Kirli planlar

Sual: “Taraf” qəzetində “AKP və Güləni Bitirmə Planı” sərlövhəli bir xəbərdə millətə və hökümətə qarşı qurulan dəhşətli planların sənədi dərc edildi. Genelkurmay Harekat Başkanlığı tərəfindən hazırlandığı iddia olunan çirkin plan və günahsız insanlara böhtan atılma haqqında nə düşünürsünüz?

  • Müəyyən təbəqələr tərəfindən “bitirmək” üçün açıq və ya gizli indiyə qədər bəlkə otuza yaxın plan quruldu. Əslində bunların hamısı “yox”u bitirmə planı idi. Ölkəmizin mənafeyinə və millətimizin gələcəyinə zidd nə var ki, ona qarşı “bitirmə” planı qurulsun!.. (02.10)
  • Həqiqi yolu tapmış bir insanı buna bənzər intrigalar geri döndürə bilməz. Həzrəti Nuhdan Həzrəti Salehə, Həzrəti Musadan Həzrəti İsaya qədər bütün Allahın elçiləri və Haqq dostları ağlasığmaz əziyyət və işgəncələrə məruz qalmışlar. Lakin onlardan heç biri bu əzab-əziyyətə görə yolundan dönməmiş və vəzifədən qaçmamışlar. (03.56)
  • Törədilən haqsızlıqları hər hansı bir müəssisəyə, quruma bağlamaq doğru deyil. Millətin göz nuru olan bir müəssisənin etibarını sarsan hər şey bizi də sarsar.(06.14)
  • “F tipi” kimi uydurmaları kim səsləndirir səsləndirsin – üslubuma zidd olsa da – buna bənzər sözlərə “laqqırtı” deyirəm.Çünki bu məsələnin mənimlə əlaqəsi yoxdur. Bu millət necə ki bir vaxtlar qurtuluş müharibəsində səfərbərlik elan edibsə, bu gün də yoxsulluq, cahillik və iftiraq kimi düşmənlərə qarşı eyni mübarizəni aparır. Millətin fərdlərini eyni müstəvidə toplayan əsas amil görülən işlərin məntiqə uyğun olmasıdır. (07.22)
  • Ümumi bir camaatın, bütöv bir heyətin və tamamilə bir millətin səyinə bağlı olan bir nəticəni sadəcə bir şəxsə vermək millətin haqqını yemək deməkdir. Bu Allaha qarşı da şirkdir. Belə bir şirkə girməkdən də Allaha sığınıram. (10.05)
  • Bəzi insanların səhvləri ucbatından bir müəssisəni tamamilə ittiham etmək doğru deyil. O İstanbul qalalarının dibindəki ordu.. o ordu Çanaqqalada düşmənlə əlbəyaxa döyüşən ordu.. o ordu sərhədlərimizi qoruyan ordu.. o ordu milli mübarizəni aparan ordu.. və o ordu ki gələcəkdə də çox böyük vəzifələr görəcək kimidir. Kim bilir bəlkə düşüncələri kirli bəzi şəxslər etdikləri bəd əməlləri bu müəssisəsinin adı ilə edərək ordumuzu qaralamağa və xalqın gözündən salmağa çalışırlar. Mən bu məsələyə belə baxıram və çox arzu edirəm ki, işin əsli də belə olsun. (11.50)
  • Allaha bir can borcum var, hər hansı bir mənzildən dünyadan üqbaya atılmağıma əsla üzülmərəm, bir güllə ilə yox edilmək mənə əbədi həyatı qazandırar!.. Sadəcə bir şeyə üzülürəm; inanan bir insana pislik edənlər axirətlərini məhv edirlər. (15.47)
  • Abdullah bin Zübeyr bin Avvam Həccac tərəfindən şəhid ediləndə Əsmə anamız Həccacın yaxasından tutub: “Sən onun dünyasını məhv etdin, ancaq o da sənin axirətini məhv etdi” – deyir. Mən də bu möminlərə zülm verərək axirətini bərbad edənlərə üzülürəm. (16.23)

Sual: Dərc olunan bu qalmaqallı sənəddə “İşıq Evləri” basqınlarında silah-sursat və s. nin tapılmasını “təmin edərək” Könüllülər Hərəkatına “Silahlı Terror Təşkilatı” damğasını vurma və eyni axtarışlarda bəzi xarici təşkilatlara məxsus sənədləri ortaya çıxararaq güya gizli əlaqələrin üstünü açma kimi intrigalı planların da olduğunu müşahidə edirik. Bu mövzudakı düşüncələrinizi paylaşa bilərsinizmi?

  • Könüllülər Hərəkatının nümayəndələrinin – silah bir yana – özləri ilə iynə də gəzdirməməyə çalışdıqlarını o böhtanları atanlar da bilir. Onlar da bilirlər ki, özlərini sevgiyə həsr etmiş bu insanlar qarışqanı belə tapdalamazlar. (18.04)
  • Bəzi evlərə sevdiyiniz insanların kitablarını yerləşdirib bəzi insanların şəkillərini asaraq sizinlə əlaqəli imiş kimi göstərib, sonra da qondarma basqınlarla o evlərdə silah və uyuşdurucu kimi şeylərin var olduğunu iddia edə bilərlər. Belə ki, bəzi şər güclər buna bənzər planları əvvəllər də həyata keçirdi, lakin insaflı polis və əmniyyət təşkilatı tərəfindən bunlar aşkar edildi. İnanan insanlar bundan sonra da buna bənzər intrigalarla üzləşə biləcəyini nəzərə almalı və təmkinli olmalıdırlar. (22.43)
  • Neçə illər əvvəl üç-beş nəfər tələbə qaldıqları tələbə yataqxanasından atılınca özlərinə bir ev tutmuşdular. O imanlı gənclərin o pak evlərinə bir ayənin işarəti ilə “işıq ev” demişdim. Lakin bəziləri o sözü də səhv yozdular. O pis niyyətli insanların iddia etdiyi mənada “işıq ev”dən söz açmaq qətiyyən doğru deyil. (26.05)
  • Fədakar insanları bəzi təşkilatlar ya da bəzi ölkələrlə əlaqələndirməyə çalışanlar da Könüllülər Hərəkatının bu millətə məxsus və müstəqil olduğunu çox yaxşı bilirlər, lakin böhtan və ləkə atmağı hədəfə aparan vasitə sayırlar. (32.09)
  • İyun tufanında medyada yer alan kasetlərin hamısı montajlanmışdı. Məsələn, onlardan birində “Xalq Partiyası kafirdir deyə bilməzsiniz!..” dediyim halda bu cümlənin “deyə bilməzsiniz” hissəsi kəsilmiş və yerdə qalanı televizya kanallarında təkrar-təkrar göstərilmişdi.
  • Bir millətin fərdi öz xalqı üçün var olan müəssisələrə sızmaz; bu onun haqqıdır, girər ora; ədliyəyə də girər, mülkiyəyə də, əmniyyətə də girər xariciyəyə də. Yaddan çıxarılmamalıdır ki, təşkilatlanma, sızma, çoxalma kimi iddiaları ortaya atanlar və bunlarla öz işinə sadiq olan insanları ləkələməyə çalışanlar demək olar ki, hər dövrdə bu böhtanların arxasında gizlənərək öz fəlsəfəsi adına müəyyən yerlərə sızmış, təşkilatlanmış və çoxalmışdır. (37.15)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message