Üç ay və vəzifəmiz

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Üç ay və vəzifəmiz

Fəthullah Gülən: Üç ay və vəzifəmiz

Son xütbədə də oxunan “Müqəddəs zaman dilimi üç aylar” başlıqlı məqalənizdə üç ayları dərindən duymağın və bir qənimət bilməyin zəruriliyini dilə gətirmişdiniz. Necə edək ki, bu bərəkətli günləri eşqlə, şövqlə və mükəmməl şəkildə dəyərləndirə bilək? Həm fərdi planda, həm də Qurana xidmət yolunda bu zaman kəsimindən maksimum faydalanmaq üçün nə tövsiyə edərdiniz?

  • Fəqihlərin ümumi fikrinə görə, cümə namazının səhih olmasının bir şərti də xütbə oxunmasıdır. Cümə vaxtı məsciddə olsa da, xütbəni dinləməyən bir insan Cümə namazını qılmamış, sadəcə günorta namazının fərzini icra etmiş sayılır. Quran oxumaq ən mühüm ibadətlərdən biridir, ancaq xütbə zamanı Allahın Kitabını belə oxumaq olmaz. Bundan savayı, dildən çıxan hər dünya kəlamı xütbənin səhihliyinə, feyzinə xələl gətirir. (02.05)
  • Məsələləri öyrənməyə və anlamağa səy göstərməmək çağdaş nəsillərin ən böyük nöqsanlardan biridir. (03.03)
  • İndiyə qədər üç aylar və mübarək gecələrə dair çox söz deyilmiş və yazılmışdır. İnsanların bunları eşitməsi və oxuması gözəldir, ancaq əsas məsələ onları anlamağa, mənimsəməyə və tətbiq etməyə çalışmaqdır. (04.41)
  • Maraq, anlama və sahib çıxma cəhdi olmayanda da ən gözəl məqalələr belə, bərbəzəkli və fantastik ifadələrlə dolu bir yazı hesab edilir. (06.00)
  • Qurani-Kərimə Allahın kəlamı kimi baxmasanız, orada qarşılaşdığınız bəzi məqamlar zehninizi məşğul edər və sizi çəkib zəlalətə aparar. Lakin Quranı İlahi Kəlam olaraq qəbul edib məna vərəqlərini çevirsəniz və nüzul xüsusiyyətlərinə nəzər yetirsəniz, çox faydalanarsınız. (07.50)
  • Əvvəla üç aylarda qənimətin olduğuna inanmalısınız ki, o “qənimət”dən pay ala biləsiniz.( 08.35)
  • Quran tələbələri üçün üç aylar bu yolda ələdüşməz fürsətlərdəndir. Bu aylarda kamillik yolunda addımları yeyinlətmək lazımdır. (10.42)
  • İnsan istəyər və səy göstərərsə, bu aylarda günahlarından sıyrıla, dinin həqiqətinə vara bilər, Cənabi-Haqqın rəhmətinə layiq ola və Rəbbinə yaxınlaşa bilər. Haqq yolunun ərənləri bu müqəddəs zaman dilimini məhz bu məqsədlər yönümündə qiymətləndirməlidir. (12.45)
  • Bu aylarda təşkil edilən tədbirlərlə insanları Allaha bir addım da yaxınlaşdıra bilmiriksə, demək, əbəs yerə özümüzü məşğul edirik. İnsanları əyləndirmək və onlara xoş dəqiqələr yaşatmaq bizim vəzifəmiz deyil, biz sırf cismaniyyətə aid tədbirləri zaman israfı və günaha gedən yol sayırıq. (13.45)
  • İnsanlar əylənməyə meyillidir, bu baxımdan onların təşkil etdiyiniz tədbirlərə maraq göstərməsi sizi aldatmasın. Halbuki, dəvətinizə az adam gəlsə belə, xalq gördüyünüz işlərə maraq göstərməsə belə, əsas məsələ doğru işlər görmək və doğrunu axtarmaqdır. (15.43)
  • İnsanların kamilləşməsinə vəsilə olmağı qarşınıza məqsəd qoymalı və onları Haqqı tanımaqdan doymamağa alışdırmalısınız. Bütün həmsöhbətlərinizi daima “Həl min məzid – Yenə varmı?!.” deyə hayqıran qəhərmanlara çevirməlisiniz. Hər məsələni özünüzü tapmağa, özünüzə varmağa və insanları Cənabi Haqqa yönəltməyə vəsilə bilməlisiniz. (18.19)
  • Allaha və Rəsuli-Əkrəmə aparmayan yollar batildir. (19.53)

Üç ayların lazımi səviyyədə duyulmaması və bu mübarək günlərin bərəkətindən kifayət qədər istifadə edilməməsi əndişəsi ilə məsləhət görulən bu söhbət ilk dəfə 21.07.2008 tarixində yayımlanmışdı. “Yeşeren Düşünceler” adlı kitabdan alınaraq “Qırıq Testi” bölümündə yayınlanan “Müqəddəs zaman kəsimi‒üç aylar” adlı məqalə ilə birgə müzakirə edilməsi məsləhət görülmüşdür.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message