415-ci nəğmə: “Müttəqilərin yarışı”

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » "Herkül nəğmə" » 415-ci nəğmə: “Müttəqilərin yarışı”

415-ci nəğmə: “Müttəqilərin yarışı”

Fəthullah Gülən Xocaəfəndi son söhbətinə Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) Əbu Zərr həzrətlərinə nəsihətindən başladı. İnsanlığın İftixarı Peyğəmbərimizin Həzrəti Əbu Zərrin timsalında bütün ümmətə səsləndiyini söylədi: “Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş olduqca sərtdir. Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır.”

Fəthullah Gülən Xocaəfəndi Bəyazid Bistami həzrətlərinin sözlərini misal çəkdi: “Bütün mənəvi gücümlə Cənabi-Haqqa düz otuz il ibadət etdim. Bir gün qeybdən bir səs eşitdim: “Ey Bəyazid, Cənabi-Haqqın xəzinələri ibadətlə doludur. Şayəd məqsədin Ona vasil olmaqdırsa, Haq qapısında təvazökar, əməlində ixlaslı ol!””

Genişliyi göylə yer qədər olan Cənnətə və Cənabi-Allahın əvfinə nail olmaq üçün idmançı kimi yarışmaq lazım gəldiyini söyləyən Fəthullah Gülən Xocaəfəndi yarışın sözdən əmələ keçməsinin və Qurani-Kərimin ortaya qoyduğu müsabiqə şərtlərinə riayət edilməsinin zəruriliyini vurğuladı.

O cümlədən Fəthullah Gülən Xocaəfəndi aşağıdakı ayəni də izah etdi:

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə (yarışan idmançı kimi) tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.” (“Ali İmran” surəsi, 3/133-135).

Yuxarıdakı ayəni təfsir edən Fəthullah Gülən Xocaəfəndi İslam əxlaqına dair mühüm məsələlərə təmas etdi. Məsələn, infakdan məsələni isara gətirib iki örnək verdi:

Həzrəti Əbu Hüreyrə rəvayət edir:

“Bir gün Rəsuli-Əkrəmin hüzurna bir nəfər gəldi. Allah Rəsuluna yaxınlaşıb dedi: “Ya Rəsulullah, neçə gündür dilimə bir tikə çörək dəymir. Günlərdir iftarsız orucam”. Allah Rəsulu ətrafa nəzər yetirdi, amma ona kömək edəcək adam tapa bilmədi. Bir müddət sonra Əbu Talha ayağa durdu: “Ya Rəsulullah, onu mən qonaq edim”, – dedi. Hər şeyi İslam yolunda sərf edən bu insanların əlində-ovucunda bir şey qalmamışdı… Vaxt-vaxt ocağa qazan ya asılar, ya asılmazdı. O gün zövcəsi Ümmü Süleym uşaqlara az da olsa şorba bişirmişdi. Əbu Talha zövcəsinə: “Bu gecə bişirdiyin şorbanı Allah Rəsulunun qonağına verək. Biz yenə ac oruc tuta bilərik. Uşaqları bir yol tapıb yatıraq… sabah Allah kərimdir”. Planları belə idi: süfrəyə yemək gələndə zövcəsi qeyri-ixtiyarı (!) şamı söndürəcək və ev yiyəsi qaşığı boş aparıb, boş gətirəcək… beləcə qonağın qarnı doyacaqdı. Elə də oldu. Səhər açıldı, hamı Allah Rəsulunun arxasında namaza durdu. Namazdan sonra Rəsulullahın gözləri qonağı və Əbu Talhanı axtarırdı: “Bu gecə neylədiniz ki, barənizdə ayə nazil oldu?” “… özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.” (“Həşr” surəsi, 59/9)

Yərmük döyüşündə yerdə yaralı yatan və susuzluqdan yanıb qovrulan səhabələrin (radiyallahu anhum əcməin) uzadılan suyu içmədən bir-birinə ötürməsi, sonda üçünün də bir qurtum içmədən şəhid olması diyərqəmliyin parlaq nümunəsidir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message