Camelərimiz və Məscidi-Dirar

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Camelərimiz və Məscidi-Dirar

Sual-1) Səadət əsrində came hansı funksiyanı yerinə yetirirdi? Hazırkı şəraitdə camelərimizin həm arxitektura, həm də ictimai həyatda yeri baxımından Səadət əsrindəki ruhla yenidən canlanması, formalaşması hansı xüsuslarla bağlıdır?

  • “Came” toplayan, cəm edən və əhatə edən mənasına gəlir. “Məscid” kəlməsinin mənası isə “səcdə edilən yer”dir. Ancaq çox vaxt namaz qılınan, ibadət edilən yer mənasında “came” sözünün əvəzində işlədilir. (00:51)
  • Qulun Allahu-Təalaya ən yaxın olduğu hal səcdə halətidir. “Baş-ayaq eyni yerdə, öpər alını səccadə / Budur insanı yaxınlığa aparan caddə (yol)..!” (02:22)
  • Kökü “səccadə” olan “məscid”in əsas vəzifəsi ibadətdir. İslamda ibadət anlayışı isə çox geniş və əhatəlidir. Namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək ibadətin nəslərlə formalaşmış, şəkillənmiş nümunələridir, lakin ibadət yalnız bunlardan ibarət deyil. Bu zaviyədən “məscid” ibadət naminə hər niyyət və davranışın sərgiləndiyi məkandır və onun vəzifəsi bu anlayışa görə, geniş əhatə dairəsinə malikdir. Etiqaf bir yerə çəkilib qəlbi və ruhi həyatın dərəcələrinə yüksəlmək üçün ibadətdə dərinləşməkdir. Bu ibadətin məkanı da məsciddir. Hətta Səadət əsrində qadınlar da etiqafa çəkilərdilər. (03:00)
  • Səadət əsrində məscid həm zikirxana, həm də məktəb vəzifəsini yerinə yetirirdi. Əshabi-kiram məsciddə zikr və elm məclisləri qurur; bir tərəfdə Mövlayi-Mütəalı (Allahı) zikr edir, digər tərəfdə də oxuma-yazma, Quran, elmihal və hədis öyrənirdi. (05:33)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əshabi-kiramla məsciddə söhbət edərkən içəri üç adam girir. Biri səhabələr arasında yer tapıb əyləşir. Digəri səhabələrlə oturmasa da, camaatın arxasında bir yer tapıb oturur. Üçüncü şəxs isə məsciddən çıxıb gedir. Səhabələrinə nəsihət edən Rəhbəri-Əkməl söhbətini qurtarıb belə buyurur: “Bu üç adamın halətini sizə xəbər verim? Biri Allaha sığındı, Allah-Təala da onu ilahi himayəsinə götürdü. Digəri (yoldaşlarını çətin vəziyyətə salmaqdan) utandı, Allah da ondan (ona əzab verməkdən şanına layiq şəkildə) həya etdi. O biri isə (məclisdən) üz çevirdi, Allah da ondan (Zatına xas şəkildə) üz çevirdi”. (09:27)
  • dövrdə məscid ibadətgah olmaqla yanaşı, hər bir ictimai fəaliyyətin mərkəzi idi. Məscidi-Nəbəvi həmçinin dövlətin idarəetmə mərkəzi rolunu oynayırdı. Elçilər burada qarşılanır, bəzən də orada qonaq edilirdi. Allah Rəsulu (əleyhissalatu vəssalam) müasir ifadə ilə diplomatik görüşləri də məsciddə keçirirdi. Gələn elçilərlə Məscidi-Nəbəvinin “üstüvanətul-vüfud səfirlər sütunu” adlı yerində görüşürdü. Məsələn, Nəcranlılar Peyğəmbərimizin həqiqətən peyğəmbər olub-olmadığını öyrənmək üçün altmış nəfərlik heyətlə Mədinəyə gəlmiş, Allah Rəsulu ilə görüşmək üçün məscidə girmişdilər. İbadət vaxtı gələndə də Məscidi-Nəbəvidə ibadət etmək istəmişdilər. Bəzi səhabələr buna mane olmaq istəsə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlara sərbəst ibadət üçün izin vermişdir. Xülasə, keşişlərin də olduğu Nəcran heyəti Məscidi-Nəbəvidə şərqə yönəlib rahat şəkildə ibadət etmişdilər. (11:13)
  • Camelərimiz, əslində, qadınlar üçün də rahat ibadət və hüzuri-qəlblə Cənabi-Haqqa yönəlmə yeridir. Təəssüf ki, onlar uzun müddət camelərin o nurlu ab-havasından məhrum edilmişdir ki bu, camenin vəhəditi baxımından naqislikdir. Müasir dövrdə məscidlərdə qadınların da rahat dəstəmaz ala biləcəkləri, hətta etikaf edə biləcəkləri yerlər hazırlanmalıdır. (14:55)

Sual-2) Funksiyasını yerinə yetirə bilməyən məscidlərin fitnə və təfriqə üçün tikilən “Məscidi-Dirar” “məscidinə” çevrilmə ehtimalı varmı? Məscidi-Dirar o dövrdə nifaq (münafiq) yuvasına verilən xüsusi addır, yoxsa hər dövrdə “Məscidi-Dirar”lar zühur edə bilər? (17:30)

  • Möminləri diz-dizə, çiyin-çiyinə eyni səfdə toplayan came birlik və bərabərliyin rəmzi məkandır. Ancaq bu müqəddəs məbəddən nifaq üçün istifadə etməyə cəhd göstərənlər də olmuşdur. Münafiqlər müsəlmanlara zərər vermək üçün Mədinədə belə bir məscid tikmişlər. Quran bu məscidi “Məscidi-Dirar” kimi təvsif (təsvir) edir. (17:54)
  • Münafiqlər İslam əleyhinə fəaliyyətlərini açıq-aşkar və rahat həyata keçirə bilmədikləri üçün əlverişli bir mərkəzə ehtiyac hiss edirdilər. Beləliklə, Hicri 9-cu (630-cu ildə) Mədinədə Salam b. Avf oğullarının ərazisində Quba Məscidinə yaxın bir yerdə “məscid” tikdilər. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Təbuk səfərindən qayıdarkən Mədinə yaxınlarında “Tövbə” surəsinin 107-110-cu ayələri nazil oldu. Ayələrdə belə buyurulur: “(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir! (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər! Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” Münafiqlərin hiyləgər planlarını aşkar edən ayələr nazil olandan sonra Allah Rəsulu sözügedən məscidi dağıtdıraraq fitnə-fəsadın qarşısını almışdır. (20:00)
  • Məscidi-Dirar, bəlkə də, bir dənə olub, lakin İslam tarixində “Məscidi-Dirar ruhu”nu oyadıb fitnə odunu alışdıranlar olmuşdur. Demək olar ki, hər dövrdə müxtəlif keyfiyyət, forma və lisanda, məsciddə olmasa da, bir binada, ya da adi bir evdə “Məscidi-Dirarın” müəzzinliyi edən (fitnə-fəsad çıxaran) münafiqlər olmuşdur. (23:30)

Sual-3) Məscid ədəbi baxımından “Ey Adəm oğulları! Hər məscidə girişinizdə gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (“Əraf” surəsi, 7/31) məallı ayəni necə başa düşməliyik? (25:50)

  • Ayədə xitab “ey iman edənlər” deyil, “ey Adəm oğulları” şəklindədir. Bu xitabda məscid qapılarının hər kəsin üzünə açılmasına və məscidlərdən hər kəsin istifadəsi üçün şərait hazırlanmasına təşviq var. (26:08)
  • Məscid toplantı yeri olduğuna görə, oraya gözəl və təmiz paltarda, qibtəedici halətdə getmək lazımdır. Xüsusən, Cümə namazlarına gedərkən qüsl almaq və gözəl ətir vurmaq lazımdır. Soğan, sarımsaq yeməklə, mədə, boğaz, ağız xəstəliyindən meydana gələn kərih qoxularla başqalarını narahat etməməyə, iyrəndirməməyə diqqət etmək lazımdır. (27:18)
  • Yemək-içməkdə olduğu kimi geyim-keçimdə də israfa yol verilməməlidir. Təmiz geyim israfçılıq tələb etmir. (31:27)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message