Fütüvvət Ruhu və İgidliyin Əsasları

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Fütüvvət Ruhu və İgidliyin Əsasları

Lüğəvi mənası gənclik və igidlik olan “fütüvvət” sözü sələfi-salehin tərəfindən təhəmmül, dözmə, qatlaşma, başqaları üçün yaşamaq, dost-tanışların xətalarına qarşı müsamihəli olmaq, insaflı olmaq, lakin insaf gözləməmək kimi müxtəlif mənalarla çox geniş çərçivədə izah edilmişdir. Böyüklərimizin bu izahları o dövrün və müxatəblərin ehtiyaclarına görəmi bu qədər müxtəlifdir? Dövrümüzün şərtləri baxımından fütüvvət nədir, igid kimə deyilir?

  • Başqaları üçün yaşamaq anlayışına könül vermənin və hər cür əzab-əziyyətə “of” demədən səbir etmənin ünvanı olan "fütüvvət" sözü, gənc, cavan, dəliqanlı mənasına gələn "fəta"dan törədilmişdir. Bəzən də hər cür pis əmələ baş qaldırmanın rəmzi və səmimi, ixlaslı übudiyyətin, qulluğun da əsası sayılmışdır. (01.08)
  • Həzrəti Əli (r.a.) hər halı və hər yönü ilə fütüvvətin təmsilçisi qəhrəman bir fəta idi.. və "Əli kimi igid, Zülfiqar kimi də qılınc tapılmaz" ifadəsi onu çox gözəl təsvir edir. (01.20)
  • “Kəhf” surəsində əsas başlıqlar altında rəvayət edilən bir neçə hadisə var. Həzrəti Musa ilə Yuşa b. Nunun səyahəti və Həzrəti Musanın Xızırla səfəri də bunlar arasındadır. Yuşa b. Nun nəbidir. Deyilənlərə görə, Həzrəti Musadan sonra Amelikalılara qarşı aparılan döyüşlərdə o rəhbərlik etmişdir. İnanan insanlar sadəcə zahiri elmlərlə kifayətlənməməli, qəlb və ruh dünyalarını hərəkətə keçirərək lədun, ilahi elmlərə də yiyələnməyə çalışmalıdırlar. Həzrəti Musa yanındakı gənclə bu yola girmiş və bütün gənclərə bu dərsi vermişdir. Orada insan nasutiliyi (insanla əlaqəli hər şey) tərk edib lahuti (mənəviyyat) mahiyyətə bürünər və daxilən dərinləşdikcə dərinləşər. Bu eyni zamanda, böyük bir məfkurənin məsuliyyəti altına girməyə hazır olmaq mənasına da gəlir. (03.11)
  • Tarix boyunca fütüvvət kəlməsi hansı mənalarda işlənir işlənsin, o xas mənası ilə Allahdan başqa ilah tanımamanın, dini duyğu, dini düşüncə və dini həyat üçün hər fədakarlığa hazır olmağın; batil inanc, batil anlayış və batil davranışlara qarşı baş qaldırmanın; hər yerdə və hər zaman Haqla möhkəm əlaqədə olub daim Onu hayqırmanın və üzərinə düşən vəzifəni yerinə yetirib nəticəni Allaha həvalə etmənin ünvanı olmuşdur. (09.40)
  • Müasir dövrdə fütüvvətin ən əsas yönünü "adanmışlıq ruhu (bir məfkurəyə həyatını həsr etmək anlayışı)" təşkil edir. Özünü bir məfkürəyə həsr etmiş insan Cənnətə girmə ümidini daim qəlbində, şüurunda, vicdanında yaşadar, lakin onun dünyada yeganə məqsədi var: İslamın ismətini qorumaq və iləyi-kəlimətullah vəzifəsini layiqincə yerinə yetirmək. Çünki dünyada hal-hazırda müsəlmanlıq üçün ediləsi yeganə iş budur. Bu da həyat eşqini yaşatmaq idealı uğrunda unudan insanlarla ola bilər. (13.31)
  • Bu dövrün igidləri üçün fütüvvət ruhunun önəmli bir cəhəti də fərqlilik mülahizə və düşüncəsindən uzaq olmaqdır. Onların ən böyük fərqi, fərqlilik düşüncəsinə qətiyyən girməmələridir. (17.00)
  • Bu yolda tanınma, şan-şöhrət, insanların təvəccöhü, vəzifə, rütbə kimi şeylər də imtahan səbəblərindəndir. Böyük kimi qəbul edilmə, hörmətli insan olma məsələn,         "əfəndi, müəllim, alim, pir, ustad" kimi ünvanlarla çağırılma da edilən xidmətlərin, görülən işlərin bədəli, əvəzidir. İnsan istək və iradə xaricində bunlarla qarşılaşırsa və bunlara istidraç nəzəri ilə baxırsa, zərərsiz ola bilər. Əksinə, insan hər işində təqdir və tərif umursa, başqalarının ona təzim etməsini arzulayırsa, ən çox onun sözlərinə dəyər verilməsini istəyirsə, gördüyü işlər əvəzində bu işlərin böyüklüyünə görə dəyər umursa, deməli o axirətə müflis getməklə qarşı-qarşıyadır. (20.38)
  • Həzrəti Əbu Bəkir (r.a.) buyurur ki: "Biz Əfəndimizin hüzurunda ikən başında quş oturan insan kimi, bir sözünü qaçırmamağa çalışırdıq". Bəli, səhabə əfəndilərimiz Söz Sultanının (s.ə.s.) hüzurunda danışmaq bir tərəfə, hərəkət etməkdən belə çəkinir, Onun dilindən tökülən söz incilərinin heç birini qaçırmamağa, Onun hər sözünü tam anlamağa səy göstərir və Ona qarşı daim ehtiramlı idilər. (24.15)
  • Rəsuli-Əkrəm (s.ə.s.) "Ləvlakə ləma xalaqtul-əflaqSən olmasa idin, bu aləmləri yaratmazdım!.." qüdsi hədisinin məzhəridir. Bu hədis hədis meyarları baxımından səhih olmasa da, məna baxımından həqiqətdir, çünki o "Muarrif" olmasa idi, bu aləmlərdən, bu kainat kitabından hətta Qurandan heç kim, heç nə anlamayacaqdı. Elə isə bu hədisin mənası belədir: "Ey Rəsulum! Bu kitabların oxunması da, mənalarının şərhi də sənin sayəndə oldu. Elə isə sən əlindəki Quranla hər şeyin qövli-şarehi (şərhçisi), təfsiri-vazehisən (izah edəni)." (25.57)
  • Peyğəmbər Əfəndimiz (s.ə.s.) ülvi vəzifəsinin əvəzində maddi heç nə ummadığı kimi, heç vaxt fərqlilik və üstünlük mülahizələrinə də girməmiş, təvazökarlıqdan  ayrılmamışdı, ayrılmazdı da. O onu digər insanlardan ayıran heç bir davranış nümayiş etdirməz, varlığını hiss etdirməyə çalışmaz və bir yerə girəndə özü üçün ayağa qalxılmasını belə istəməzdi. (27.00)
  • Ər-arvadın cəmiyyətdəki mövqeyi hər nə olur-olsun, onlar evində yenə də ər və arvaddırlar. İşi və mövqeyi evdəki vəzifəsinə xələl gətirməz, gətirməməlidir. Heç kəsin mövqeyi Kainatın Əfəndisi qədər yüksək, işləri Onunki qədər çox və məqamı da Onunki qədər uca deyil. O ki hər an vəhyə müxatəb idi və Cəbrayılla söhbət edirdi. Mələklər Ona boyun əyirdi, aləmin işləri Onu gözləyirdi. Lakin O (s.ə.s.) yenə də həyat yoldaşlarına ən gözəl şəkildə davranır və qətiyyən onlara kömək etməkdən çəkinmirdi.. və beləcə ümmətinə bu mövzuda ideal olanı göstərirdi. (30.07)
  • İnsanlığın İftixarının (s.ə.s.) məclisinə ilk dəfə girənlər əksəriyyətlə Peyğəmbərin kim olduğunu tanıya bilimir, ancaq səhabənin Ona qarşı hörməti ilə və ya O söhbətə başlayınca Allah Rəsulunu tanıya bilərdilər. Deməli, fütüvvətin bir yönü də insanlardan bir insan olub özünü məçhul, bilinməz, naməlum bilməkdir. (32.16)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message