İnsanlıq Onunla yenidən dirilir

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » İnsanlıq Onunla yenidən dirilir

Sual: Bu ilki Müqəddəs Doğum proqramları üçün "İnsanlıq Onunla Yenidən Dirilir" başlığını seçdiniz. Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin yer üzünü şərəfləndirməsini daha dərincə hiss edə bilmə baxımından, Mövlud Qəndili münasibətiylə, məscidlərdə ya da böyük salonlarda təşkil olunan proqramlar haqqındakı düşüncələrinizdən bəhs edə bilərsinizmi? Müqəddəs Doğumu xüsusilə fərdi planda gerçək bir dirilişin başlanğıcı olaraq qiymətləndirmənin yolları nələrdir?

  • İnsanlığın İftixarı Peyğəmbərimizin (s.ə.s.) doğumu, bütünlüklə insanlığın da yenidən doğumu sayılır. Onun dünyanı şərəfləndirəcəyi günə qədər ağın-qaradan, gecənin gündüzdən, gülün də tikandan fərqi yox idi; dünya sanki ümumi bir matəmxana, varlıq da eynilə bir xaos idi. Onun varlığın üzünə saçdığı nur sayəsində, zülmət ziyadan ayrıldı, gecələr gündüzə çevrildi, kainat kəlmə-kəlmə; cümlə-cümlə, fəsil-fəsil oxunan bir kitab halına gəldi.. və hər şey sanki yenidən dirildi və gerçək dəyərini tapdı. (02.50)
  • Bütün insanlığın borclu olduğu Rəsuli-Əkrəmə, öz qamət-i qiymətinə uyğun bir viladət(doğum) günü, viladət həftəsi, viladət ayı ilə minnətdarlığımızı təqdim edə bilmədik.. təqdim etmək bir yana, Onun qapı qullarına göstərilən hörmət ölçüsündə Ona olan vəfa borcumuzu əda edə bilmədik. Aylar, illər və əsrlər boyu Onun üçün bayramlar tərtib edilsə, hər gecə Onun üçün yüzlərlə, minlərlə nətlər oxunsa, yenə Onun haqqı ödənə bilməz və Onun üçün nəysə edildiyi deyilə bilməz. (05.15)
  • Hər kəsin öz hissini, öz üslubuyla səsləndirməsinə etiraz etməmək lazımdır. (07.00)
  • Mövlud qəndiliylə əlaqəli proqramlarda, məntiq və mühakimə hiss və həyəcan ilə birləşdirilərək həm ağıl həm də qəlb doyurulmalıdır. Amma təəssüf ki, bu gün bunu bacara biləcək könül insanlarının sayı çox azdır və ağılını qəlbinə qurban etmiş Peyğəmbər aşiqlərinə hər zamankindən daha çox ehtiyac vardır. (11.40)
  • Həyatım boyu ən çox kədərləndiyim şeylərdən biri Allah Rəsulunun hüzuruna getdiyim vaxt oradaca yıxılıb ölməməyimdir. (13.03)
  • Müqəddəs Doğum proqramlarının məzmunu necə olmalıdır? Orada hansı mövzulara yer verilməlidir? (18.00)
  • Mövlud qəndilini xüsusi ilə fərdi planda gerçək bir dirilişin başlanğıcı olaraq qiymətləndirmənin yolları nələrdir? (22.38)
  • Gəlin, heç olmazsa o gecə bir Əbu Bəkir olaq, Allah Rəsulunu məmnun edək!.. (23.35)
  • İnsan nə olursa olsun bir yol tapıb, Mövludu hər il daha fərqli duymağa çalışaraq, Allah Rəsulunun viladəti münasibəti ilə bir də yenidən doğulmalıdır. (25.11)
  • Müşfiq Nəbi, çox vaxt adının xatırlandığı yeri mövcudiyyətiylə şərəfləndirir; hələ Peyğəmbər sevgisi ilə könüllərin yumşalıb gözlərin yaşardığı məclislərdə Onun olmaması düşünülə bilməz. (26.15)
  • Rəhbər-i Əkməl (sallallahu aleyhi və səlləm) hər yerdə birliyinin başındadır… (27.07)

Bu dosyeni yükləmək üçün sıxın

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message