Çiləli yol-2

"Empatik" nikli (internet istifadəçinin adı-ləqəbi) oxucumuzun mənə yazdığı şərhi əslində məramımızı necə də gözəl izah edir. Əfvinə sığınaraq, icazəsini almadan qeydlərimin arasına onun fikirlərini əlavə edirəm.

Hörmətli Empatik deyir ki:

"Mən səmimi olaraq bir iş görmək istəyən hər kəsə hörmət edərəm, istifadə etməyə
çalışaram. "Bəşər-çaşar", hər kəs səhv edə bilər. Amma həyatını elmə, xidmətə həsr
etmiş insanların elmindən, təcrübəsindən faydalanmaq istəyərəm. Buna görə Mustafa
İslamoğlunun mülahizələrini də, arada AKRA FM-də Məmməd Zahid Kotku Xoca Əfəndi
ilə Əsat Coşan Xoca Əfəndinin şirin söhbətlərini də, Burc FM-də Fəthullah Gülən
Xoca Əfəndini və mənim dünya görüşümə xitab edən digər xoca əfəndilərin söhbətlərindən
də istifadə edir, nəsə öyrənim deyə dinləyir, fürsət olduqca kitablarını da oxumağa
çalışıram. Söhbətlərindən səmimi olduqlarını rahatlıqla anlayır insan. Birini sevmək
digərini də sevməyə maneə deyil. Hər birinin üslubu fərqli olduğu üçün bizə hansı
daha çox xitab edirsə, onu daha çox dinləyir, daha çox oxuyuruq. Fəthullah Gülən
Xoca Əfəndini də bu perspektivdən baxaraq qiymətləndirirəm. İndiyə qədər çox kitabını
oxudum, söhbətlərini dinlədim. Əldə etdiyim təəssüratlara görə, onun bu zamanın
əhəmiyyətli bir alimi olduğu qənaətindəyəm. Hər səviyyənin insanına xitab edə bilən
təcrübi məlumata sahibdir. Bizim adını belə eşitmədiyimiz qaynaqlara istinad edərək
danışır, suallara əskiksiz, ətraflı cavab verir. İnsan həmişə onun təvazökarlığını,
səhv ifadə ehtimalına qarşı tir-tir titrədiyini hiss edir. Çox vaxt kaş ki, belə
qüvvətli bir imanın zərrəsi məndə də olsa idi, demişəm. Həyatı həmişə mübarizə ilə,
müxtəlif fəaliyyətlərlə keçmiş bir insan bu qədər əziyyətə başqa heç bir şey üçün
dözə bilməz. Buna tarixdə bir çox nümunə var. Böyük insanların ortaq qədəridir bu.
Kiçik insanlar onsuz da bu məşəqqətlərə tab gətirə  bilməz.

Bu insanlara qarşı kimlərin hücum etdiyinə, onlara niyə nifrət etdiyinə, onlara
necə də kin bəslədiyinə bir baxın. Onların hər birinin bizim də ən amansız düşmənimiz
olduqlarını görəcəksiniz. Bu düşmənçiliyin səbəbi nədir, araşdırın? Qaralamaların
səbəbi də məhz bu şəkildə ortaya çıxar…"

Çox sağ ol hörmətli "empatik"…

Əslində bu mövzu barədə söz deməyə, təkrar edirəm ki, özümdə nə bir haqq, nə
də bir salahiyyət görürəm.

Lakin inandıqlarımı yazmağa, bunu başqaları ilə bölüşməyə ciddi ehtiyac hiss
edirəm.

Elə səmimiyyət bu deyilmi?

* * *

Mənə bir Haqq dostu göstərin ki, çətinlik, əziyyət, dərd, kədər çəkməklə yoğrulmasın…

Mənə bir Haqq dostu göstərin ki, böhtanlara, hücumlara, müxtəlif əziyyətlərə
məruz qalmasın…

Elə buna görə, bu yola çiləli yol deyirik…

Elə buna görə, yük çox ağır, yol çox uzun deyirik…

Asan deyil bu məşəli söndürmədən daşımaq?…

Əlbəttə ki, heçdə asan deyil …

* * *

Niyə ABŞ-dadır və hələ də qayıtmır?

Xoca Əfəndi əvvəlcə müalicə üçün getdi…

Lakin şəxsən mən bu gediş və orada qalış səbəbinin yalnız bunda olduğunu düşünmürəm.

Türkiyə kimi bir ölkədə, İslam adına özünü fəda etmiş bir ruh olmaq, "Haqq üçün
mübarizəni" qəbul etmək böyük fədakarlıqlar tələb edir.

Bu fədakarlıq elə asan bir fədakarlıq deyil…

Xidmətin müvəffəqiyyəti üçün bütün mənfi baxışları üzərində toplayaraq ayrılmaq
məcburiyyətində qaldı Fəthullah Gülən Xoca Əfəndi.

Getdi…

Çünki bizim ölkəmizdə əhəmiyyətli mövqe və mövqelərin bir çoxu (hələ də), "bizdən
olmayanlar" tərəfindən ələ keçərilmiş vəziyyətdədir.

Çünki bizim ölkəmizdəki mətbuat, şəxslər bir kənara, dövlət təşkilatlarını və
hökuməti hədələyəcək qədər siyasiləşmiş və çox təəssüf ki, güclənmişdir.

Çünki bizim ölkəmizdə xaos memarları hələ də mühüm mövqelərdədir, böhran və xaos
üçün bəhanələr axtarırlar.

Anadolu insanının "Xidmət (hizmət)" şüuru ilə böyüyən "İslam və insan sevgisi"nin
vətənin sərhədini aşıb dünyaya yayılması, milli dəyərlərinin bütün insanlığa çatdırılması
əlbəttə ki, içimizdəki "bizdən olmayanları" narahat edir.

Fitnə və fəsad çıxarmaq üçün bəhanələr axtaranlara Xoca Əfəndi böyük bir maneədir.

* * *

Niyə evlənməyib?

Bir yersiz, mənasız, həddini aşan bir sual da bu sualdır.

Xoca Əfəndini bir kənara qoyaq.

Hər şeydən əvvəl evlilik şəxsi bir seçimdir.

Ölkəmizdə tanınan, tanınmayan bir çox insanın subay həyat sürdüyünü hər kəs bilir.

Bu birinci cavab sualın yersizliyi, gərəksizliyi, mənasızlığı üçündür.

Gələk Xoca Əfəndi ilə əlaqəli "subaylıq" mövzusuna.

Bu sual əslində İslamın mahiyyətindən tam mənası ilə xəbərsiz füqəraların öz
nəfslərinə görə verdikləri bir sualdır.

İndi mən sizdən soruşuram, siz heç "İslamla evli olmağın" nə olduğunu bilirsinizmi?

Bu dövrdə "İslamla evli ola bilmənin" bəxtiyarlığını, "xidmət eşqini" "ailə sevgisinə"
tərcih edə bilmə, ondan üstün tutma fədakarlığını anlaya bilirsinizmi?

Əslində dövrümüzdə tam mənası ilə Haqqı seçənlər üçün, bunu bacara bilənlər üçün
böyük bir "fəzilətdir" subay qalmaq, təbii ki, bunu anlayana…

* * *

Dialoq və kəlimeyi-şəhadət mövzusunda Peyğəmbər Əfəndimizin (s.ə.s.) həyatını
və "Hudeybiyə müqaviləsini" diqqətli araşdırmanızı tövsiyə edirəm.

Bu, düşünən, ağıl sahibi olanlar üçün kafi gəlməli…

* * *

Bir insan dünya həyatından nə gözləyə bilər?

Vəzifə, şan-şöhrət, pul, mal-mülk və dünyəvi arzular…

Yaxşı, insan bunlara başqa yolla sahib ola bilmə imkanına sahib ikən ölkəsini
niyə satar? Niyə vətəninə xəyanət edər? Niyə?

Fəthullah Gülən bu gün 67 yaşındadır.

Bu günə qədər nəyə sahib olub?

Haqqında iddia edilən lüks həyat, mal, mülk yalanlarını bir kənara qoyun.

Yaxtası, binaları, təyyarəsi, yüzlərlə nökəri, minlərlə avtomobilimi vardı, bizim
görmədiyimiz?

Yaşadığı yer sevənlərin aldığı iki mərtəbəli təvazökar bir ev, hətta daha dəqiq
desək, o evin bir otağı.

Bu qədər səylər, əməklər, əziyyətlər 10-12 kvadrat metrlik otaq üçünmü?

Nə olar, bir az vicdanlı olaq!..

Müəyyən bir yaşdan sonra insan həyatda nə istəyir bilirsinizmi?

Dinclik, hüzur… Yalnız "dinclik…"

Axtardığı hüzuru burada, yəni Türkiyədə tapa bilməyəcəyini hər kəs bilir.

Buna baxmayaraq, onun yeganə sancısı öz sözləri ilə desək: "Hər kəs yaxşı, mən
yaman. Hər kəs buğda, mən saman" deyə bilmək və bu istiqamətdə yaşamaqdır…

* * *

Bunlar kimdirlər? Bu qədər qısa bir müddətdə necə oldu ki, bu qədər böyüdülər?
Necə oldu ki, dünyaya bu qədər yayıldılar? Bunun arxasında kim ola bilər? Bu müvəffəqiyyətin
sirri nədir? Buna bənzər suallar soruşursunuzsa, sizə tövsiyəm;

Xahiş edirəm! Gedin! Araşdırın! Daha yaxından tanıyın onları.

Onlarla üz-üzə, göz-gözə münasibət qurun.

Onlar haqqında qərar verərkən "sırf kor bir baxış, kar bir duyuş, hissiz bir
toxunuş" ilə hərəkət etməyin.

Gözümüz açıq olsun. Hisslərimiz duru olsun. Toxunuşlarımız qərəzsiz olsun…

Bu suallar barədə minlərlə müxtəlif fikirli iş adamı, sənətçi, jurnalist, siyasətçi
və dahi insan təəssüratlarını izah etdilər, izah etməyə də davam edirlər.

Bu təəssüratları bir əvvəlki yazımda bəhs etdiyim saytlardan oxuya bilərsiniz…

Əmin olun ki, siz də axtardığınız sualların cavablarını tapacaqsınız.

Bu müvəffəqiyyətin sirri, əslində mənə görə, çox açıq və çox sadədir…

Bu müvəffəqiyyətin arxasında, altı əsr boyunca üç qitəyə hökm edə bilmiş böyük
bir dünya imperatorluğunun nəvələri var.

İndi "qılınc" yerinə, "qələm"lə nifrətin, küfrün, cahilliyin üzərinə gedirlər…

Bu müvəffəqiyyətin ardında, tərtəmiz Anadolu insanının mübarək alın təri, səmimiyyəti,
səyi, duası var.

Bilirik ki, səmimiliklə, bütün varlığını ortaya qoyaraq, ürəyini, beynini çatladırcasına
"Allah üçün yola çıxıldısa, açılmayan qapılar açılar, keçilməyən keçidlər keçilər,
aşılmaz yollar aşılar, olmayacaq şeylər həyata keçər."

* * *

Mən yazımı Xoca Əfəndinin bir paraqrafı ilə bitirmək istəyirəm.

"Bizim sərmayəmiz aczü-fəqrdir (acizlik və fəqirlik), çünki onlar sayəsində çox
böyük bir qaynağa bağlanmışıq. Özümüz fəqr (kasıblıq) içində olsaq da, xəzinələri
heç tükənməyən bir Sultanın kölələriyik, acizlər olsaq da, Onun qüdrəti ilə güclənmişik.
Onun ehsanları qarşısında şükr duyğusu ilə şahlanmışıq. Elə bir şövqümüz var ki,
heç bir zaman ümidsizliyə düşmərik, hər an pür-nəşə və ümidliyik, çünki tükənməz
qaynaqdan fışqıran ehsan dəryasında irəliləyir və inayət (İlahi yardın) altında
olduğumuza inanırıq."

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message