Ləyaqət və Alpərən

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Ləyaqət və Alpərən

Ləyaqət ya da İstehqaq

Sual: Adəti-ilahiyyə baxımından iman xidmətinin bir fərdi olma ləyaqətini qazana bilməyənlərin bu dairədən çıxarılmağa müstəhaq (haqq etmək, layiq olmaq) olacaqları ifadə edilir. Bu baxımdan “irtidad” anlayışının könül ərlərinə baxan yönü varmı? İlahi qəzəbə məruz qalıb dairədən çıxarılmaması üçün ləyaqət şərtdirmi, bu mövzuda İlahi inayətə nə dərəcədə bel bağlanmalıdır?

  • Ləyaqət (bir şeyə uyğun olan, yaraşan həmçinin bir işdə məharət sahibi olmaq) çox böyük, əhəmiyyətə malik nailiyyətlərin səbəbi, vəsiləsidir; istehqaq isə (bir cəzaya layiq olmaq və bir müsibətə məruz qalmağa haqq qazanmaq) bərəkətin kəsilməsinə səbəbdir. (02.47)
  • Bu qədər kin daşıyan və düşmənçilik edən insanın hər gün başqa bir təxribata səbəb olduğu bir dövrdə əgər könül ərləri ləyaqət arxasınca gedirlərsə və məfkurə insanı olmaq üçün çırpınırlarsa, bu nisbətdə mənfi aqibətə istehqaqdan uzaq sayılırlar. Əks halda nə qədər ləyaqətlərini itirirlərsə, bir o qədər də dairədən kənara atlmağa, yəni istehqaqa məruz qalmağa haqq qazanmış olurlar. (05.45)
  • İrtidad nə deməkdir? Bu dairənin mürtədləri kimlərdir? (08.18)
  • Ləyaqət arxasınca olmaq və addımbaaddım ləyaqəti izləmək çox əhəmiyyətlidir, çünki axır zəmanədə İslam dininə xidmət edən insanlar zahiri, nəzəri müsəlman deyil, vəlayət yolunun yolçuları olacaqlar. (10.15)
  • "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (Maidə, 5/54) məallı ayənin izahı və iman xidmətinə könül verənlərin altı xüsusiyyəti… (14.29)
  • Allah yolunda mübarizə və mücahidənin növ və şərtləri… (19.07)
  • "Rəhmanın qulları"nın müəyyən vəsfləri… (27.23)
  • "Baxma, ya Rəbb səvadi-dəftərimə / Yandır yandıracaqsansa, onu mənim yerimə!" (30.50)
  • Ümid və arzumuz odur ki, Allah-Təala bu qədər nemətlə ucaltdığı könüllülər hərəkatının canlılığını qorusun və könül ərlərini uzaqlaşdırılma istehqaqı ilə cəzalandırmasın!.. (36.36)

Sonsuzluğun Sahibinə Uçdu Alpərən!..

Sual: Yazı və söhbətlərinizdə "Anadolu insanı" sözünü tez-tez istifadə edirsiniz. Rəhmətlik Muhsin Bəyi yad edərkən də "Tam bir Anadolu insanı idi" dediniz. "Anadolu insanı" ifadəsinə yüklədiyiniz mənaları və bu sözün sizə nəyi xatırlatdığını izah edə bilərsinizmi?

  • Muhsin bəyin vəfatına çox kədərləndim. Həqiqətən, xarakterə malik bir insan idi. Bu kədərin siyasi mülahizəmlə əlaqəsi yoxdur. Kim ki Rəbbimizə, Əfəndimizə, İslama və Qurana yaxın görsənirsə, ona yaxın olmaq çox böyük və əhəmiyyətli bir vəzifədir. (38.48)
  • "Anadolu insanı" ifadəsinin xatırlatdıqları… (39.39)
  • Biz axı müsəlmanıq, aldansaq da, aldatmarıq. Bu baxımdan, bəzi böyük şəxsiyyətlərin müəyyən intriqalara qurban getmələri qəribə qarşılanmamalıdır, çünki mömin hüsnü-zənn edən insandır, buna görə də o, çox vaxt hiylə və sui-qəsdin olacağını ehtimal etməz. (43.40)
  • Muhsin bəy və yoldaşları məfkurələri uğrunda çox şərəfli bir ölümlə axirətə köçdülər. Bu hadisədə Allahın muradı nə idi, biz bilə bilmərik. Qismətini dəyişdirməyə də gücümüz çatmadığına görə bizə düşən heç kəsi günahlandırmadan qismətə razı olmaq və siyasi istismara da meydan verməməkdir. (47.30)
  • "Alpərənlər" arasından ürəyindəki alovu küçələrdə haray salaraq söndürmək istəyənlər də ola bilər. Bunu da anlayışla qarşılamaq və kədərlərinə ortaq olmaq lazımdır. (53.07)
  • Muhsin bəyin və yoldaşlarının ailələrinə söz demək bizə düşməz. Lakin məfkurəsi uğruna çıxdığı yolda, bir növ, şəhidliyə yürümüş və hər kəsdə gözəl izlər qoyan bir insanın yaxınlarına şəfaət edə biləcəyi düşüncəsi onlar üçün də çox böyük bir təsəlli qaynağı olmalıdır. (54.12)
  • Milli məfkurəsini inandığı şəkildə mübarizəyə çevirərək bir ömür boyu o yolda yürüyən, vətənimizin seçkin övladlarından Muhsin Yazıçıoğlu bəy və yoldaşlarının axirətə köçməsindən kədər duyuruq. Muhsin Yazıçıoğlu Bəyə və onunla eyni taleyi paylaşan yoldaşlarına Cənabi-Ərhamurrahimindən rəhmət və əvf diləyir, ailələri, qohumları, yoldaşları və Türk-İslam aləminə başsağlığı veririk. (57.46)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message