“Sən həqiqətən inanmısan!”

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » “Sən həqiqətən inanmısan!”

Qurana aşinalığım, onunla tanış olmağım, oxuyub əzbərləməyim uşaqlıq illərimdə ana-atamın vasitəsilə olmuşdur.

Quranı həqiqi mənada mənə duyuran, nəzərimdə ucaldan və bir sözlə onu mənə sevdirən Bədiüzzamanın əsərləri olmuşdur. Qənaətimcə, Risalələrdə Quranın həqiqi mahiyyəti dərindən şərh edilmişdir.

Uşaqlıqdan Əfəndimizə aşiq idim. Bir dəfə atam: “Yatmazdan əvvəl “Qureyş” surəsini 1000 dəfə oxusan, Əfəndimiz yuxuna gələr” demişdi və mən tərəddüd etmədən o gecə 1000 dəfə “Qureyş” surəsini oxudum. Amma nə vaxt ki həmin əsərlərdə Əfəndimizdən bəhs edən yerləri oxudum Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) gözümdə daha da böyüdü və Ona daha çox bağlandım.

Qənaətimcə, hər kəs hər gün həm Quranla, həm də onu dövrümüzün tələbatına görə izah edən Risalələrlə ciddi mənada məşğul olmalıdır. Üstəlik hər kəs hər gün mütləq Qurandan bir neçə səhifə oxumalıdır. Lakın bununla kifayətlənməməli. Əvradu-əzkarda yeknəsəqliyə, bezginliyə düşməmək üçün müxtəliflik şərtdir. Ustad 15 gündə bir üç cildli “Məcmuatul-Ahzab”ı oxuyub bitirərmiş. Bu yaxınlarda bu üç cildlik dua məcmuəsindən alınan bəzi əhatəli dualar “əl-Qulubud-Daria (Yalvaran könüllər)” adı ilə bir cild halında çap olundu. Kaş ki, hər kəs bu bərəkətli dua toplusunu daim oxuya. Deyilənlərə görə, Həzrəti Əli ömrü boyu gündəlik əvradını bütöv oxuyarmış. Ondan soruşurlar: “Nəhrivanda da?” “Bəli, Nəhrivanda belə!” deyə cavab verir. Rəhmətlik anam da səhərdən axşama qədər “Böyük Cövşəni” bitirərdi, sonra da mənə: “Oxuyası başqa bir şey varmı?” deyərdi.

Əvradu-əzkarda ciddiyyət olar, bilmək olmaz, bəlkə, gün gələr böyük şəxsiyyətlərin mənən duyduqlarını duymağa başlayarsınız? İmam Şazəli, Əhməd Bədəvi kimi şəxslər namazda “Sübhanə rabbiyəl-azım” deyəndə kainatın zərrələrini də hesaba qataraq deyirdilər. Sanki kainat onların dili ilə, onlarla birgə təsbih edirdi. Necə ki, Ustadın yaxın tələbələrindən bəziləri illər keçdikdən sonra: “Mən də Həsən Şazəli kimi kainatın hər zərrəsinin zikrini duya bilirəm artıq” dediyi rəvayət olunur. Bu iş səy və mücahidə ilə birlikdə Allaha tam mənada təvəccöhdən asılıdır.

Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) bir səhabədən: “İmanın həqiqəti nədir?” deyə soruşur. Səhabə tərəddüd etmədən: “Mən özümü hər gün Cənnət və Cəhənnəmi görürmüş kimi, mənəvi aləmin sakinləri ilə birlikdə olduğumu hiss edirəm,” deyə cavab verincə Əfəndimiz (sallallahu əleyhi vəsəlləm) onu təqdir edərək: “Sən həqiqətən inanmısan” deyir.

Bəli, hər kəs, xüsusən bu işə ilk addım atanlar Cənabi-Haqqın lütf etdiyi nemətlər hörmətinə əvradu-əzkarını gözdən keçirməlilər, nizam-intizama salmalıdır. Həmçinin, bu, bəndənin Allahla, Allahın da bəndəsi ilə olan münasibətində bir ölçüdür.

Dua bizi birləşdirən ən qüvvətli bağdır

İslam tarixinə baxanda gündə fərz namazlarından əlavə 100 rükət nafilə namaz qılan, Ramazan orucu xaric savmı-Davud (Hz.Davudun gün aşırı tutduğu oruc) tutan, zəkata gəlincə qırxda birini az bilib daha çox infaq edən, “gecə qəzəlxanları” kimi səhərə qədər əvradu-əzkar oxuyan bir çox insan görə bilərsiniz. Bu insanlar nəyin əsasında belə ömür sürürdülər? Güman ki, bu insanlar Quranın “namaz qılın”, “oruc tutun”, “zəkat verin” əmrini mütləq əmr kimi qəbul etmiş və o istiqamətdə ömür sürmüşlər.

Bəli, ibadətə sərhəd yoxdur. Hər kəs mövqeyinə və şəraitə görə özünü tənzimləməli və əlindən gəldiyi qədər dua etməlidir. Bir səhabə: “Ya Rəsullallah! Sənə gündə filan qədər salavat çəkirəm” deyincə Əfəndimiz: “Çox gözəl, amma daha çox olsa yaxşı olar” buyurur. Bunun kimi mənə biri desə ki: “Gündə 100 rükət namaz qılıram”, “Çox gözəl, amma daha çox qılsan, daha yaxşı olar!” deyərəm.

Allah möminlərin “sarsılmaz divar” kimi olmasını əmr edir. Mən zənn etmirəm ki, bu əmri tam mənası ilə həyata keçiririk. Əsri-səadətdə Həzrəti Əbu Bəkir və Hz. Ömər bir məsələyə görə bir-birini xəfifcə üzürlər, lakin dərhal hər ikisi ayrı-ayrılıqda Allah Rəsulunun (sallallahu əleyhi vəsəlləm) hüzuruna gələrək “Səhv məndə idi” demiş və üzr istəmişlərdi. O sarsılmaz divarı tikmək üçün bir-birimizə sağlam, möhkəm bağlarla bağlanmalıyıq. Bu bağı meydana gətirən ən böyük amil də duadır. Hər gün əvradu-əzkarımızı oxuynda dünyaya yayılmış qardaşlarımızı da yad etsək “sarsılmaz divar”ı reallaşdıra bilərik.

Bütün bunlar peyğəmbəranə əzm və iradə istəyir. Zaman bunu tələb edir. İnsanın ən az gördüyü şey özüdür. Buna görə tez-tez güzgüyə baxmaq lazımdır. Səhabənin o dərin anlayışı ilə bir-birimizin əlindən tutub: “Təaləv nümün saatən! – Gəlin bir az iman edək!” deməli, imani məsələləri mütəmadi müzakirə edərək imanda, mərifətullahda (Allah bilgisi), məhəbbətullahda (Allah sevgisi) və məxafətullahda (Allah qorxusu) dərinləşməliyik. Çünki mücərrəd imanla bu günün zəlalətindən xilas olmaq qeyri-mümkündür.

Xülasə, hər şeyi söhbəti-Canana bağlayıb ixlasla Onun rizası üçün hərəkət etsək, yolumuzu azmarıq. Ustad ixlasla görülən işin iki qat savabı olduğunu deyir. “İxlaslı olsanız, məni də ixlaslı edərsiniz” sözləri ilə əhli-kəşfin (üstüörtülü və duyğu orqanları ilə bilinməyən həqiqətləri Cənabi-Haqqın lütfü və ehsanı ilə bilən vəlilər) müşahidəsinə görə, ölən 40 nəfərdən ancaq birinin xilas olduğu dəhşətli bir zəmanədə bizlərə doğru, sarsılmaz meyarlar verir. 

Qısaca, yol uzun, mənzil uzaq, tələ də çox çoxdur. Allah köməyimiz olsun.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message