Adanmış Ruhları Gözləyən Təhlükələr

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Adanmış Ruhları Gözləyən Təhlükələr

Sual: Allahın inayət və sövqü ilə bu gün dünyanın dörd bir tərəfinə yayılan Könüllülər Fəaliyyəti səbəblər baxımından, yeni ailə qurduğu yoldaşını, ağlayan övladını, ev-eşiyini, maddi-mənəvi füyüzat hislərini fəda edən adanmışların səyləri ilə boy atıb böyüdü. “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.” (“Ali-İmran” surəsi, 3/14) ayeyi-kərimədə keçən xüsuslar bir mənada xidmətin təməli olan adanmışlıq məfkurəsi üçün təhlükəli sayıla bilərmi? Bu təhlükələrdən necə qorunmaq olar?

  • İnsanlar bütün xidmətləri tək şəxsə aid edərək ictihad xətasına yol verirlər. Bu adət əhli-dünyada da var. Anadolu insanının səyi nəticəsində meydana gələn bu xidməti nə bir şəxsə, nə bir heyətə, nə də bir qrupa istinad etmək qətiyyən doğru deyil. Bunu lazımınca tənbeh etmək lazımdır. (02:00)
  • Sizin böyük gördüyünüz bəzi insanlara qarşı əhli dünya da düşmənçilik hissi bəsləyir. Millətə aid olan bir məsələni müəyyən şəxslərə istinad edəndə həmin şəxs haqda insanlar başqa cür fikirləşməyə başlayırlar. Heç kimi bu cür günahlara salmamaq lazımdır. (04:30)
  • Bir vaxtı var imiş bu işin, vaxtı gəlincə Allah Anadolu insanına bir daha dünyaya səs salma imkanını bəxş etdi. (05:30)
  • “Maddi qılıncın qınına girdiyi” bu dövrdə bu məsələ tamamən irşaddan asılıdır. Biz irşada bu tərifi veririk: İnsan qəlbi ilə Allah arasında olan maneələri aradan qaldırıb Allahla qəlbləri görüşdürmək. (06:00)
  • Mən edilən fədakarlığın dərəcəsini bilə bilmərəm onu alqışlamaya bilmərəm. Buna laqeyd qalmaq olmaz. Lakin minnət Allahadır… (07:00)
  • Dostların qəlbinə fədakarlıq hissini, adanmışlıq ruhunu nəqş edən, onları dünyanın müxtəlif ölkələrinə göndərən Allah oralardakı insanların qəlbində də sevgi çırağı yandırır. (07:30)
  • Nilüfər Gölə Xanım tədqiqat işində bu Fəaliyyətin əsas hərəkətverici qüvvəsinin “adanmışlıq ruhu” olduğunu göstərir. (08:40)
  • O fədakarlar da insandır. Ayədə keçən bu xüsusları onlara da şamil etmək olar. Amma onlar bu arzulardan da keçdilər. (10:00)
  • Bu fədakarlığı ortaya qoyan insanlar bu işi bəzən axıra qədər davam etdirməyə bilərlər. Müxtəlif yerlərə hicrət etmiş olsalar da, bir yerdə şəhvət hissinə qapıla bilərlər. (12:30)
  • Hz. Pir “Hucumatı-Sittə” ifadəsi ilə bu məsələdən bəhs edir. O, öz dövrünün ən amansız “virus”larına diqqət çəkmişdir. (14:00)
  • Haqq Təala bir əmanəti çiynimizə yükləyibsə, canımızı dişimizə tutub bu əmanətə xəyanət etməməliyik. “Allah əmanətini alacağı günə qədər bizi əmanətdə əmin etsin”. (15:20)
  • Heç kim aqibətindən arxayın olmamalı. Ümidsizlik küfr olduğu kimi, belə bir arxayınlıq da küfrdür. (17:00)
  • Əsvəd b. Yezid ən-Nəhai və aqibət əndişəsi… (17:40)
  • “Şeytan bu xidmətin xadimləri ilə çox məşğul olur”. Bir mənqibə… (19:00)
  • Əbulleys Səmərqəndi “Tənbihü’l-Ğafilin” adlı kitabında Peyğəmbərimizlə (sallallahu əleyhi vəsəlləm) Şeytanın qarşılaşmasından bəhs edir. (20:30)
  • İnsanlığın iftixarı Peyğəmbərimiz (s.ə.s.) bütün bəşəriyyətin ruh abidəsini ucaldan bir şəxsdir və şeytan ən çox ona düşmənidir. (21:20)
  • Dünyanın müxtəlif yerlərinə hicrət edən bu adanmış ruhlar da unutmamalı ki, ixlasın zirvəsinə çatsalar da, şeytan badalaq atıb onu yıxa bilər, Allah qorusun. (23:00)
  • Günahlar nəticəsində lətifələrin (qəlbə xas hislərin, duyğuların) ölməsi… (23:30)
  • Həmişə keçdiyimiz, keçəcəyimiz yollarda şeytanla, nəfsi-əmməyərə ilə üzləşəcəyik. Getdiyimiz yol İslamın geniş yolu da olsa, sağda-solda o qədər cığır var ki, bir tərəfdən nəfs, bir tərəfdən şeytan bir tərəfdən həva və həvəs badalaq ata bilər, sizi yıxa bilər. İnsan o qədər məsafə qət etdikdən sonra çox kiçik bir şeyə ilişərək yolunu aza bilər. (26:00)
  • Xidmətin iffəti, isməti və xalqın sizə olan hüsnü-rəğbəti, etibarı və bunların davamiyyəti çox mühümdür. Artıq hər birimizin hüququ ümumi hüquqa çevrilmişdir. Allah mənimlə sizi, sizinlə də məni utandırmasın. (28:00)
  • Qübbədəki daşlar kimi olmalı və heç kimin yıxılmasına imkan verməməliyik. (30:30)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message