxarma dəmləridir. Təqribən iki saata yaxın davam edən dərsdən sonra qonaqlara istirahət verilir.

Günorta namazı və yeməyindən sonra ilkindi namazına qədər hər kəs kitablarla, ya da əvradu-əzkarla məşğul olur. İlkindi namazı həmçinin "ilkindi söhbətləri"nin də vaxtıdır. İlkindi söhbətləri elm və ürfanın fışqırdığı tükənməz bir bulaqdır. Qəlb və ruhun bütün varlığıyla "hədəf nöqtə"yə yönəldiyi bu dəmlər iradələrin şahlandığı, ruhların coşduğu və hər fərdin qabiliyyətinə görə ilahi aləmə qanad olduğu anlardır.

Axşam namazından sonra illərlə davam edən "dua saatı" var. Bu zaman hər kəs birlikdə və hər kəs külliyyat kəsb etmiş dualarla o müqəddəs qapının toxmağına toxunur, amma necə toxunur? Dilsiz həqiqətlərin əngin üfüqlərində hər duada Allah deyib yalvararaq aciz, günahkar, müdhiş vəziyyətdə Rəblərinə yönəlirlər.  Orada bəşəriyyətin dərdləri, İslam aləminin iztirabı dilə gətirilir, şərdən Sonsuz Qüdrətə sığınırlar.

Axşam yeməyi və şam namazından sonra öz-özünü hesaba çəkmə və təfəkkürə dalma vaxtıdır. Dostlar günün hesabını, söhbətlərin müzakirəsini edirlər. Arxasınca hər kəs qəlbi dolmuş, könlü arınmış şəkildə sabaha daha gümrah başlamaq ümidiylə istirahətə çəkilir. Hər kəs istirahətə çəkilir, amma gözünə yuxu girməyən biri var. "Şəbi-yəldayi münəccimlə müvakkit nə bilər; Mübtəlayi qəmə soruş ki, gecələr qaç saat!" misrasını başücuna asıb. Gecələr boyu gözünə yuxu girmədiyi, qıvrım-qıvrım olub, səhəri diri gözlü açır. Tez-tez müraciət edilən, məsləhət alınan, dərd bölüşülən bir mənbədir o. Hər kəs ondan nəsə gözləyir o isə hər müraciət edəni məmnun edir. Çox vaxt içində qopan fırtınaları iradəsiylə susdurub ətrafa təbəssümlər saçır. Söhbət istəyən, məsləhət alan hər kəsi xoşnud edir.

Bəşəriyyətin məruz qaldığı çətinliklər, çarpışdığı hərc-mərclər, zülümlər, haqsızlıqlar, ədalətsizliklər, xəyanətlər, əhdə vəfasızlıqlar və riyakarlıqlar ruhunu yaxıb-qovursa da, o, gözü yaşlı səccadəsində Uca Dərgahdan təcəlli gözləyir. İztirab yuxusuz keçən gecələrdə, boğazından keçməyən loğmalarda, alnın hər qırışında, oturuşunda, duruşunda, baxışında, duasında, danışığında… xülasə hər şeyində biruzə versə də o, daim qollarını açaraq cəhənnəmə gedən yolları kəsməyə çalışır. Çox vaxt boğazında düyünlənən hıçqırıqları zəqqum kimi udsa da, "neyləyəsən," deyərək sərzənişini, "fədakarlıq," iniltisiylə gileyini, "bu da keçər" sözüylə də ümidini səsləndirir.

Və o ev, bizim evimizdir…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message