Haqq dostları və təvəccöh

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Haqq dostları və təvəccöh

Deyilənlərə görə, Allahı təsdiq edən külli dəlillərdən biri də Haqq dostlarıdır və onları diqqətə çatdırmaq, müntəsiblərin təvəccöhünü təmin etmək Cənabi-Haqla münasibəti artırır. Bu mülahizəni göz önündə tutaraq, İbn Asakir kimi alimlər “Həzrəti Ömər və Həzrəti Əlidən bəhs etmək savabdır” demişlər. Bu baxımdan yeni nəslə dövrümüzün böyüklərindən bəhs etmənin əsasları nələrdir və bu barədə hansı yol izlənməlidir?

  • Bəzi Haqq dostlarının təmkinli, qərarlı halı və səmimi ibadəti çox təsirli bir dərsdir. Onların varlığı təmsil etdikləri məfkurənin haqq olduğuna dəlildir. (01.55)
  • İbn Asakirin Həzrəti Ömərlə Həzrəti Əli (r.a.) əfəndilərimizi bir yerdə zikr etməsi, onlardan birini sevən kimi görünüb, digərini təhqir edən iki ifrat zümrənin səhv düşüncələrinə qarşı bir təlifdir. (03.27)
  • Qurani-Kərim gəlib-getmiş əcdadımıza dua etməyimizi tövsiyə edərək, bizə onları xeyirlə yad etmə duyğusunu aşılayır: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 59/10) (06.25)
  • Həzrəti Mövlana, İmam Qazali və İmam Rəbbani kimi böyüklər öz dövrlərində çox ciddi etiraz və qısqanclıqla qarşılaşdıqları kimi, sonrakı dövrlərdə də müəyyən təbəqə tərəfindən şiddətlə tənqid edilmişdir. (08.00)
  • Həqiqi övliyanın təvəccöhü, ilahi feyzi almaq üçün nurani bir vasitədir. Bəzən bir haqq dostunun nəzərinə məzhər olmaq, onun əlini tutmaq, ya da sadəcə söhbətində olub o ab-havanı ciyərlərinə çəkmək belə xüsusi təvəccöhün sirayətinə qapı açar. İlahi feyz və bərəkət o aynalar sayəsində digər insanların ruhlarında əks etdirilir və onlar, onlara təvəccöh edənlərin inkişafına səbəb olurlar. (10.05)
  • Öz böyüklərinizdən bəhs etməyiniz və onların fəzilətlərini bir-bir saymağınız insanların rəqabət hisslərini təhrik edə bilər. Bu baxımdan, onlardan bəhs edərkən qısqanclığa səbəb olmamağa son dərəcədə diqqət etməlisiniz. (10.45)
  • Allah dostlarını qiymətləndirərkən onların elm naminə ortaya qoyduqlarına baxmaqla kifayətlənməməlisiniz, çünki elm, mərifət və Allahın bəxş etdiyi böyüklük fərqli məsələlərdir. Abdülqadir Geylani həzrətlərinin əsərlərinə baxanda açıq-aydın görünür ki, o, İmam Qazaliyə ancaq tələbə ola bilər, lakin Allahın bəxş etdiyi böyüklük çərçivəsindən baxanda, İmam Qazali Geylani Həzrətlərinin dizi dibinə oturub: "Həzrət, bir damla himmət lütf et!.." -deyəcək səviyyədədir. (14.20)
  • Qətiyyən başqalarının qısqanclıq hissini körükləməməli və həsəd duyğularını təhrik etməməliyik, yoxsa heç nədən özümüzə rəqib qazanarıq. Əlimizdən gəldiyi qədər başqa yol təqib edənlərin xeyirli fəaliyyətlərindən də bəhs etməli və hər fürsətdə onların fəzilətlərini dilə gətirməliyik. Bəli, öz dairəmizdə qabaqcıl, rəhbər sayılan insanları mütləq nəzərə çatdırmalıyıq, lakin bunun başqalarının həsədinə səbəb olmamasına da səy göstərməliyik. (15.00)
  • Cənabi-Haqqın nemət və inayəti hər an üzərimizə yağır, lakin Onun lütfü, səbəblər baxımından, Üluhiyyətinə təvəccöhü dərin olan insanlara çatır. (18.30)
  • Aidiyyət mülahizəsi (mənsub və əlaqədar olma düşüncəsi) insandakı eqoizmi bəsləyən və onu möhkəmləndirən bir amildir. (24.30)
  • İnsan, cəmiyyətdəki təmiz, böyük simaları tanıdıqca və xalis qulların übudiyətdəki dərinliklərini gördükcə ətrafına və digər müsəlmanlara daha fərqli baxır. Çox vaxt bir qardaşını, yoldaşını ya da böyüyünü düşünüb "Məfkürəmizin haqq olması üçün bu insanın bu dairədə olması kafi bir dəlildir" deyərək qəlbi tətmin olar. Hətta olduğu dairənin verdiyi ilhamla, namaz qıldığı məkandan Kəbəyə, oradan da bütün dünyaya uzanan səflərə baxıb: "Bu düşüncə, inanc və təvəccöhümdə tək deyiləm, bu qədər insan mənim kimi düşünür. Həmçinin bu dairədə elə insanlar var ki, onlarınn hər biri Dinin bir höccəti, dəlilidir. İslamın haqq olduğuna, yalan üstündə birləşməsi qeyri-mümkün olan bu insanların varlığı belə öz-özlüyündə dəlildir. Bu uca şəxsiyyətlər mənim üçün də istinaddır və onlarla eyni yolda olmağım xoşbəxtlikdir" deyib həmd-səna duyğuları ilə alışıb-yanar. (27.45)
  • Gördüyümüz mənzərələrdən istifadə etmənin ilk şərti nəzərdəki dərinlikdir. Bu cümlədən, Qurani-Kərimə axtardığınızı tapma ümid və inancı ilə baxsanız, filosof və mütəfəkkiranə nəzərlə baxanların görə bilmədiklərini müşahidə edə bilərsiniz. Siz Quranda axtardığınızı tapacağınıza inanıb, ayələrini xəzinəni göstərən işarələr kimi bir-bir izləsəniz, O da xəzinə qapısını açıq qoyaraq, sizi sirlərindən bir-bir agah edər. (30.03)

Bu dosyeni yükləmək üçün sıxın

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message