Cəmiyyətdə plüralizm və ailədə bərabərlik

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Cəmiyyətdə plüralizm və ailədə bərabərlik

Sual: Plüralizm qloballaşan dünyada mühüm bir dəyər kimi qəbul edilən və tez-tez gündəmə gələn mövzudur. İnanan insanların ictimai həyatında plüralizm hansı rola malikdir? Relyativizm fəlsəfəsinə sapmadan plüralizm anlayışımız necə olmalıdır?

  • Plüralizm[1] İslamiyyətin ilk dövrlərində “isimsiz bir müsəmma”[2] kimi bilavasitə ictimai həyatda olmuş; insanların hissiyyat, mülahizə və düşüncələri hörmətlə qarşılanmışdır. (01:05)
  • Müsəlman ölkələrində plüralizmə gəlincə, müxtəlif mövzularda fikir və müzakirənin ölçüsü və məhək daşı bunlardır: “Ədilleyi-şəriyyeyi-əsliyə”, yəni Kitab, Sünnə, icma, müqayisə və bunları tamamlayan “ədilleyi şəriyyeyi-taliyə” – adət və ənənələr… (02:20)
  • Ən ideal cəmiyyətdə belə mütləq vəhdət mümkün deyil. Orada da müxtəlif fikir, düşüncə və fəaliyyətlərə rast gəlmək mümkündür. Böyük dövlət xadimi və əngin düşüncəli Hz. Ömərdən Əbu Zərr həzrətlərinə, Hz. Əbu Bəkirdən Hz. Bilali-Həbəşiyə qədər fərqli düşünən insanlar olmuşdur. Eyni “mənhəlul-əzbil-məvrud”dan[3] istifadə etmə, eyni qaynağa baş vurma, eyni mənəvi qidanı qəbul etmə və eyni hədəfə getmə baxımından şərhləri müəyyən ölçüdə yaxın olsa da, bir-birilərindən fərqlənmələri danılmaz həqiqətdir. Məhz bu, bir mənada təbii plüralizmdir. Ancaq o dövrdə buna plüralizm kimi baxmamışlar. Biz buna “isimsiz plüralizm müsəmması” adını verə bilərik. (03:20)
  • Öz daxilimizdə təbii bir plüralizmin mövcudluğunu qəbul edib bunu Allahın bir lütfü saymalıyıq. Bununla yanaşı, hər məsələni “ədilleyi-şəriyyeyi-əsliyyə” qəlibinə salaraq, onun meyar süzgəcindən keçirib şəksiz bir həqiqət olub-olmadığını da müəyyənləşdirməliyik. Ancaq hiss, idrak, şərh müxtəlifliyi nisbətində bəzi məqbul fərqlərin də ola biləcəyini nəzərdən qaçırmamalıyıq. (05:10)
  • Hədisdə, “Cənnətin göbəyinə alaçığını qurmaq istəyənlər camaatı seçsin, cəmiyyətdə yaşamağa çalışsın və ayrılmasınlar” buyurulur. Bəli, insanın hissiyyatına, anlayış, istedad, düşüncə və yetişdiyi mədəniyyətdən asılı olmayaraq müsəlman cəmiyyətdə, insanların arasında sadə bir insan kimi ömür sürməyə çalışması bir mənada ibadətdir. (07:05)
  • Qloballaşan dünyada plüralist olmaq məsələsinə gəlincə: Bizimlə eyni qaynaqdan istifadə edən insanların fərqli düşüncə, mülahizə, fikirində ortaq məxrəcə gələ bilərik. Ancaq dünyaya açılınca tamam fərqli inanc, düşüncə və mədəniyyətə mənsub insanlarla qarşı-qarşıya gələcəyik. Bu zaman qətiyyən güzəştə gedilməməli və kimliyin aşınmasına imkan verilməməlidir. Belə bir vəziyyətdə əlaqəmiz iki yöndə inkişaf etməlidir: Onları bəzi düşüncələri ilə birlikdə qəbul etməli, bəzi düşüncələrinə qarşı da etiraz sərhədləri və müxalif şərhləri qoymalıyıq. Onlar da bizə qarşı müxalif şərhlər qoya bilərlər. Çox vaxt bu fərqləri əvvəlcədən önə çəkməmək surətilə onlarla əlaqələrimizi davam etdirə bilərik. “Var” olanları (daha sonra dilə gətirmək şərtilə) müvəqqəti “yox” kimi qəbul edə bilərik.

    Əlaqələrin bir istiqaməti də – Cənabi-Haqqın insana insan olduğu üçün ətf etdiyi dəyər nöqteyi-nəzərindən münasibət qurmadır. (10:45)

  • Əgər biz də bir ovuc həvari kimi sürətlə dünyaya yayıla bilsə idik, o ilk müsəlmanlar kimi Quran əqliliyini, məntiqiliyini qoruyub saxlamaq şərtilə dünyanın hər tərəfinə köç edə bilsə idik, hazırda dünyanın müxtəlif yerlərində dəyərlərimizin daha düzgün anlaşılmasına səbəb olardıq. (13:20)
  • İnsanlarla harada necə rəftar etməli, necə qarşılamalı, onlara necə qucaq açmalı və s. kimi məsələlərin həlli dövrə görə fərqlənir. Dəyərlərimizdən keçmədən, kimliyimizi güzəştə getmədən, aşınmadan insanlara insan olduğu üçün dəyər vermək, fərqliliyi danılmaz bir həqiqət kimi qəbul etmək, bir az realist və rasional hərəkət edərək, Allahın izni və inayəti ilə, qloballaşan dünyada vəzifələrimizi layiqincə yerinə yetirmiş olarıq. (14:10)
  • Buna da diqqət etməliyik: Digər insanların da düşüncə dünyamıza qatqısı ola bilər. Buna görə də qloballaşmadan maksimum dərəcədə istifadə etməli; bəzi məsələlərdə israr etməməli; əks-reaksiyaya səbəb olacaq davranışlardan uzaq durmalı; inancımızı və düşüncəmizi onları narahat etməyəcək və üslubuna uyğun şəkildə çatdırmalıyıq. (17:13)
  • Öz dünyamızda çətinliklərlə üzləşməyə bilərik. Lakin başqa dünyalara gəlincə, İslamiyyətin ümum­bə­şə­ri­liyinə sığınmalıyıq. Bizim istifadə etdiyimiz, ya da bizə gəlib çatan təməl prinsiplərin ruhunda məhz bu ümu­mbəşərilik var. Ancaq bəzən mühit onların inkişafına mane olur. Dünyaya açılarkən zərurət və eh­ti­yac­lar bu istiqamətdə inkişafımıza səbəb olacaqdır. Bu mövzuda dayazlıq İslamiyyətin ümumbəşərili ilə bağlı de­yil,­ boya-başa çatdığımız, yetişdiyimiz mühitin verdiyi, ya da zorla mənimsətdiyi dayazlıqdan qaynaqlanır. Qay­naq­la­rı­mı­zı təkrar gözdən keçirmək, yeni tanış olduğumuz insanlara qarşı ümumi davranışlarımızı təkrar ni­zam­la­maq­ ümumbəşərilik üçün vacib əsaslardır. Başqa sözlə, mahiyyətimizdə nüvə şəklində olan “ümum­bə­şə­ri­lik”­ imani bir nəzərlə, fikir cəhdi ilə və qaynaqlarımızı yenidən nəzərdən keçirmə əzmi ilə inkişaf edəcək. (22:07)

Sual: Xüsusilə, qadınlar ailə həyatı ilə karyera arasındakı tarazlığı necə qurmalıdır? Müxtəlif univer­si­tet­lər­ə qəbul olan uşaqlı-uşaqsız anaların ali təhsilini davam etdirmək üçün ayrı-ayrı yerlərdə yaşaması düzgündürmü? Uşağın ana-ata üzərindəki haqqı nöqteyi-nəzərindən də məsələyə baxılsa, bu mövzuda siz nə tövsiyə edirsiniz? (25:44)

  • Həyatın müəyyən dövrlərində ana-atasını tərk edən uşaqlar, kim bilir, bəlkə, müəyyən bir dövrdə tənhalığa məhkum edilmiş uşaqlardır. (27:10)
  • Tarix boyu bizim mədəniyyətimizdə qadın daha çox övladlarını böyütməklə məşğul olmuşdur. Bu “qadın işləyə bilməz” mənasına gəlmir. İstər Səadət-Əsrinə (döyüşlərdə iştirak edərək), istər Əməvi, istər Abbasi, istər Osmanlı dövrünə (saraydakı qadınlar belə, çox böyük işlərə görmüşlər) nəzər yetirsək, qadının ictimai həyatın içində olduğunu görərik… Qadının ictimai həyatın içində olma məsələsinə mənfi baxılmamalıdır. Lakin o, eyni zamanda inandığı dinin qaydalarına ictimai həyatda da riayət etməlidir. (28:20)
  • İşlədiyi yerin mühiti uyğunsa və işi dinin təməl prinsiplərinə zidd deyilsə, qadının işləməsində heç bir qəbahət yoxdur. “İş saatının tənzimi”nə, “işin bölüşdürülməsi”nə və cəmiyyətin əsası olan ailənin ər-arvad arasında “yardımlaşma düsturunun sadələşdirilməsin”ə ehtiyac vardır. (29:30)
  • Ər-arvadın razılığı, ailə müqaviləsi və müəyyən prinsiplərlə ailəvi məsuliyyətləri ehmal etməmək və uşaqların hüququna da riayət etmək şərtilə, qadın da inancı üçün əlverişli olan bir zəmində işləyə bilər. (32:15)
  • İnsan çoxmeyilli varlıqdır. Bu da bir həqiqətdir ki, onun bir çox zəif yönləri var. O, əli ayağı, gözü qulağı, dili dodağı, ağlı və xəyalı ilə çirkaba girməyə elə meyillidir ki, “Üsyan dəryasına yelkən açmışam / Kənara çıxmağa qoymur məni” beytində deyildiyi kimi, (Allah qorusun) diqqətli yaşamasa, iffətdən uzaqlaşar və bir daha geri dönə bilməz. Bu həm qadın, həm kişi üçün keçərlidir. Rica edirəm, reallıqları görməzlikdən gəlməyək. Real əsaslı iffətə görə hərəkət edək və xəyali iffətə görə hökm verməyək. (35:05)


[1] Fəlsəfə, din və siyasi sahələrdəki müxtəlif təmayüllərin sülh və əmin-amanlıq içində yaşamasını müdafiə edən görüş.

[2] Adsız məfhum

[3] Saf, təmiz su mənbəyi

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message