Söhbəti-Canandan maiyyəti-Canana

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Söhbəti-Canandan maiyyəti-Canana

Sual: 1) Möhtərəm xoca, “Bir söhbəti-Canan dediyiniz Canan söhbəti, Onu tanıma cəhdi, söhbətləri Onunla bəzəmə, Ondan danışma var, bir də maiyyəti-Canan, əsas olan maiyyətə nail olmaqdır!” buyurdunuz. Daha əvvəl,  söhbəti-Cananla əlaqəli bəhslər olmuşdu, amma “Maiyyət-i Canan” bir yönü ilə bizim üçün yeni sayılır. Bu ifadədən qəsd etdiyiniz mənanı izah edə bilərsinizmi? (00.21)

  • Maiyyət; lüğət mənası etibarilə, bir böyüyün yaxınında olma və həmişə onunla birlikdə olma deməkdir. Lakin, bizim terminologiyamıza görə maiyyət; Haqq aşiqinin həmişə Onu duyması, Onu düşünməsi, Onunla oturub-qalxması, Onunla işləməsi, Onunla başlaması, Onun cazibəsinə qapılaraq özünü vəhdət şəlalələrinə salması və iradi ya da qeyri-iradi olaraq həmişə Onun məmnuniyyəti ətrafında pərvanə kimi dönüb-dolanmasıdır. (00.40)
  • İnsanın bu dünyadakı iman, mərifət (Allahı tanıma ölçüsü, vicdan mədəniyyəti), İlahi sevgi və eşqi-şövq mövzusunda bütün yüksəlmələri axirətdə maiyyəti-ilahiyyənin sürpriz nemətləri və Cümə yamaclarının gözəllikləri olaraq zühur edəcək. (05.55)
  • Maiyyəti-Canana söhbəti-Canan ilə çatmaq olar. Elə isə, həyat söhbəti-Canan ətrafında hörgülənməlidir. Bəs onda, görəsən Söhbəti-Canan nədir və hansı növləri var? (11.33)

Sual: 2) Xeyirli bir işi edib etməmə mövzusunda səmimiyyətimizdən əmin ola bilmədikdə o əməli tərk yolunu seçə bilirik. Bu da bəzən vəzifələrimizdə axsamalara səbəb olur. Bu cür hallarda “ixlasa riya qapısından girilər” sözünü işlətmək, şeytani bir mülahizədirmi, yoxsa ixlasa getmədə bir mərhələdirmi? (18.47)

  • Fərz ibadətlər riya qorxusuna görə də olsa əsla tərk edilə bilməz. İlayi-kəlimətullah (Haqqın təbliğ edilməsi) vəzifəsi də hansı bəhanə ilə olursa olsun, qətiyyən tərk edilməməsi lazım olan bir məsuliyyətdir. (19.20)
  • Riyadan çəkinə bilmənin yolları nələrdir? (22.00)
  • Riyaya girmiş olduğundan narahatçılıq keçirən bir insan dərhal Cənab-ı Haqqa təvəccöh etməli və Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əfəndimizin öyrətdiyi bu dua ilə Allaha sığınmalıdır.
  • “Allahım, bilərək ya da bilməyərək şirkə düşməkdən Sənə sığınıram. Şirk qoxuyan duyğu, düşüncə, söz və rəftarlarımdan ötrü məni bağışlamanı diləyirəm. Şübhəsiz Sən qeybi bilənsən (mənim könlümdən keçənləri də Sən bilirsən).” (24.35)
  • İnsan, ixlasa və həqiqi tövhidə çatana qədər “nisbi riya” deyə biləcəyimiz süni hallardan yaxasını qurtara bilməyə bilər. Lakin, əgər ixlas axtarışında səmimi və israrlı olarsa, nəzəri dinin, insan təbiətinin bir dərinliyi halına gəlməsi müddətində başlanğıc etibarıyla görülən təqlidçilik və süniliklərin vaxt keçdikcə silinib itməsinə bənzər şəkildə, o izafi riyalar da bir-bir silinib gedəcək. (26.03)

Sual: 3) Quran qissələrindən tam istifadə edə bilmək üçün Quranı necə oxumaq daha fydalıdır. Ayələrdə nəql edilən bir vaqeəyə yalnız tarixi bir hadisəymiş kimi səthi baxışın, onun gerçək dəyərini və verdiyi mesajları görməyə mane olduğunu demək olarmı? Bu mövzudakı fikirlərinizi deyə bilərsinizmi? (29.19)

  • Quran qissələrinə baxarkən, haqqında danışılan qövmün xüsusiyyətlərini, o cəmiyyətə göndərilən peyğəmbərin xarakterini və insanların psixologiyalarını anlamağa çalışmaq, sonra da məsələni dövrümüzün hadisələrinə adaptasiya etməyə və bu zamana xas ibrətlər çıxarmağa səy göstərmək lazımdır. (30.40)
  • Doktor Məhəmməd İqbalın atasının nəsihəti… (33.55)
  • Çox şeyimizi oğurladılar… Quldurlar, Quranımızı da oğurladılar və biz bu gün Rəbbimizin bəyanını anlamırıq. Lakin, hər gün əksəriyyəti bir-birini daşlayan, yalan yazan və dedi-qoduları köşə yazılarına əks etdirən kəslərin yazılarını oxumaq üçün saatlarca vaxtımızı xərcləyirik. Rəbbimizin kəlamının onlar qədər vicdanlarımızda qiyməti yoxdursa vay halımıza!.. (35.31)

Bu dosyeni yükləmək üçün sıxın

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message