Bir bağçadayıq indi şəhidlərlə bərabər,
Bizlər kimi ölmüş o igidlərlə bərabər,
Lakin qalacaq doğulduğumuz torpağa, bizdən
Şimşək kimi bir xatirə, nal səslərimizdən.

(Y.Kamal)

Əsgərlik yüksək bir payədir, Haqqın qatında da, xalqın qatında da… Ona bərabər
uca bir birlik və gördüyü vəzifəyə bərabər yüksək bir vəzifə yoxdur bu fani dünyada.
Öhdəliyinə aldığı iş etibarilə, zaman onda başqalaşar, müəmmalaşar və bir sirrə
dönər. Saatı illərə bərabərdir əsgərin.. təlimi ilə, tərbiyəsi ilə və sərhəd keşiyində
keçirdiyi bir saatı.

Əmanətlərin keşiyini çəkən əsgər gözü, mənəvi aləmləri seyr etməklə doymuş və
mənən dolmuş bir gözə bərabər sayılmışdır sözü ləli-gövhərin dilində. Və bu məqamda
tayı-bərabəri yoxdur əsgərin…

Onu “Vətənin keşikçisi” adlandırırlar. Məncə, ona bütövlükdə müqəddəs dəyərlərin;
keçmişin, mədəniyyətin, hürriyyət və əmin-amanlığın ən etibarlı mühafizəçisi demək
daha uyğun olardı. Çünki nigarançılığımız ancaq onun varlığı ilə zail olar. Mənəvi
narahatlığımız onun nəğmə və harayı ilə hüzur və əmin-amanlıq tapar.

Bəşəriyyət əsgərlə mədəniyyət və ümran zirvələrinə yüksələr. Fəthlər və arxasınca
gələn mədəniyyət axınları onun bayrağı və mizrağı ilə hər tərəfə yayılar və bunun
sayəsində yeni-yeni mədəniyyətlər doğar, yeni-yeni diyarlar işığa qovuşar. Sonra
çiynində daşıyıb inkişaf etdirdiyi hər şeyin təhlükəsizliyini təmin etmə və qoruma
da yenə onun öhdəliyinə düşər. Elə an olur ki, sel kimi çağlar, tufana dönər, təmizlər
hər yanı. Gün gələr buxarlanar, mühafizəkar bir bulud olar millətinin səmalarında…
Yaş dolu gözlərlə yatırar tozu-torpağı və sulayar başdan-ayağa bütün çəmənləri.

Millətlərin ölüm və dirçəlişində böyük rolu vardır əsgərin. Bütün çaxnaşmalar,
maddi-mənəvi təbəddülatlar və nəhayət, tənəzzül və süqutlar onun özündən uzaqlaşdığı
zamanlara rast düşər. Ürfan, özünə qayıdış və dirçəliş isə onun gümrah və canlı
olduğu günlərdə görünər.. çağlayanlar kimi coşub-daşdığı, təpələri hamar etdiyi,
ovalara bərəkət yağdrdığı günlərdə…

Hər millətin tarixində əsgər bir zirvədir. O, dağ cüssəsi ilə nəğmələrin mövzusu
olar, dastanlara rəng qatar və millətinin könlündə uca bürclərdə dalğalanan bayraqlar
kimi mənəvi rahatlığın və təhlükəsizliyin rəmzinə çevrilər. Bu mənada hər millətin
əsgəri var və o millətin göz bəbəyidir, canlılığı, şüuru və əməlləri ilə.

Bir də yaradılışdan əsgər olan millət var. O, əsgər doğular, əsgər nəğməli laylalar
dinlər və əsgər olaraq ölər. Aşiqdir o əsgərliyə, sərhəd boyuna, yürüşə və döyüşə.

Rayətə meyl edəriz qaməti-dil-cu yerinə,
Tuğa dil bağlamışız kakülü-xoş-bu yerinə

Həvəsi-tiru-kaman çıxmadı dildən əsla
Navəki-qəmzeyi-dilduz ilə əbru yerinə

………………………..

Sevəriz əsbi-hünərməndi-səba rəftarı
Bir pəri şəkli-sənəm, gözləri ahu yerinə.

Qazi Giray

Öz-özünə sığmaz qabına və bir haray olub qitədən-qitəyə yayılar. Dəniz dalğaları
kimi kükrəyər. Dağlarla pəncələşər, çölləri aşar, Çin Səddinə ayaq öpdürər.

O, özünü yer üzünün yeganə varisi bilər və gözü dünya hakimiyyətindədir. "Gün
doğandan gün batana bizimdir"
sözü onda ideala çevrilər və bu uğurda ölüm həyatın
ən şirin qayəsi, ən sevimli nəticəsinə dönər. “İndiyə qədər çox zəfər qazandım.
Artıq gözümdə Haqq uğrunda ölənlərin qovuşduğu uca səadətdən başqa bir şey qalmadı.
Bundan sonra axacaq qanımın dəyəri bu olsun”
hissi ilə irəliyə atılar. Ordusu
zəfərə addım-addım yaxınlaşarkən, özü də qanad çırpıb Yaradanına yüksələr və beşikdən
o ana qədər içində daşıdığı mənaya bir daha tərcüman olar: “Atdan enməyin!”
Bu işıq saçan tufan Lazarın və Miloşun ölkəsini də bürüdükdən sonra, Balkanların
ona məzar olmasının nə əhəmiyyəti var..!

Əsgər millət, əlində daşıdığı məşəl ilə hər tərəfi işıqlandırmaq əzmindədir.
Mizrağının ucunda daşıdığı işıqla ən ucqar yerlərə əl uzadar insanlıq naminə, onun
səadəti və aydınlığa qovuşması uğrunda dağları aşar, dənizlərlə əlbəyaxa olar, qala
divarlarına meydan oxuyar, millətlərin beynində şimşək kimi çaxar, zülmü və zalımı
tarimar edər.

Aşılmaz sayılan qala divarları və yüksək bürclər onun qarşısında toz-torpağa
qarışar, əriyib yox olar. Təkəbbürlü və məğrur başlar hüzurunda boyun bükər. Qılınc
çalması yeri və göyü vəlvələyə salar. Tuğuna və bayrağına dünya diz çökər. O abidələşmiş
ruha dost da, düşmən də ehtiramla baş əyər.

Ötəri bir qədirşünaslıqla Monsteskyu: "Bu millət olmasa, idi tarix olmazdı"
-deyir. Əsgər millət üçün bu hökm doğru, lakin yarımçıqdır. Çünki bu millət ona
şahid olan uca aləm və böyük məfkurə etibarilə, tarixin də, mədəniyyətin də qurucusu
və qoruyucusu olmuşdur.

Bəli, o, bütün insanlıq üfüqünün zülmətə qərq olduğu bir dövrdə xəncər kimi qaranlığı
yırtmış və özündən sonrakı dövrlərə hökmünü qəbul etdirmişdir; cəsarəti ilə, çalışqanlığı
ilə və ölümün gözünə dik baxması ilə…

Və yenə o, hər hücumunda dastanlara sığmaz bir igidliyə imza atır:

Vur pənceyi-alidəki şəmşir eşqinə
Gülbangı, asmanı tutan pir eşqinə
Ey ləşkəri-Müfəttihul-əbvab, vur bu gün
Fəthi-mübini zamin o təbşir eşqinə
Vur deyri-küfrün üstünə rəkzi-hilal içün
Gəlmiş bu şahsuvarı-cahangir eşqinə
Düşsün çələngi Rumun, əyilsin səri-Firənk
Vur Türkü göndərən yedi-təqdir eşqinə
Son savlətinlə vur ki açılsın bu surlar
Fəcri-hücumdakı təkbir eşqinə.

(Y. Kamal)

Müdafiəsində də cansiparanədir. Hətta onun müdafiəsi hücumundan fərqlənmir. Qərbli:
"Bütün millətlərin müdafiədən ümid kəsdiyi yerdə onun hücumu başlar" -deyir.
Bu, Malazgirddən Çanaqqalaya qədər dastanlaşan bir millətin xarakterinin ən gözəl
ifadəsidir. Palantökəndə Rus ordusunu əlindəki baltası ilə qarşılayan nənədən, başından
örpəyini atıb Çanaqqalaya gedən gəlininə qədər Qərblinin gözündən qaçmamışdı bu
millət. İmkansızlığın və yoxsulluğun boğazından yapışdığı dövrdə belə, ingilis toplarına
süngüsü ilə cavab verən mehmetcik tarixə gömülərkən, Ulubatlı Həsənlə salamlaşar,
Moxaça təbəssüm edər, Malazgirddən keçib “Bədrin Aslanları” ilə çiyin-çiyinə
gələr.

Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?
“Dəfn edək gəl səni tarixə” desəm, sığmazsan.
Hərcümərc etdiyin ədvara da yetməz o kitab…
Səni ancaq əbədiyyətlər edər istiab…

…………………………………………

Ey şəhid oğulu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

(M. Akif)

Onun süngüsü yüz dəfə iniltimizi dindirdi və atəşimizə su səpdi. Yaxın tariximizdə
belə neçə dəfə onda keçmişin təbəssüm saçan çöhrəsini və şimşəkləşən qəhrəmanlığını
gördük… Əgər bu vaxta qədər illərdən bəri hazırlanan şər əməllərin qarşısını kəsməsə
idi, bütün millət olaraq ağlamaqdan başqa çarəmiz qalmayacaqdı…

Tuğa salam, bayrağa salam və ölçülərimiz içində onu tutan uca başa minlərlə salam..!

Ürək çəkən əndam yerinə biz bayrağa meyl edərik.
Xoş ətirli telin yerinə tuğa könül bağlamışıq.
Qəlbə batan qəmzə oxu ilə qaş yerinə,
Ox və yay həvəsi könüldən əsla çıxmadı.
Gözləri ceyrana bənzəyən pəri surətli bir sənəm yerinə,
Rüzgar kimi gedən hünərli atı sevərik.

Sızıntı, İyun 1979

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message