350-ci nəğmə: “İlahi əxlaq və bir cani doqquz məsum”

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » "Herkül nəğmə" » 350-ci nəğmə: “İlahi əxlaq və bir cani doqquz məsum”

İlahi əxlaq və bir cani doqquz məsum

Sual: “Allah (bununla) onların keçmişdə etdikləri ən pis işlərin üstünü örtəcək (bağışlayacaq) və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır.” (“Zumər” surəsi, 39\35) ayəsində möhsinlərə mükafat olaraq bəxş olunan “ilahi müamilə” ilə Allah əxlaqı baxımından hansı məqamlara işarə edilir? Bu ayə prizmasından baxanda insanlara qiymət verərkən onların yaxşı və pis cəhətlərini hansı nisbətdə götürmək daha məqsədəuyğundur?

  • Bəli, Allah (cəllə cəlaluhu) bəzi insanları etdiyə tövbələrə görə əfv edir; bəzi qullarını xətaya düşmüş olsalar belə gecikmədən yaxşı bir iş görərək təkrar haqq yola qayıtdıqlarına görə bağışlayır. Bəzən səmimi qəlbdən edilən bir duanın, bəzən vicdandan yüksələn bir peşmançılıq ahının, bəzən səmimiyyətlə tökülən bir neçə damla göz yaşının, bəzən az miqdarda verilən bir sədəqənin, bəzən kiçik bir yaxşılığın, bəzən də, böyük zəhməti olmasa da, səmimi niyyətlə edilən bir xeyirxahlığın hörmətinə bəndələrini əfv edir, onlara Cənnət, Camalullah və Rizvan bəxş edir.
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: “Qardaşını gülərüzlə qarşılamaqdan ibarət olsa da, heç bir yaxşılığı dəyərsiz sayma!” Buxari və Müslim kimi mötəbər əsərlərdə də bu fikri təsdiq edən hədislər mövcuddur. Məsələn, Peyğəmbərimiz (əleyhi əkməluttəhaya) bəhimi həyat sürən əxlaqsız bir qadının qurtuluşundan bəhs edərkən buyurur: “Bir gün çox susayır, dili-dodağı təpiyir. Yolda bir quyuya rast gəlir. Quyuya düşüb sudan doyunca içir. Quyudan çıxanda susuzluqdan əldən düşmüş, torpağı yalayan bir it görür. “Bu da mənim kimi yaman susayıb!” deyərək təkrar quyuya düşür, su ilə dolu çarığını ağzına götürüb çölə çıxır və itə su verir. Allah-taala bu qadının günahlarını məhz bu əməlinə görə bağışlayır.” Ona görə də heç bir yaxşılığı xor görməməli və dəyərsiz saymamalıyıq. Bəzən zahirən kiçik görünən bir yaxşılıq ilahi mərhəməti cuşa gətirir, yada ki əvvəlki xeyir-həsənatın “qafiyə”sinə çevrilir.
  • Allah-taala (təbərakə və təala) Qurani-Kərimdə: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (“Zilzal” surəsi, 99\7-8) buyururaq Haqqın dərgahında zərrə xeyir və şərin itmədiyini, mütləq qarşılığı veriləciyini bəyan edir.
  • Özümüzə aid ən kiçik nöqsanları belə gözümüzdə böyüdüb dağa döndərməli, başqalarının ən kiçik yaxşlıqlarını isə dağ boyda görməliyik.
  • Bədiüzzaman Həzrətlətləri bir gəmini misal çəkir: “Doqquz günahsız bir canidən ibarət bir gəmini caniyə görə batırmaq olmaz. Hətta doqquz cani bir günahsız olsa da batırmaq olmaz. Batırsalar, zülm olar. Mömin də bir gəmiyə bənzəyir. Onda bir çox xüsusiyyətlər var. Bir, yaxud bir neçə pis xüsusiyyətinə görə onu dəftərdən silmək olmaz. Onun o pis xüsusiyyətinin əleyhinə olsaq da şəxsinə qarşı kin tutmamalı, nifrət etməməliyik.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message