Həcərül-Əsad (Əsvəd) haqqında geniş məlumat verə bilərsinizmi?

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Əsrin gətirdiyi tərəddüdlər » Həcərül-Əsad (Əsvəd) haqqında geniş məlumat verə bilərsinizmi?

Səadətli bir daşdır. Allahın hər işində bir hikmət var. Kəbə bir
binadır və biz namaz qılarkən bu istiqamətə yönəlirik. Fəqət “Əynə ma
tüvəllu fəsəmmə vəchullah ” ayəsində də deyildiyi kimi, əsas dönüşümüz
Allahadır. Yəni Cənabi-Haqq bəzi yerlərə müqəddəslik bəxş etmişdir.
Məsələn, Məscidi-Əqsa, Məscidi- Həram və Rövzəyi –Tahirə hər zaman
müqəddəs olan yerlərdəndir. Bəli, Allahın Rəsulunu bağrında daşıyan,
ona iqamətgah olan yerin daşı da, torpağı da müqəddəsdir. Minlərlə
insan onun torpağını dərdlərə dəva və şəfa niyyəti ilə istifadə
edənlərin ondan xeyir gördüklərinin şahidi olmuşdur. Bu qonşuluğa görə
o bölgə də müqəddəsdir.

Mülk sahibi Allahdır və mülkü üzərində hər hökm də ona aiddir. İnsanı bütün varlıqlardan üstün yaratdığı kimi, İki Cahan Sərvəri Peyğəmbərimizi (s.ə.s.) də, mələklərin də önünə keçirmiş və üstün yaratmışdır. O, istədiyini edəndir. Şərəfli və əziz etmək, zəif və zəlil etmək Onun əlindədir. Bütün bunlara qadir olan Allah bir daşı əziz etmiş və o daş da bütün insanların qəlbində müqəddəs daş kimi yer tapmışdır. Bizim vəzifəmiz onu  hansı səbəb və hikmətə əsasən müqəddəs etdiyini bilmək yox, Onun mübarək və müqəddəs elan etdiyi şeylərə hörmətlə yanaşmaqdır.

Allah Rəsulunun xütbə verərkən söykəndiyi xurma kötüyü ondan ayrıldıqda ağlamağa başlayır… Daha sonra həmin kötük peyğəmbərimizin (s.ə.s.) arzusuyla Allah tərəfindən müqəddəsləşdirilir və cənnət ağaclarından biri olmağa haqq qazanır.

Əshabı-Kəhfin iti sədaqətinə görə mükafatlandırılır və bir qism hədislərdə deyilənə görə, aid olduğu növü təmsil etməklə cənnətin yolları ona açılır. Bizə qədər gəlib çatan bəzi rəvayətlərə görə, Həzrəti İbrahim (ə.s.) Həcərül-Əsvəd daşını Əbu Kubeys təpəsindən gətirmiş və Kəbənin inşaatında ondan üstünə çıxaraq divarları hörmək üçün istifadə etmişdir. Həzrəti İbrahim kimi bir Xəlilullahın ayağını basdığı bu daşa Cənabı Haqq tərəfindən müqəddəslik bəxş edilmişdir.

Onun Cənnətdən gələn bir daş olduğuna dair rəvayətlər də vardır. Bəlkə də göydən düşən bir meteorid vəya bir səma cisimidir. Mələklərə aid saf və ülvi aləmdən gəldiyi üçün ona bu qədər dəyər verilmişdir. Gəlmə yeri və gəlmə şəklinin onun bugünkü vəziyətinə aidiyyatı yoxdur. Nə olur olsun o, bizim üçün müqəddəs bir daşdır. Ona daş deməyimizin səbəbi isə bu cismi ifadə edəcək başqa sözün olmamasıdır. Onun mahiyyəti və əhəmiyyətini ifadə etmək üçün başqa söz olsaydı onu deyərdik. Bu, ədəb və hörmətin göstəricisidir.

Keçən  zaman ərzində hissələrə bölünmüş, sınmış və bəzi hökmdarlar tərəfindən bu daşa aid hissələr müxtəlif yerlərə aparılmışdır. Hal-hazırda Həcərül-Əsvədin qalan hissəsi Kəbənin bir küncünə yerləşdirilmişdir. İnşaallah qiyamət gününə qədər də orda qalacaq.

Bu daşda müəyyən sirlər vardır. Bizim bilmədiyimiz bir çox hikmətləri də özündə cəmləşdirir. Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu daşın qiyamət günü şahidlik edəcəyini bəyan edir. Bu necə olacaq? Bu gün bunu elmi təhlillərlə isbat etməyimiz qeyri-mümkün ola bilər. Hal-hazırdakı texnologiya bunu dərk etməyimiz üçün kifayət etməyə bilər. Lakin buna bənzər elə möhtəşəm şeylər var ki, onlar bizim bu mövzudakı şübhələrimizi aradan qaldırır. Məsələn, cansız maddələrin birləşməsi ilə meydana gələn insanın danışması nə qədər mükəmməl hadisədirsə, bir daşın şahidlik etməsi də o qədər möhtəşəmdir. Əslində insanın danışması da bir xariqədir, ancaq vərdiş halını aldığı üçün bu xariqüladəliyi unuduruq. Necə ki insanda hafizə və ya yaddaş qüvvəsi var və necə ki həyatımızda baş verənlər və bu kimi bir çox məlumat insan yaddaşında saxlanılır, məhz Allahın yaratması ilə Həcərül-Əsvəd daşının da bu xüsusiyyətə malik olması mümkündür. O minlərcə video lenti kimi gəlib keçənlərin şəkillərini və səslərini yaddaşa qeyd edə bilər və bunlarla da o biri dünyada şahidlik edə bilər. Bu işin necə və hansı şəkildə olması o qədər de mühüm məsələ deyil. Onun yerinə hər hansı bir taxta parçası da qoyulsaydı, Həcərül-Əsvədə verilən müqəddəslik ona verilsəydi, biz eyni hörməti və sevgini məhz həmin taxta parçasına da göstərərdik. Çünki biz hər zaman nəticəni Rəbbimizlə əlaqələndirir, hər şeyi onun geniş Rəhmətindən, onun hər şeyi əhatə edən, elm və Qüdrətindən umuruq.

Bir rəvayətə görə Həzrəti Ömər (r.a.) bu daşı öpərkən belə deyir: “Ey daş, bilirəm ki, sən bir daşsan, faydan da dəyməz, zərərin də. Əgər Allah Rəsulunun səni öpdüyünü görməsəydim, səni əsla öpməzdim”. Arxasında dayanan Həzrəti Əli (r.a.) də yavaşca belə deyir: “Ya Ömər, ondakı gizli sirləri bilsəydin, indi ona belə deməzdin”.

Hər şeyin ən doğrusunu Allah bilir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message