Allah (c.c.) Rəsuluna xitab edir:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّٰهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّٰهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Rəsul! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (Maidə surəsi, 5/67)

Allah (c.c.) heç bir peyğəmbərə belə xitab etməmişdir. Digər­lə­rinə həmişə mücərrəd adları ilə xitab edilir, ancaq Həzrət Məhəmmədə (s.a.s.) ehtiram ifadə edən sözdən istifadə olunur.

“Ey Rəsul!” sözü ilə Haqqın bəyanlarını gətirən, xəbər çatdıran və o biri aləmlərdən agah olan insan nəzərdə tutulur. Allah bu cür xitabla Rəsulunu həm ucaldır, həm də Onun şərəf və dəyərini xatırladır. Bu, bir mənada Onun şərəfini elan etmək deməkdir. Və O, bu şərəfin kölgəsi altında Allahın bəyanlarını bizə çatdırır. Uca Allah (c.c.) bu an sizinlə söhbət edən və ya sizə xitab edən şəxsə hörmət göstərir, (təbir caizsə) Ona adı ilə “Ya Əhməd, ya Məhəmməd, ya Mustafa, ya Mahmud!” demir, “Ey uca Rəsul!”, yəni duyğu, düşüncə və könüllərə can verən bəyanlarla insanlığın imdadına yetişən nəbi deyir. Çünki Allah Onu nur halqanın zirvəsinə çıxarmış, peyğəmbərliklə şərəfləndirmiş və Onunla üz-üzə mükalimə etmişdir.

Bəli, bu kimi bəyanlardan da göründüyü kimi, Allah Onu qar­­şısında oturdur və Onunla üz-üzə danışır. Bəzi İslam alimləri Pey­ğəmbərimizin meracda Allahla həqiqətən mükalimə etdiyini deyirlər.[1] Necə ki digər vəhyləri bəzən pərdələrin ardından, lakin yenə birbaşa Allahdan almışdısa, eləcə də Meracda birbaşa üz-üzə almışdır.

Həzrət Məhəmməd Mustafa məhz belə bir şəxsiyyətdir. Allah (c.c.) Onu ən yüksək məqamlara çıxarmış və demişdir: “Sən əmrlərimi, bəyanlarımı dayanmadan insanlığa çatdırmalı və bu yolda bütün maneələrə sinə gərməlisən. Nə qorxu, nə narahatlıq, nə maneələr, nə aclıq və susuzluq, nə də fani məqam və mənsəb səni təbliğdən çəkindirməməlidir.”

Həqiqətən də, Rəsuli-Əkrəm (s.a.s.) bütün çətinlikləri dəf etmiş və nəfəsini dərmədən təbliğ vəzifəsini yerinə yetirmişdir. Ona bir risalət qapısı açılmış, O da bu qapıdan daxil olub yüksək zirvələrə çıxmışdır ki, فَكَانَ قَابَ قَوْسَيْنِ اَوْ أَدْنَى [2] ayəsini də bir mənada bu cür anlamaq olar. Bəli, Ona bir yüksəliş sərhədi göstərilmiş, O da bu sərhədi çox geridə qoymuşdur. Çünki Merac səfərinin bir yerində Həzrət Cəbrail: “Sən get, ya Məhəmməd! Bundan sonra yol sənin, mənzil sənin. Mən barmaq ucu qədər də irəliləsəm, Rəbbimin əzəmət nurundan alışıb yanar, məhv olaram!”[3] – demişdi.

Bu, mümkünlük sərhədlərini keçib getmək deməkdir. Bu ifadələr mənə həmişə Ogüst Kontu xatırladır. Fransız filosofu Ogüst Kont (1798-1857) pozitivizmin banilərindəndir. Ömrü boyu dinə düşmən olmuşdur. Çünki onun fikrincə, elmin təcrübə sahəsinə da­xil olmayan hər şey cəfəngiyatdır. Ancaq “Tarixi-Murad”da onun­la bağlı belə bir hadisə nəql edilir:

Bir dəfə Kont Ənədəlüsə getmiş, oradakı İslami sənət əsərlərini heyranlıqla seyr etmiş və İslam haqqında məlumat almaq üçün bəzi insanlara suallar vermişdir. Aldığı cavablar arasında, xüsusilə, Peyğəmbərimizin ümmi olması onu təəccübləndirmişdir. İnana bilməmiş və Romaya gedərək IX Papa ilə görüşmüş və and verib Rəsulullahın ümmiliyini soruşmuşdur. Papa da deyilənlərin doğruluğunu təsdiq edincə filosof özünü saxlaya bilməyib: “Məhəmməd bir ilah deyil, lakin bəşər də deyil”, – demişdir.

Elə bizim Buseyrimiz də belə söyləmirmi?

“Elmin çatdığı son nöqtə budur: O, bir bəşərdir, ancaq Allahın yaratdığı varlıqların ən xeyirlisidir”. Yəni O, Əminənin övladı, Abdullahın oğlu, Əbdülmüttəlibin nəvəsidir. Bəli, Onun da bir anası, atası və bir cismani, yəni fiziki yönü vardır. Ancaq Onu maddi meyarlarla təsvir və izah etmək mümkün deyil. O, peyğəmbərlik səmasında pərvaz edir. Biz isə yerdə durmuş, gözlərimizi səmalara dikib Onu güclə görə bilirik. O, meracda elə bir məqama addım atmışdır ki, biz ayağını hara qoyduğunu belə bilməkdə acizik. Çünki bunu bəşəri idrak və şüur qavraya bil­məz.

Təbliğ o qədər əhəmiyyətlidir ki, Allah ən sevgili qulunu bu vəzifə ilə göndərmiş və əgər təbliğ vəzifəsini yerinə yetirməzsə, ri­salət vəzifəsini yerinə yetirməmiş olacağını da xəbərdarlıq etmişdir.

Demək ki, Onun ümməti olan bizlərin də ən əhəmiyyətli vəzifəsi təbliğdir. Unutmayaq ki, bütün bəşəriyyəti həyatın, demək olar, hər sahəsində yenidən diriltmək ancaq Həzrət Məhəmmədin abi-kövsər nəfəsinə və o yolun yolçularına sığınmaqla mümkün olacaq.

[1] Qazı İyaz, əş-Şəfa, 1/202.
[2] Nəcm surəsi, 53/9.
[3] Aliyyulqari, Şərhüş-şəfa, 1/431. Bənzər rəvayətlər üçün baxın: Təbərani, əl-Mü­cə­mül-övsat, 6/278; İsbahani, əl-Əzəmət, 2/677; Əbu Nuaym, Hilyətül-övliya, 5/55; Deyləmi, Müsnəd, 2/312.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message