Əmək və himmət

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Əmək və himmət

Sual: 1) Bu Fəaliyyətə könül vermiş bir insanını iş (əmək) anlayışı necə olmalıdır? İşin müəyyən edilməsi və dəyərləndirilməsi mövzusunda Fəaliyyətə məxsus müəssisələrdə keçirilən vaxtla görülən işin keyfiyyəti hansı meyarla ölçülməlidir, necə nəzarətdə saxlanılmalıdır? Fədakarlığın işlə bağlı yönü haqda mülahizələrinizi bizimlə bölüşə bilərsinizmi?

  • Bir mənası təvəccöh etmək və yönəlmək, digər mənası köməyə tələsmək və əl uzatmaq, bir mənası da cəhd göstərmək və çalışmaq olan “himmət” sözü bu gün tez-tez infaq etmək və xeyir işlər görmək mənasında istifadə edilir. Əslində, Cənabi-Haqqa təvəccöhün bir ünvanı sayılan və Allah rizasına çatmağın bir pilləsi hesab edilən xeyirli fəaliyyətlərin cəminə “himmət” demək olar. Bu baxımdan da, mal, pul, elm, əməl, səhhət, zəka… Cənabi-Allahın lütf etdiyi hər cür ruzidən infaq etmək və bu şəkildə dinə və millətə xidmət etmək himmətdir. Dolayısilə, insanın vaxtını Haqq yolunda sərf etməsi və işini bu düşüncə ilə görməsi onun himmət duyğusu ilə sıx bağlıdır. (01:01)
  • Həm himmət etməkdə, həm də əməyin tənzimində insan təbiəti də nəzərə alınmalı. İnsan olduğumuzu, ailə məsuliyyətlərimizi, ailənin dolanışığı, öhdəmizə götürdüyümüz yükün ağırlığı kimi xüsuslara da diqqət etməli və bütün bunları dinin mahiyyətindəki “yüsr” (asanlıq) prinsipi ilə əsaslandırmalıyıq. (02:10)
  • İslamiyyət “yüsr” əsası üstünə bina edilmişdir, insan fitrətini və xarakterini nəzərə almadan onu ağırlaşdırmaq, çətinləşdirmək dinin ruhuna zidd hərəkət etmək deməkdir. Çünki asanlıq və müsamihə təməlləri üstündə bina edilən bu dini çətinləşdirməmək və ona qarşı nifrət oyatmamaq, əksinə onun həyat üçün əlverişli olduğunu göstərmək və sevdirmək Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) əmridir. Beləliklə də, hər bir insanın xüsusiyyətləri diqqətlə nəzərdən keçirməli; kimə, harada və nə qədər iş və ya himmət təklif edilməsi yaxşı təyin olunmalıdır. (03:44)
  • İnsan hər bir işi öhdəsinə götürərkən və nafilə ibadətə başlayarkən bunları axıra qədər yerinə yetirəcəyini dəqiq müəyyənləşdirməlidir. Məsələn, Abdullah ibn Amr ibn As həzrətləri hər gün oruc tutmaq və səhərə qədər namaz qılmaq istəyir, ibadətlə məşğul olduğu vaxtlarda da ailəsinə kifayət qədər baxa bilmirdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona hər kəsin haqqına riayət etməyi, ailəni yaddan çıxarmamağı öhdəsinə yalnız mütəmadi yerinə yetirə biləcəyi bir məsuliyyət götürməyi tövsiyə etmişdir. (06:23)
  • Əsri-Səadətdə hər kəs imanın dərinliyinə, İslami həyəcanının böyüklüyünə və mərifətinin ənginliyinə görə bir yol seçir, kimi malın qırxda birini, kimi də yarısını Allah yolunda verirdi. Həzrəti Əbu Bəkir kimi səxavət qəhrəmanları isə “Mövlayi-Mütəal infaqı əmr etdi, lakin hədd qoymadı, demək mən hər şeyimi Ona fəda etməliyəm!” deyib varını-yoxunu infaq edirdi. Bu anlayış onların böyüklüyünə çox yaraşırdı və hər kəsə deyil, yalnız özlərinə xas idi. Dolayısilə, normal insanları zorla “subyektiv mükəlləfiyyət”ə yönəltmək ona “təklifi-şaqq”[1] yükləmək deməkdir və “Asanlaşdırın, çətinləşdirməyin…” həqiqətinə ziddir. (09:43)
  • Mömin hər an hərəkətdə olmalıdır. O, işini elə tənzimləməlidir ki, boş vaxt qalmasın. Hərçənd bəşər övladıdır istirahətə ehtiyacı olanda istirahət edəcək, ancaq bu istirahət də aktiv istirahət olmalıdır. Məsələn, oxuma-yazma işindən beyni yorulan başını atıb yata da bilər, başqa bir işlə məşğul ola da bilər; Quran oxuya bilər, namaz qıla bilər. Xülasə, yeri gələndə bir işdən başqa işə keçmək və beləcə “işləyərək dincəlmək, dincələrək işləmək” prinsipinə görə hərəkət etmək möminin şüarıdır. (10:50)
  • İnsanlardan zorla fədakarlıq tələb etmək olmaz. İnsanları buna təşviq etmək olar, lakin zorla fədakarlıq olmaz; onu insanın vicdanına, könülünə və iradəsinə həvalə etmək lazımdır. Necə ki, ilk dəfə himmətə dəvət ediləndə az miqdar pulu çətinliklə verən bəzi insanlar tədricən Cənabi-Haqqın bəxş etdiyi malı Onun yolunda sevə-sevə verən, hətta infaqdan doymayan “infaq ərənləri”nə çevrildilər. (12:15)
  • Qurani-Kərim israf edənləri, əlində olanı göyə sovuranları “şeytanın qardaşları” adlandırır. Çünki bədxərc insanlar nankorluq edərək, həddini aşaraq İblisə yoldaş, şeytana qardaş olurlar. Buna müqabil mələklərə qardaş və ruhanilərə yoldaş olan insanlar da var. Bu fədakar ruhlar sayəsində bu gün dünyanın müxtəlif ölkələrində məktəblər və müəssisələr açılır. (15:45)
  • Fəaliyyətin müəssisələrində keçirilən vaxt, əlbəttə ki, əhəmiyyətlidir, lakin “adanmış ruh” öhdəsinə götürdüyü vəzifəni ən gözəl şəkildə yerinə yetirmək üçün yeri gəlsə, gecə-gündüz işləyən, o işin içində əriyən, faniləşən, oturub-durub tapşırılan işə xələl gəlməsin deyə var-gücü ilə çalışan abidə şəxsiyyətdir. (19:29)

Sual: 2) Əsərlərdə toplumun inkişaf və hüzurunun “işlərin tənzimi”, “əmniyyətin təsisi” və “təavün (yardımlaşma) düsturunun təshili (sadələşdirilməsi)”ndən asılı olmasından bəhs edilir; bunun da ancaq dinin qüdsi əmrləri, təqva və dində mətanətlə həyata keçiriləcəyi bildirilir. Xüsusilə, iş məsələsində təqva və dində mətanətin yerini izah edə bilərsinizmi? (22:00)

  • Müəssisələrdə çalışanlar iş vaxtının düzgün tənzimindən vəzifənin layiqli şəkildə görülüb-görülməməsinə qədər bəzi məsələlərə görə cavabdehdir, axirətdə buna görə hesaba çəkiləcək. Dolayısilə, dinin əmrlərinə, qadağalarına riayətdə həssas olmaq, mükafatdan məhrumiyyətə, və ya cəzaya səbəb olan əməllərdən ictinab etmək təqvanın bir cəhətini təşkil edir. Həmçinin təkvini əmrlərə riayət etmək, yəni Allahın kainatda qoyduğu qanunlara əməl etmək də təqvanın əvəzolunmaz meyarıdır. Bu baxımdan məsuliyyət daşıdığımız məsələlər barədə əvvəlcədən fikir yürüdüb həll yolları axtarmaq da təqva anlayışımızın tələbidir. (22:33)
  • Möminin həyatı həmişə ahəngli olmalıdır. O, nə vaxt nə etməli, nə ilə məşğul olmalı… – bütün bunları əvvəlcədən müəyyən etməli və buna görə hərəkət etməlidir. O, həm Cənabi-Haqqa olan qulluq vəzifəsini, həm insanlarla bağlı məsuliyyətini, həm də şəxsi işlərini, hansını nə vaxt edəcəyini planlaşdırmalı, hər cəhətdən nizam-intizam nümunəsi olmalıdır. Zaman tənzimini və iş bölgüsünü düzgün aparmalı, vaxtını boş keçirməməyə çalışmalıdır. (25:09)
  • Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) fətanətinin bir göstəricisi də hansı işi kimin görə biləcəyini çox yaxşı bilməsi və tapşırdığı işi daha sonra dəyişdirmək məcburiyyətində qalmamasıdır. Möminlər də öz aralarında iş bölgüsünə diqqət etməli, kim hansı işdə müvəffəq olacaqsa, onu orada istehdam etməlidirlər. (26:30)
  • Quran təavün və təsanüdə (yardımlaşma və həmrəylik) böyük əhəmiyyət verərək Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun..” (“Maidə” surəsi, 5/2) buyurmaqdadır. Bəli, möminlər saleh əməldə və təqvada bir-birinə yardım etməli və həmrəy olaraq dini yaşamağa çalışmalıdır. (30:25)
  • İstər dövlət müəssisəsində, istər də özəl şirkətlərdə, ya da Fəaliyyətə aid müəssisələrdə iş vaxtlarına mütləq riayət edilməlidir. Bir iclasa belə təyin edilən vaxtda getməmək əhdə vəfasızlıq və vədə xilaf mənasına gəlir; bunun Allah qatında məsuliyyəti var. (33:06)
  • İclas və tədbirlərin səmərəli keçməsi üçün mövzular əvvəlcədən müəyyənləşdirilməli və toplantı sözügedən mövzular çərçivəsində keçirilməlidir. Çünki mövzuları hazırlıqsız müzakirə etsəniz, mövzudan kənara çıxar, söhbəti uzadar və məsələyə hissiyyatı qarışdırarsınız. Beləliklə, prinsipial fəaliyyətin könüllüləri hər şeydə nizam-intizama diqqət etdikləri kimi, vaxtın səmərəli istifadəsinə də çox diqqət yetirməli, iclaslarda, hətta telefonda da söz israfına yol verməməyə çalışmalıdırlar. (35:55)

[1] Çox zəhmət tələb edən iş, çətin vəzifə

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message