Həcc, Qurban və Qürbət karvanları

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Həcc, Qurban və Qürbət karvanları

Sual: 1) Qurani-Kərimdə Zati-Üluhiyyətə, Rəsuli-Əkrəmə, zamana, məkana və əşyaya verilən andlar içində “on gecə”yə də and içildiyini görürük. Bunu necə başa düşməliyik? İmkanılıların Həccə getməklə müqəddəs diyarlarda keçirdiyi zilhiccə ayının ilk on gününü bu mübarək səfərə gedə bilməyənlər necə dəyərləndirməlidir? (00.31)

  • Qurani-Kərimdə Zati-Üluhiyyətə, Rəsuli-Əkrəmə, zamana, məkana və əşyaya verilən andlarla yanaşı “on gecə”yə də and içildiyini görürük. (01.43)
  • “Fəcr” surəsinin ikinci ayəsində and içilən “on gecə”, ümumiyyətlə, zilhiccə ayının ilk on günü olaraq qəbul edilmişdir. Allah-Təalanın bu gecələrə ayrı bir təvəccöhü, rəğbəti vardır. (08.45)
  • Həccə getməyə imkanı olmayıb həsrət çəkənlər və hər il Kəbəyə üz tutanları göz yaşları ilə yola salanlar da niyyətindəki səmimiyyət və saflıq sayəsində çox böyük lütflərə, mükafatlara məzhər ola bilərlər. (14.20)
  • Bu gün yalnız öz adına deyil, ümməti-Muhamməd üçün də həcc edəcək, o müqəddəs məkanları “Ümmət, ümmət” sədaları ilə daha da hərarətləndirəcək könüllərə ehtiyac vardır. O müqəddəs torpaqlar “Allahummə fəracən və məxracən liümməti Muhammədin” deyib ağlayan, ətrafdakılara da insanlıq üçün göz yaşı iştiyaqı aşılayan könüllərə möhtacdır. Həccə gedə bilməyənlər də eyni mülahizələrlə bu müqəddəs zaman kəsiyini bütün insanlıq adına dəyərləndirməlidirlər. (21.07)

Sual: 2) Dünənki söhbətdə “Həcc bütün ümməti-Muhamməd (sallallahu əleyhi və səlləm) naminə dəyərləndirilməlidir,” buyurdunuz. Eyni xüsus qurban ibadəti üçün də keçərlidir? Bu zaviyədən, son dövrlərdə Qurban Bayramının səfərbərliyə bənzədilməsi və səmimi fəaliyyətlərin ölkə xaricinə də yayılması haqqında düşüncələrinizi bölüşə bilərsinizmi? (24.45)

  • Qurban lüğəvi mənaya görə “yaxınlaşmaq” mənasına gəlir və Allah yolunda mal, can – hər şeyin fəda edilməsi, Allaha təslimiyyəti və Ona qarşı şükür hisləri ilə coşmağı ifadə edir. Qurban kəsmək, Kitab, sünnət və icmai-ümmətlə təsdiqlənmişdir. Qurani-Kərimdə keçən: “Rəbbin üçün namaz qıl və qurban kəs” (“Kövsər” surəsi, 108/2) məallı ayənin qurbana işarə etməsi barəsində əksər İslam alimləri müştərək fikirdədir. (25.17)
  • Allaha yaxınlaşmaq yolu olan qurban xüsusiyyətləri təyin edilmiş bir heyvanı müəyyən bir vaxtda, ibadət məqsədi ilə və üsuluna uyğun kəsmək deməkdir. Sadəcə qurban deyil, bütün ibadətlər fiqhi mənada desək, “təəbbüdi” sahəyə daxil və vəhyə görə şəkillənir. Bəli, ibadətlər “təəbbüdi”dir, yəni Allah əmr etdiyi üçün, Onun istədiyi zaman, Onun göstərdiyi şəkildə və Onun rizasını qazanmaq niyyəti ilə yerinə yetirilir ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən uzaq durulur. Məhz bu zaman etdiklərimiz ibadət olur. (32.30)
  • Həyatını Allah yoluna həsr etmiş ruhlar qurbanı Allaha yaxınlaşmağa vasitə bildikləri kimi qəlblərin bir-birinə isinməsinə də vasitə edirlər. (36.20)

Sual: 3) Bir məqalənizdə Qurban Bayramı qəhrəmanlıq, fədakarlıq, hasbilik və təslimiyyət simvoludur, deyə vurğulanır. Qurbanın “təslimiyyət simvolu” olmasını necə başa düşməliyik? (42.05)

  • Bunu başa düşmək üçün əvvəla məsələyə İbrahim Əleyhissalam kimi şəfqətli bir atanın qəlbindən yanaşmaq lazımdır. (42.55)
  • Qurbanda təslimiyyət ruhunu dərk etmək üçün ilk qurban namizədi Həzrəti İsmayıl Əleyhissalamın şəxsiyyətini də nəzərə almaq lazımdır. (43.24)
  • Vacib olmadığı halda bəzən borc pul alıb qurban kəsən möminlərin vəziyyəti də Həzrəti İbrahimin bütün həyatına hopan fədakarlıq və təslimiyyətin inikasıdır. (44.40)

Sual: 4) Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) öz qurbanı ilə yanaşı ümmətindən kasıblar üçün də qurban kəsdiyi rəvayət olunur. İmkanlı möminlərin Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) üçün də qurban kəsməsi vəfa borcu sayıla bilərmi? (45.48)

  • Peyğəmbərimiz (s.ə.s.) belə bir əmri yoxdur, lakin Allah Rəsuluna qarşı vəfa və sədaqət nişanəsi olaraq Onun üçün qurban kəsmək qadağan da deyil, əksinə səmimi niyyətlə böyük savaba səbəb də ola bilər. (46.08)
  • Bir gün imkanınız olsa, bizə Cənnət qədər qiymətli hədiyyələr bağışlayan Peyğəmbərimizə və Əshabı-Kirama qarşı laqeydlik göstərməyin; əlinizdən gəldiyi qədər, siz də onlara hədiyyələr göndərin. Bu işi görərkən də məsələni sələfi-salehinin ehtiyacına görə deyil, öz vəfa və sədaqətinizə görə edin. (47.47)
  • Hərdən bir təzimlə onları xatırlamaq Əhli-Beyt sevgisi üçün kifayətdirmi? (49.30)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message