Universitet imtahanı, seçimlər və müəllimlik

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Universitet imtahanı, seçimlər və müəllimlik

Sual: Ölkəmizdə uşaqlar və gənc nəsillər yalnız lisey, ya da universitetə giriş imtahanlarına kilidlənir və ən böyük hədəf kimi bu imtahanlarla boğuşaboğuşa yetişirlər. Bir neçə il bu xəyalla yaşayan gənclər, məsələn, universitetə qəbul olunmayanda da mənəvi sarsıntı keçirirlər. Uşaqlara və gənclərə gələcəklə bağlı hədəf verilərkən nələrə diqqət yetirilməlidir?

  • Şagirdlər çox vaxt anaata tərəfindən (başqa hər şey bir kənara qoyularaq) tamamən imtahanlara yönəldilir. Məktəblərdə də yalnız bu məsələ üstündə durulur. Ancaq şagird mənən inşirah verən qayəyə və yüksək bir məfkurəyə istiqamətləndirilmir. (01:27)
  • Eqoizmin girdabında boğulmaq istəmirsinizsə, ali qayələrə dilbəstə olmalısınız.. Büdrəyib yıxılmamaq üçün gözünüzü daim yüksək məfkurələrə dikməlisiniz. Həyatınızı ali ideallara həsr etməli və bu işə bütün varlığınızı qoymalısınız. (03:24)
  • Şagirdi doğru və ülvi hədəflərə yönləndirməkdə, – öz dairəmiz və imkanlarımız nisbətində də olsa – ciddi mənada cəhd göstəməli və nailiyyətlərimizi az görməməliyik. Lakin bilməliyik ki, əsl müvəffəqiyyət bu problemin millət səviyyəsində həllindən və bu qayənin millət olaraq mənimsənilməsindən asılıdır. Bunun çarəsi də gənc nəsilləri ailədən küçəyə, məsciddən məktəbə qədər ictimai həyatın hər sahəsində sevgi ilə qucaqlamaq və sözügedən qayənin atmosferindən ayrı qoymamaqdır. Bunu gerçəkləşdirmək üçün kamil pedaqoq və psixoloqların rəhbərliyi də çox vacibdir. (07:32)
  • Şagirdlərin universitetə qəbul imtahanlarına yaxşı hazırlanması üçün lazım olan hər şey edilməli, ancaq qəbul olunmayanda da “hər şey qurtardı” kimi davranılmamalı, onlara daha ali üfüqlər və başqa alternativ yollar göstərilməlidir. (08:39)
  • Əfsuslar olsun ki, hazırkı imtahan sistemi qumarı xatırladır. İnsanlar ancaq müəyyən sahələrdə yetişdirilsə, universitetə qəbul olunur. Əslində belə olmamalıdır. Gənclərdə bilavasitə biliyə qarşı maraq oyadılmlalı, onların ruhu biliklə iqamə edilməli və onlara elm eşqi aşılanmalıdır. (09:25)
  • İmtahanlardan sonra nəticə nə olurolsun işin, (bir mənada) şagirdləri rahatladacaq, inşirah verəcək cəhətləri üstündə durmaq və elə üslubda istifadə etmək lazımdır ki, onlarda bir qisim psixozların meydana gəlməsinə imkan verməsin. Yalnız bir hədəfə bağlanmaq həm valideynlərin və mürəbbilərin iztirab çəkməsinə səbəb olar, həm də uşaqlarda gətirib stresə və ruhi xəsarət çıxarar.. hətta, Allah qorusun, insanı intihara belə sürükləyə bilər. (10:45)

Sual: Bir vaxtlar qəbullarda ən müqəddəs peşə sayılan müəllimliyə daha çox üstünlük verilirdi. Son dövrlərdə gənclər daha çox gələcəyi və gəliri çox olan peşələri seçirlər. Xüsusilə, bölüm seçimləri baxımından müəllimlik peşəsi haqqında nə düşü­nür­sünüz? (12:10)

  • Müəllimlik çox əhəmiyyətli peşədir. Demək olar ki, Allaha ən yaxın insanlar müəllimlərdir. Həkimlərin insanların yaralarını sarması kimi, müəllimlərin də cəmiyyətin yaralarını sarıyırlar. Ancaq müəllim bir tələbəyə qayğı göstərməklə bir xanəyə, bir ailəyə, hətta o ailə ilə azçox münasibəti olan bütün qohuməqrəbaya qayğı göstərmiş, sahib çıxmış olur. Dolayısilə, məktəbdə bir şagirdlə qurulan münasibət ən azı on insanla qurulan münasibət deməkdir. Münasibət qurulan şagirdlər bəlkə də, hüquqi cəhətdən (yaş çatmasına görə) şahid ola bilməzlər, ancaq insan psixologiyası baxımından uşaqlardan daha güclü şahid yoxdur. Bu baxımdan müəllimin təsir sahəsi çox genişdir. (12:30)
  • Hədisişərif “Ən xeyirli insan xeyiri öyrənən və onu başqalarına öyrədəndir” buyurur. Nəticə etibarilə hər şey elmə bağlıdır, elm isə müəllimin sərmayəsidir.. (13:57)
  • Müəllim, öyrədən ha öyrədən, öyrədən ha öyrədən, öyrədən ha öyrədən deməkdir ki, buna görə də müəllim sürəkli təlimlə məşğul olan bir qəhrəmandır. İnsanı həqiqi insanlığa yönləndirən, bütün potensial cövhərləri hərəkətə gətirən, onları dəyərləndirən, sərraftək işləyən, onun ruh abidəsini ucaldan bir heykəltəraş, bir sənətkardır. Müəllim insanı yenidən inşa edir. (14:36)
  • Bir millətə xidmət edən insanlar arasında həqiqi müəllimin mislibərabəri yoxdur. Milləti inşa edən odur, ailəni inşa edən odur, cəmiyyəti inşa edən odur; bu günü inşa edəcək və gələcəyə möhrünü vuracaq da yenə odur. Tarixə həkk olunmuş şanlı sultanlarımız belə böyük müəllimlərin dizi dibində yetişmiş nadir simalardır. (16:22)
  • Xidmətə könül vermiş və yüksək bir qayeyə bağlanmış insanların müvəqqəti və fani dünya malı üçün müəllimlik kimi müqəddəs bir vəzifəni qoyub başqa yollara tamah salacağını ehtimal etmirəm. (18:11)
  • Bəzi yoldaşlarımız dünyaya meyil göstərdilər, ancaq çox nadirdir. Dünya öz cazibədar gözəlliyi ilə insanların ağlını başından aldığı, baxışlarını bulandırdığı belə bir dövrdə məncə bu qədər hədər, bu qədər ziyan normal qarşılanmalıdır. (21:09)
  • İstər dualarınızda, istər münasibətlərinizdə dairəni geniş götürməlisiniz. Hətta yaxşı günlərinizdə tərəddüdlü davranan, bir gözü ilə sizə baxan, bir gözü ilə də təhlükələri süzən; təhlükə olmayanda yaxınlaşan, əks halda dərhal uzaqlaşan insanlara belə yaxınlıq göstərməli və onlara da qucaq açmalısınız. Belə insanları bir mənada dairənin xarici hasarları qəbul etməklə yanaşı, qəlbinizdə onlara da bir yer ayırmalısınız. (23:35)
  • Bəli, heç bir peşə cəmiyyətimizə müəllimlik qədər faydalı deyildir. Lakin bu həqiqət “məzun olan hər kəs hökmən müəllimliyə istiqamətləndirilməlidir” demək deyildir. Bir tərəfdən müəllimlik müəyyən qədər təşviq edilməli, digər tərəfdən də ictimai həyatın digər sahələrində boşluq yaranmasına qətiyyən imkan verilməməlidir. (24:43)
  • Bir daha ifadə edirəm ki, müəllimlik çox əhəmiyyətli bir peşə, bir vəzifədir. Bu davamlı vurğulanmalıdır. Xidmət ərənləri üç beş günlük dünya üçün başqa yollara baş vurmamalıdırlar. Bu mövzuda ciddi mənada təşviq, rəğbət oyandırılmalıdır və bu mütəmadi olmalıdır. Bu zaman həyatın digər səhələrinə də qətiyyən laqeyd yanaşılmamalıdır. (28:00)
  • Bizim dövrümüzdə “xadəmeyixeyrat” adlanan bir imam orta məktəb məzununun maaşnın yarısı qədər maaş alırdı. Ancaq mədrəsələr yenə də dolubdaşırdı. Tələbələrin yeganə dərdi elm öyrənmək və irşada vəsilə olmaq idi. Onlar öyrənmə eşqi ilə elm oxuyurdular; diploma, ad və dərəcə onlar üçün əhəmiyyətli deyildi. (29:20)
  • Könüllərdə təkrar elm eşqi, öyrənmə marağı, araşdırma iştiyaqı və millətə xidmət ehtirası oyandırılmalıdır; bu eşq, bu maraq, bu iştiyaq və bu ehtirasla bəşəriyyətə xidmət etməkdən müqəddəs iş yoxdur. (30:26)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message