Vay halına belə namaz qılanların!..

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Vay halına belə namaz qılanların!..

Sual: “Maun” surəsində bəzi namaz qılanlar haqqında “veyl olsun” qınağı işlədilir və bu qınaq onların “sahun” olmalarına bağlanır. “Sahun” ifadəsindən məqsəd nədir, “veyl olsun” qınağına tuş gələn musallin kimlərdir? Namaz qıldığı halda “qafil” sayılan insanlardan olmamaq üçün nələrə diqqət yetirilməlidir?

  • Cənabi-Haqq “Maun” surəsində məalən belə buyurur: "Bismilləhir-Rahmənir-Rahim. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər)”. (00.54)
  • İlahi sistemi təkzib edənlər ən böyük yalançılardır. (02.38)
  • Bədiüzzaman həzrətlərinə görə: "Sən işlə, mən yeyim" anlayışı insanları kin, həsəd və qarşıdurmaya sövq etmiş, cəmiyyətlərin sabitliyini pozmuşdur. Varlılarla kasıblar arasında tarazlığın pozulmasının, kin və düşmənçiliyin körüklənməsinin bir başqa səbəbi də "Mən tox olum, başqası aclıqdan ölsə, mənə nə!" anlayışıdır. (04.44)
  • Namaz bütün ibadətlərin əsası, ruhu və piridir. O, din səfinəsinin (gəmi) dirəyi və Allaha qulluğun rəmzidir. (08.15)
  • "Veyl" sözü həm qınaq mənasını verir, həm də Cəhənnəmin ən dərin dərəsinin adıdır. Bu səbəbdən, namazın dəyərini bilməyən və ona lazımi qayğı göstərməyənlər bunda israr edib etməmələrinə və tövbə ilə təmizlənib təmizlənməmələrinə görə "vay halına" qınağından Cəhənnəm əzabına qədər uzanan bir yolda müxtəlif cəzalara tuş gələcəkdir. (08.42)
  • Allah-Təala laübali və qafil qəlbin duasını qəbul etməz. (10.13)
  • "Sahun" namaza əhəmiyyət verməyən və onu lazımi şəkildə yerinə yetirməyənlərdir ki, namazı dünyəvi məqsədlərə alət edən münafiqlərdən onu layiqincə qılmayan möminlərə qədər bir çox insan bu sinifdən qəbul edilə bilər. Bununla yanaşı, "sahun" deyilincə əvvəlcə namazın mənasına inanmayan, onun əda edilib edilmədiyinə məhəl qoymayan, vaxtına diqqət etməyən, namazsız vaxtın keçməsinə üzülməyən, qılanda da Allah üçün xalis niyyət ilə deyil, dünyəvi məqsədlər üçün tənbəl-tənbəl, istəməyərək qılan; insanların yanında qılsa da tək qalanda qılmayan və həyatını "gözə girmə" duyğusuna bağlı sürdürən münafiqlər ağla gəlir. (11.17)
  • “Maun” surəsində axirətdə hesab verməyə inanmağın əsas iki əlaməti olaraq namazı lazımi şəkildə qılma və ictimai yardımlaşma üzərində durulur. Namazdan bixəbər olduqları halda dindar görünüb riyakarlıq etdiyi kimi, zəkat və sədəqə verməkdən də qaçınan, hətta borc vermə kimi ən kiçik köməyi belə əsirgəyən xəsislərə "veyl olsun" deyilir. (16.23)
  • Gözləyib namazı vaxtın sonunda necə gəldi qılan da "sahun" kateqoriyasına daxil edilə bilər. Namaz vaxta bağlı bir ibadətdir və mütləq təyin olunmuş vaxt içərisində qılınmalıdır. (19.31)
  • "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar) " (Məryəm, 19/59) məallı ayə xeyirsiz nəsillərin ən bariz xüsusiyyətləri olaraq namazı hədər etmələrini və nəfsani arzularının arxasınca sürünmələrini nəzərə verir. (20.53)
  • Namazı layiqli şəkildə qılmayanların günahlardan qorunmaları mümkün olmadığı kimi, günahlardan qaçmayanların da namazı layiqli şəkildə qılmaları düşünülə bilməz. (24.43)
  • “Muddəssir” surəsində (74/43-47) Cəhənnəmlikləri alova aparan səbəblər belə sıralanır: "Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)" (27.06)
  • “Mu’minun” surəsində isə Cənnətlikləri əbədi səadətə aparan səbəblər belə sıralanır: Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!). O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!). O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər); Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar)”. (28.22)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message