Xeyirxah dost və mabeyni-hümayun

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Xeyirxah dost və mabeyni-hümayun

Fəthullah Gülən: Xeyirxah dost və mabeyni-hümayun

Möhtərəm Fəthullah Gülən Xocaəfəndi son söhbətində aşağıdakı məsələlərdən bəhs etdi:

Hamı özünə nöqsanlarını deyən bir haqpərəst dost seçsin!..

  • Hər bir mömin ilk növbədə öz zəif cəhətlərini də dərk edən bəsirətli bir dost seçməlidir ki, nöqsanlarını xatırlatsın.
  • İzmirdəki ilk illərdə ərzurumlu, həyatını sünnə yolunda getməyə həsr edən dəyərli bir dostum vardı. Gözlərinə baxanda insan Allahı xatırlayırdı. Dostuma bir gün bir təklif elədim; dedim ki: “Səhvimi görəndə de, mən də sənin səhvlərini deyim”. Beləcə doğruluqdan ayrılmamaq, Allahın bəxş etdiyi yoldan sapmamaq və səhv yollara düşməmək üçün bir-birimizə kömək etməyi düşünürdük. “Müqavilə”nin üstündən bir müddət keçmişdi. Bir gün mənə: “Bu necə namaz qılmaqdır? Səcdə insanın Allaha ən yaxın olduğu andır. Niyə səcdəni uzatmırsan?” dedi. Onunla razılaşmağımıza, üstəlik də bunun mənim ona təklif eləməyimə baxmayaraq, çox təəssüf edərək etiraf etməliyəm ki, bərk sarsıldım. Ancaq, Rəbbimə çox şükür ki, öz-özümə: “Həqiqi səbir – hadisə qarşısında – ilk anda göstərilən səbirdir. İradəli olmalıyam. O öz vəzifəsini yerinə yetirir, mən ona cavab qaytarmamalıyam. Onsuz mən bunu haq etmişdim. Buna diqqət etməli idim”, – dedim.
  • Əgər özümüzü görə bilmiriksə, hökmən səhvlərimizi bizə xatırladan, “Gözlərinə baxında görürəm ki, səndə azacıq təkəbbür var, yuxardan baxmağa başlamısan!” deyən bir dost seçək. Sözlərindən inciməyək. Çünki belə bir dost insanı ruhi-mənəvi dünyanı səliqə-səhmana salmağa sövq edər.

    Üsul və üsluba riayət edilməlidir!..

  • Xeyirxah dost xəta, nöqsanları söyləyəndə insan gərək incinməsin, ancaq o da elə bir üslubda deməlidir ki, əsk-reaksiyaya səbəb olmasın; üsuldan ötrü üslub fəda edilməz. Xəbərdarlıq mütləq edilməlidir, bu, əsasdır, ancaq mətləb elə çatdırılmalıdır ki, qarşı tərəf rənciməsin, əks-reaksiya verməsin; bu da üslubdur. Ona görə də söz deyəndə mütləq üsluba riayət edilməlidir. Qarşı tərəfin xarakterini bilməli, necə reaksiya verəcəyini müəyyənləşdirilməli və buna əsasən fərqli üslublara baş vurulmalıdır. Əks halda nöqsanlarını düzəltmək əvəzinə onarı rəncidə edib incitsək, hər şey yerlə-yeksan olar və gözləmədiyimiz nəticələrlə qarşılaşa bilərik.
  • Böyük sultanlar sözügedən xeyirxah dost tələbatını şeyxulislamlara müraciət edərək təmin etmişlər. Böyük sultan Qanuni Şeyxulislam Əbussuud Əfəndidən soruşmadan addım atmazdı. Fateh Ağşəmsəddin və Molla Xüsrəvin sözünə bənd idi. Mabeyni-hümayuna haqqı tutub qaldıran və “Hünkarım, bu doğru deyil!” deyən haqpərəstləri daxil etmişdilər.
  • Həzrəti Fatehin adələtə boyun əyməsi və Xıdır Çələbinin haqpərəstliyi

  • Böyük sultanların haqqa boyun əymələrinə dair bir hadisə rəvayət edilir: İyirmi bir yaşını təzə haqlayan Fateh Sultan Mehmet Həzrətləri Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) tərəfindən alqışlanan ulu sultandır. İstanbulun fəthindən sonra məscid tikintisini başladan sultan, memar Sinan Ətiqə sütun ədədinə dair təlimat verir. Ancaq memar təlimata əməl etmir və – Fatehin fikrincə – böyük bir memarlıq xətasına yol verir. Fateh memarın əlini kəsməyi və ya sındırmağı əmr edir. Cəza çəkən Sinan Ətiq məhkəməyə baş vurur və məhkəmə onu haqlı çıxarır. Fateh məhkəməyə çağırılır və hakim Xıdır Çələbi onun əlinin kəsilməsinə və ya sındırılmasına qərar verir. Hökmdar təmkinlə verilən qərara razılığını bildirir. Məhkəməni izləyən Sinan Ətiq dərhal məsələyə müdaxilə edir və belə bir ədaləti görüb – ailəsinin güzəranını təmin etmək şərtilə – şikayətini geri götürür. Məhkəmədən sonra Fateh sultan Xıdır Çələbinin üstünə kükrəyib: “Əgər Allahın ehkamına görə hökmü verməsə idin, bu qılıncla/toppuzla başını vurardım!” deyir. Xıdır Çələbi isə gizlətdiyi xəncəli çıxarıb: “Əgər verdiyim hökmü qəbul etməsə idin, mən sənin başını vuracaqdım!” deyə cavab verir.
  • Həzrəti Bədiüzzaman, Əllamə Həmdi Yazır və Mehmet Akif də mabeyni-hümayunun qəzəbinə tuş gəlmişdi!..

  • Ərtoğrul Düzdağ bəy deyir: “Əbdülhəmidin (cənnətməkan) başına gələn bəlaların əsas baiskarı mabeyni-hümayundu”. Dövrəsinə alan mabeyni-hümayun, yəni qələmi-məxsus müdirləri (katiblər), müşavirlər, yaltaq insanlar heç bir həqiqəti bilavasitə sultana çatmasına imkan vermirdilər. Düşünün ki, Ustad 100 il qabaq anadolunun cənub-şərqində universitet açmağı təklif edir. Bu bölgənin əsas problemi təhsil idi, yerli xalqa təhsil verilməli idi… təfriqə idi… kasıblıq idi… bütün bunları aradan qaldırmaq lazım idi. Bədiüzzaman bu təkliflə gəlmiş, mabeyni-hümayuna müraciət etmişdi. Təəssüf ki, səsi yuxarılara başqa şəkildə gedib çatmışdı… daha sonra ona dəli deyib dəlixanaya atırlar. Ustad beləliklə mabeyni-hümayunun qəzəbinə tuş gəlir.
  • Bu səbəbdən o dövrdə əksər ziyalı Əbdülhəmiddən (məkanı cənnət olsun, ona hörmətim böyükdür) incik idi. Məsələn, Əllamə Həmdi Yazırı küsdürmüşdülər, belə ki, sultanı taxtdan salanda fətva mətnini o yazmışdı. Mehmet Akif kimi bir insan deyir ki: “Nə məlunsan ki, rəhmət oxutdun ruhu-iblisə!” Mənə elə gəlir siz adi bir adama belə bunu deməzsiniz. Onları buna nə vadar etmişdi? Mabeyni-hümayun. Hər sözünə: “Əfəndim buyurduğunuz hər şey doğrudur! Verdiyiniz hər fərman doğrudur, dediyiniz hər bir söz hikmətdir. Siz qətiyən səhv etmirsiniz, əfəndim!” deyən insanlardı.
  • Məşvərət edən zərər görməz!

  • Allah Rəsulu səhabələrlə məşvərət edir, onların fikirlərini öyrənir, hər bir işi xalqa ərz edir və xalqın hissiyat, duyğu və marağını əsas götürərək bir məsələ haqqında qərar verirdi. Peyğəmbərimiz buyurur: “Qənaət edən kasıblamaz, məşvərət edən də zərər görməz, peşman olmaz”. Yəni məşvərət etməyən ziyana, zərərə düşər, qənaət etməyən də kasıblıqdan yaxa qurtara bilməz.
  • Hüdeybiyyə müqaviləsi müsəlmanların izzəti-nəfsinə bərk toxunmuşdu. Heç kimdə yerindən tərpənməyə macal qalmamışdı. Bu vaxt Allah Rəsulu ümrəyə niyyət edənlərə qurbanları kəsməyi və ehramdan çıxmağı əmr etdi. Ancaq səhabələr: “Görəsən, verilən qərarda bir dəyişiklik olacaqmı?” – deyə düşünüb gözlədi. Allah Rəsulu əmrini bir daha təkrar elədi. Lakin səhabələr yenə də ümidlə gözlədilər… Bu, əsla Allah Rəsulunun əmrlərinə qarşı çıxmaq deyildir. Onlar fərqli bir əmr gözləyirdilər, çünki Kəbəni təvaf etmək niyyəti ilə yola çıxmışdılar. Hüdeybiyyə müqaviləsinin icrasına başlamadan, bəlkə də, bir dəyişiklik etmək mümkündü. İki Cahan Sərvəri səhabələrin əhval-ruhiyyəsini hiss edib dərhal çadırına girdi və xanımı Ümmü Sələmə anamızla məsləhətləşdi. Belə yerdə danışıb fikir bildirmək lazım idi. O ağıllı və uzaqgörən qadın da fikirlərini dilə gətirməkdən çəkinmədi, amma bilirdi¬ ki, Allah Rəsulu onun məsləhətlərinə qətiyyən möhtac deyil. Rəsulullah bu məşvərət vasitəsilə bizə ictimai dərs verirdi. Yəni bu kimi hallarda qadınlarla məşvərət etməkdə heç bir qəbahət yoxdur. Ümmü Sələmə anamız Allah Rəsuluna bu sözləri dedi: “Ya Rəsulallah! Əmrini bir də təkrar etmə. Birdən yerinə yetirməz və məhv olarlar. Ancaq Sən öz qurbanlarını kəs və onlara bir şey demədən ehramdan çıx. Verdiyin əmrin qəti olduğunu başa düşüb istər-istəməz Sənə itaət edəcəklər.” Allah Rəsulu da belə düşünürdü. Dərhal bıçağını əlinə aldı, çadırından çıxaraq öz qurbanlarını kəsməyə başladı. Bir neçə qurban kəsmişdi ki, səhabələr də tərpənib qurbanlarını kəsməyə yollandı. Artıq verilən qərarın dəyişməyəcəyini anlamışdılar.
  • Fərd öxünə xeyirxah dost seçmədən, xalqın işini haqpərəst mabeyni-hümayun görmədən xətalara son qoymaq mümkünsüzdür. Ümmətin başında tərif yağdıran, “Sən yaxşısan, hamı yaman!” deyənlərin fikirlərinə baş vuran mühakiməsiz insanlar olduğu müddətdə ümmət problemlər yumağından canını qurtara bilməyəcək. Bizim həm fərdin, həm də cəmiyyətin səhvlərini xatırladıb onları düzəldən, səhv yola girməyə imkan verməyən həqiqətbin (həqiqəti görən) bələdçilərə ehtiyacımız var.

Mabeyni-hümayun: Müəllif bununla dövlət başçısı ilə xalqın arasına sədd çəkən məmurları nəzərdə tutur, -tərc.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message