“Namazlaşma”nın yolu

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » “Namazlaşma”nın yolu

Sual: Ülfət zəncirlərini qırıb namazı tam mənada duya və əda edə bilmə düşüncəsi ilə son həftələrdə zati-alinizin işarəsi ilə xütbədə bir neçə paraqraf da olsa mövzumuz namaz olur. Lakin görünən odur ki, çarə axtarılan xəstəlik ümumidir. Bütün möminlərin namazı namaz kimi duyaraq qıla bilməsi üçün nələr tövsiyə edərdiniz?

  • Əslində namaz kimi digər ibadətlər də şüurlu şəkildə əda edilməli, yerinə yetirilməlidir. (01:30)
  • Digər ibadətlərdən fərqli olaraq namaz gündə beş dəfə fərz qılınmışdır. Demək ki, bizim (ruhən) canlı qalmağımız üçün gündə beş dəfə Onun qapısına baş çəkməyimiz lazımdır ki, Cənabi-Haqq bunu vacib buyurmuşdur. (02:30)
  • Namazın İsrail oğullarına əlli vaxt fərz qılınmasının hikmətləri… (03:00)
  • “Salət” sözünün mənaları… (03:40)
  • Ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) xüsusiyyətinə binaən, Peyğəmbərimizin xüsusiyyətini və kölgəsini daşıdığına binaən bu ümmətə beş vaxt namaz kifayət görülmüşdür. (04:10)
  • Süleyman Çələbinin yazdığı mövludnaməsində bu mövzuya təmas etməsi… (04:45)
  • Ustad Həzrətlərinin 9-cu sözdə namaz vaxtlarına yanaşma tərzi… (05:15)
  • Namaz sözügedən mənaları verməyinə verir, amma ondan (layiqincə) istifadə etmək ilk növbədə “imani-nəzər”dən (bir iş haqda diqqətlə düşünmək; incələmək, tədqiq etmək) asılıdır. (06:00)
  • Niyyətlə başlanan bu “imani-nəzər”i namazın bütün rüknlərinə hopdurub ən sonda da təhiyyatla taclandırmaq lazımdır… (06:45)
  • Meracda dilə gətirilən sözlərin tərcümanı – Təhiyyat… (07:15)
  • Namaz ona xas müstəvidə, ona xas mehvərdə əda edildiyi zaman təbiətiniz sizi, sanki, cəbrən, amma əslində cəbri-lütfi ilə merac zirvəsinə yüksəldər. Bu, namazı başdan axıra qədər hiss etməkdən, namazın mahiyyətinə nüfuz etməkdən, “namazlaşmaq”dan asılıdır. (09:30)
  • “Namazlaşma” da ilk növbədə həqiqi imanı əldə etməkdən, nəzəri imandan keçib əməli imanda dərinləşməkdən asılıdır. (10:40)
  • kinci bir məsələ: bu cür məsələləri tez-tez dilə gətirmək, xatırlatmaq lazımdır. Oturub-durduğumuz hər yerdə mövzumuz, sözümüz-söhbətimiz söhbəti-Canan olmalıdır. Bu cür müzakirələr həyatımızın hər anını ibadətə çevirə bilər. (12:40)
  • Dünyəvi işlərdə insanın münasib damarından istifadə edildiyi kimi, hər işimizdə də bir damar tapıb söhbəti-canana keçməliyik. Tez-tez söhbəti-canan olsa, zənnimcə, ruhlar öz canlılığını müəyyən səviyyədə qoruya bilər. Və məhz bu canlı ruhlar hiss ediləsi şeyləri hiss edərlər. (13:50)
  • “Namazlaşma”nın bir başqa yolu da böyüklərin söhbət məclislərinə qatılmaqdır. Bizim nəslimiz belə böyükləri də görə bilmədi. Biz məhrumiyyət dövrünün “fəlakətzadə” nəsilləriyik. (16:15)
  • “Namazlaşma”nın bir yolu da İmam Qəzali və Bədiüzzaman Həzrətləri kimi böyüklərin namazla bağlı yazılarını xütbələrdə oxumaqdır. (19:00)
  • Xütbədə bir də bir dinləmə məsələsi var. İnsanlardan tələb də gəlmir. Çox ciddi mənada laqeydlik var. İnsanların xütbənin fərz olmasından xəbəri yoxdur… (19:50)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message