Möminlərin Anaları Həzrəti Xədicə və Həzrəti Aişə

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Möminlərin Anaları Həzrəti Xədicə və Həzrəti Aişə

Sual: Əvvəlcə Həzrəti Xədicə (r.a.) anamızın və daha sonra da Həzrəti Aişə (r.a.) anamızın Rəsulü-Əkrəm Əfəndimizə (s.ə.s.) həyat yoldaşı seçilmələrinin qədər planında hikmətləri nədir? Xüsusilə, bu iki anamızın dinə xidmətindən bu günün qadınlarının götürəcəkləri ibrətlər hansılardır?

  • Rəsulü-Əkrəm Əfəndimiz (s.ə.s.) bütün bəşəriyyətə ümumi bir missiya ilə peyğəmbər olaraq göndərildi. Beləliklə də, yaradıldığı mühitdən risalətlə vəzifələndirildiyi zamana qədər Onun (s.ə.s.) həyatında əhəmiyyətli yer təşkil edən hər şey minlərlə hikməti ehtiva edən bir qədər planı ilə olmuşdur. (02.24)
  • İnsanlığın İftixarı (s.ə.s.) ilə Kəbə əkiz qardaş kimidir; Kəbə Ona (s.ə.s.), O (s.ə.s.) da Kəbəyə aşiqdir. (04.30)
  • Həzrəti Xədicə (r.a.) anamız peyğəmbəranə vəsfləri öz üzərində daşıyan və təqdiri-ilahi tərəfindən Rəsulü-Əkrəm (s.ə.s.) üçün layiqli bir dost olacaq şəkildə xüsusi hazırlanan bənzərsiz bir qadın idi. (05.35)
  • Həzrəti Xədicənin (r.a.) Rəsulü-Əkrəm Əfəndimizi (s.ə.s.) kəşf etməsi belə onun fətanətini (üstün qabiliyyəti və məntiqi) göstərməyə kafidir. (07.30)
  • Vəhy hələ yeni gəlməyə başlayanda Allah Rəsulunun (s.ə.s.) ən böyük dəstəkçisi Həzrəti Xədicə (r.a.) olmuşdu. Yer üzünün səmalardan uzaq yaşadığı və yalançı bir şəfəq əlamətinin belə görünmədiyi bir dövrdə onun:”Allah səni darda qoymayacaq” ifadəsi və bu hökmünü müxtəlif fikirlərlə möhkəmləndirməsi də Anamızın (r.a.) üstünlüyünün güstəricisi idi (10.03).
  • Varaqa bin Nəvfəl Həzrəti Xədicənin (r.a.) qohumu idi. Allah Rəsuluna (s.ə.s.) vəhy gəlməyə başlayanda Xədicə Anamız (r.a.) nə baş verdiyini öyrənmək üçün ona müraciət etmiş və Varaqadan bu cavabı almışdı: “Ya Xədicə! O doğru sözlü bir insandır. Gördüyü, peyğəmbərliyin ilk vaxtlarında görülən həqiqətlərdir.Ona gələn Namusu-Əkbərdir. Həzrəti Musaya (ə.s.) və Həzrəti İsaya (ə.s.) da o gəlmişdir. Yaxında Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbər olacaq. Əgər o günlərə yetişə bilsəm, mən də Ona iman edər və mütləq köməkçisi olaram.” (12.08)
  • İnsanlığın İftixarı (s.ə.s.) bütün həyatı boyu dərin vəfa və sədaqətlə Həzrəti Xədicəyə(r.a.) bağlı olmuş, anamızın vəfatından sonra da onu heç bir zaman unutmamış, hətta hər fürsətdə ondan söz açmışdı. (14.35)
  • Yoldaşı vəfat edən kişi də, qadın da yetimdir. Allah Rəsulunun (s.ə.s.) Meracı Onun (s.ə.s.) Xədicədən(r.a.) yetim olmasından sonra baş vermişdir. Bir mənada, Cənabi- Haqq Ona: “Ən yaxın insanını, həyat yoldaşını aldım, amma səni hüzurumla şərəfləndirirəm, Mən sənin dostunam!..” demişdir. (18.00)
  • Həzrəti Ayişə (r.a.) çox ağıllı, peyğəmbərlik missiyasına layiqli varis ola biləcək nadir bir fitrətlə yaradılmışdı. İzdivacdan sonrakı həyatı və xidmətləri ilə aydın oldu ki, o böyük insan, ancaq Nəbinin(s.ə.s.) həyat yoldaşı ola bilərdi. Çünki o, həm ən böyük hədisçi, ən mükəmməl təfsirçi və ən nadir fiqh alimi idi, həm də Peyğəmbərimizin (s.ə.s.) zahir və batini yönü ilə bənzərsiz qavrayışı ilə layiqli şəkildə təmsil edirdi. (19.30)
  • Zəka, fərasət və fətanət sahibi Həzrəti Ayişə (r.a.) anamız, xüsusilə, ailə həyatına aid bütün məsələləri Rəsulullahdan (s.ə.s.) öyrənmiş və bunları qadınlıq dünyasına ötürmədə qüsura yol verməmişdir. Qadınlıq aləmi, bütün Əzvacı-Tahirata(Peyğəmbərimizin (s.ə.s.) xanımları ) çox şey borcludur, lakin hər kəsdən əvvəl ictihada açıq və eşitdiyi hər şeyi soruşub təhqiq edən Həzrəti Ayişə anamıza(r.a.) borcludur. (24.27)
  • Həzrəti Ayişə anamızın(r.a.) irşadı(haqq yolu göstərməsi ) və irşad əsnasındakı həssaslığı… (26.45)
  • Möminlərin Analarının(r.a.) fədakarlıqları və zahidanə keçən həyatları… Abdülqadir Geylani Həzrətlərinin bir mənqibəsi baxımından zahidliyin ölçüsü… (31.05)
  • Əfəndimizin (s.ə.s.) ailə münasibətlərindəki incəliyi və Həzrəti Ayişə (r.a.) ilə davranışı… (34.21)
  • Urvə Həzrətləri rəvayət edir: “Səhərlər evdən çıxanda Həzrəti Aişənin (r.a.) evinə baş çəkər və ona salam verərdim. Yenə bir gün erkəndən ona baş çəkdim. Baxdım ki, namaz qılır, Cənabi-Haqqı zikr edir. Davamlı: Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.” (“Tur”surəsi , 52/26-27) ayələrini oxuyur, dayanmadan təkrar edir, Rəbbinə yalvarır və ağlayırdı. Onu(r.a.)o halda görüncə, mən də namaza durdum. Lakin o oxumağı heç cür bitirmədiyinə görə mən bir az sıxıldım və dözə bilməyib bir iş üçün bazara getdim. Geri qayıdanda nə görsəm yaxşıdı, Həzrəti Aişə (r.a.) yenə namazın qiyamında idi. Eyni ayələri təkrar edir, hönkürtü ilə ağlayırdı.” (36.05)
  • Bir gün Həzrəti Aişə (r.a.) anamızın hıçqırıqları qırtlağında düyün-düyün olmuşdu.. Rəsulü-Əkrəm Əfəndimizdən (s.ə.s.) belə soruşurdu: “Ya Rəsulullah, axirətdə əhlinizi xatırlayarsınızmı?” (36.35)
  • Onlardan az da olsa bəhs etməyimiz onların bizə əl uzatmaları üçün bir çağırışdır. (39.15)

Bu dosyeni yükləmək üçün sıxın

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message