Hicrət edin, yüksəlin!

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Hicrət edin, yüksəlin!

Sual: Xaricdə yaşayan insanların bəzi həssaslıqlarını və metafizik həyəcanlarını itirə biləcəkləri qayğısını çəkirsinizmi? Müxtəlif vəsilələrlə: “Kaş ki bir milyon insan hicrət etsə!..” demişdiniz. Kimlərin hicrət etməsini istəyərdiniz? Bu diləyiniz uzun müddət xarici ölkələrdə yaşayanlara da aiddirmi?

  • Mömin küfr, ilhad və din düşmənçiliyi kimi çirkin sifətlərə qarşı prinsipial olmalı, lakin bu bataqlıqlara düşən insanların hallarına acımalı və mümkünsə onları boğulmaqdan qurtarmağa çalışmalıdır. (00.50)
  • Xarici ölkələrdə yaşayan bəzi insanlar heç fərqinə varmadan başqalarının dəyərlər məcrasına düşə və öz dəyər ölçülərinə qarşı yadlaşa bilərlər. (02.06)
  • Fərqli mədəniyyətlərə açıq yerlərdə olan şəxslərin qoruna bilmələrinin yeganə səbəbi bəlli bir məfkurəyə bağlı yaşamalarıdır. Qayə və xəyal, insanı hər vaxt təmkinli olmağa sövq edir. (02.54)
  • Dünyanın dörd bir tərəfinə hicrət edən fədakar insanların örnək həyatları, universal dəyərlər istiqamətindəki səyləri və bir pakistanlı səlahiyyətli şəxsin təqdiredici ifadələri… (06.30)
  • Yer üzünün hər küncündə sülh adacıqları quran sevgi qəhrəmanlarının assimilyasiya olmaları mümkün deyil. Allahın inayəti ilə, onlar olduqları yerdə özlərinə görə bir pətək meydana gətirir, o ölkənin çiçəklərindən nektar  çəkib pətəklərini doldurur və rəngarəng bal növləri ortaya qoyurlar. (08.10)
  • Özünü ətalətə salmış hər kəs yenidən canlanmaq üçün hicrət etməli; imkan varsa, bir milyon insan mühacir olmalıdır!.. Mümkünsə, əl-ayağı tutan hər könüllü hicrət edə biləcəyi bir diyar tapmalı və yola düşməlidir!.. (08.43)
  • Müqəddəs Doğum proqramları təşkil edirik, ancaq layiqincə qeyd etməli olduğumuz digər bir tarixə, yəni “Müqəddəs Hicrət”ə laqeydlik edirik. Halbuki, Əshabi-kiram əfəndilərimiz insanlığın yenidən doğuşu sayılan Viladət gününü deyil, hicrət ilini təqvim başlanğıcı etmişdir. Bu təyində çox mühüm bir işarə vardır. (09.39)
  • Hicrət edin, həyata yenidən başlayın!.. Hicrət edin, ölümdən xilas olun!.. (10.25)
  • Hər kəsin hicrət etməsi mənim xəyalımdır. Hicrət, uca bir iddiaya könül vermiş insanlardan demək olar ki, bir üzrü olmayan hər kəsin də məqsədi və xəyali olmalıdır. (10.54)
  • Arzu etdiyim xüsuslardan biri də, xüsusilə iş adamlarının hicrət etmələri və getdikləri yerlərdə həm öz işlərini görmələri həm də oradakı təhsil müəssisələrinə kömək etmələridir. (13.33)
  • “Kaş ki bir milyon insan hicrət etsə!..” xahişini kəsrətdən kinayə(çoxluğu bildirmək) olaraq söylədim. Bu ədəd iki-üç milyon da ola bilər. Türkiyədə kifayət qədər düşünən baş var; bir neçə milyon insanın öz dəyərlərimiz naminə dünyaya açılması (yayılması) bir itki olmaz, əksinə həm ölkəmiz, həm də cəmiyyət üçün böyük faydası olar. (16.06)
  • Ey Habilin nəvələri!.. Yer üzü, varislərini gözləyir; hicrət edin və insanlara qol-qanad olun!.. (16.50)
  • Əgər işləri və halları imkan verirsə, uzun müddətdir Almaniya, Fransa, Hollandiya… kimi ölkələrdə olan insanlar da başqa bir yerə hicrət edə bilərlər. Heç olmasa ilin bir neçə ayını digər bir ölkədə keçirə bilər; orada bir iş qurmanın yollarını axtarmaqla yanaşı məfkurələrinin gərəyini də etməyə çalışa bilərlər. (17.05)
  • İndiki vaxtda hicrət mövzusunda tənbəllik əsla bağışlanılmazdır. (18.19)
  • Gedin!.. Gedin!.. (19.11)

Bu dosyeni yükləmək üçün sıxın

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message