Bayram həsrəti ilə keçən əsrlər və zərbə aldıqca güclənən bahadırlar

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Bayram həsrəti ilə keçən əsrlər və zərbə aldıqca güclənən bahadırlar

Bayram həsrəti ilə keçən əsrlər və zərbə aldıqca güclənən bahadırlar

Həsrətini çəkdiyimiz həqiqi bayramlar və Süleyman şah türbəsi

  • Ərəb dilində bayram mənasına gələn “id” sözü sevinc və şadlıq günü deməkdir. Ancaq biz gerçək şadlığı və sevinci üç əsr əvvəl itirmişik. Üç əsrdir, ona çatmağa çalışsaq da, ağıla-məntiqə uyğun bir yol tapa bilmədiyimizə görə, daha doğrusu, Mühasibinin sözləri ilə desək, Quran məntiqinə müvafiq bir yol seçə bilmədiyimizə görə, itirdiyimizi qaytara bilməmişik. Şeytan oğurladı, yoxsa onun dünyadakı əvanələri (köməkçiləri), bilmirik. Ancaq bildiyimiz bir şey var ki, onu oğurladılar! Onu geri qaytarmaq lazımdı. Suriyədəki Süleyman şah türbəsinin müdafiəsi naminə görülən tədbirlər nə qədər müqəddəsdirdə, bu yolda atılan hər bir addım da müqəddəs sayılır.
  • Xalq, ordu, − hamımız Süleyman şah türbəsinin müdafiəsinə əhəmiyyət verir, bu tarixi abidəni şərəfimiz kimi qorumağa çalışırıq. “Nə badə ona kiminsə əli dəyməsin. Nə badə başqalarının hakimiyyəti altına düşməsin!” deyirik. Halbuki biz Allahın əmanətini, bizə əmanət edilən dəyərləri
    həqiqi imanı, ruhumuza həkk olunan, həyatımızın və mənliyimizin bir parçası sayılan İslam həqiqətini, ehsan həqiqətini, ixlas, yəqin, eşqü-iştiyaq həqiqətinin ənginliyini, Allaha qovuşma düşüncəsini itirmişik. İtirmişik, biganəliyə qurban vermişik, yoxsa oğurlayıblar?
  • Bizim gerçək bayramımız bu dəyərlər geri qayıdanda olacaq. Ömrü vəfa edib o günləri görənlər məndən salam söyləsinlər. Uşaqlıqdan bunun xəyalları ilə yaşayıram. Bu dəyərlər məcmusu, silsiləsi, abidəsi – nə deyirsiniz-deyin, onun dəyəri kəlmələrə sığmaz – geri qayıdanadək biz o dəyərlərin yetimiyik. Onu qaytardığımız gün bayram edəcəyik.
  • Bizim həqiqi bayramımız odur. Hələlik bayramların “surətini çıxamaq”la təsəlli tapırıq. Ancaq inanırıq ki, bu şəkildə bayramların “surətini çıxarmaq” bir mənada, həqiqi bayramlara gedən yoldur. Bu bayramları təkrarbətəkrar keçirdikcə, ildə bir dəfə, iki dəfə; beləcə bir ömür boyu, altmış ildə 120 dəfə qeyd etdikcə sonda Cənabi-Haqq deyəcək ki: “Həqiqi bayramı bəxş edim, barı bunlar qane olsun”. Bu bayramın şərəfəsindəyikmi (minarənin ucundakı həlqə, müəzzinin azan oxuduğu yer), ərəfəsindəyikmi, yoxsa Ərəfəni bayrama birləşdirən gecəsindəyikmi, bilmirəm. Onu kəsdirmək çətindir. Ancaq ümid edirəm ki, inşallah, siz o məsələyə (dəyərlərin dirçəldilməsi istiqamətində səy göstərməyə) yaxınsınız. Allah (cəllə cəlalühu) yaxın olanların ümidlərini puç etməz.

Heç tərəddüd etməyin, yolunuz doğru yoldur!..

  • Bir yol tutub gedirsiniz! – Mənim sözlərim inandırıcı olmaya bilər, ancaq bu sözləri inamla deyirəm! – Zərrəcən sapmadan getdiyiniz bu yol, nə qədər amansız təzyiqlərlə məruz qalsanız da, doğru yoldur!..
  • Yuxulara baxıb əməl işləməzlər. Ancaq bu yuxuların sayı 100-ə, 200-ə, 300-ə çatırsa, ona biganə qalmaq da doğru olmaz. Dinin əsasları Kitab, Sünnə, icmayi-ümmət və qiyasi-füqəhadır. Buna baxmayaraq Allah-taala Rəsuli-Əkrəm Peyğəmbərimizi (sallallahu aleyhi vəsəlləm) – bu ifadəni Onun haqqında işlətmək doğru deyilsə, O Uca Ruh məni bağışlasın – yuxularla vəhyi qəbul etməyə hazırlayırdı
    İndi də bəzi ədəbsizlər “Filankəslər yuxu ilə hərəkət edirlər” deyirlər. Biz yuxu ilə deyil, Kitabla, Sünnə ilə, icmayi-ümmətlə, qiyasla, şəriətə müvafiq olan örflə, adətlə, ənənə ilə, ruh və məna köklərimizdən süzülüb gələn şəkərlə, şərbətlə hərəkət edirik!
  • Yolunuz doğru yoldur, yolunuzdan sapmayın, dayanmadan irəliləyin! Çünki siz yaşatmaq üçün yaşayırsınız! Bu yolda əlavə işlər də görürsünüz. Yəni təkcə qəlblərin kamilləşməsinə vəsilə olmaq, ruh abidənizi yüksəltmək deyil, dünyanın müxtəlif yerlərində yoxsul, pərişan, dərbədər yaşayan, inim-inim inildəyən insanlara əl uzatmaq da sizin vəzifənizdir. Qurban bayramında qurbanlıq apararsınız! Başqa vaxtlarda maddi kömək edərsiniz! Xəstəxanalar açarsınız! İmkan olanda məktəblər açarsınız! Buna imkanı çatmayan insanların köməyinə gedərsiniz! Kaş kömək edə biləydik. Zülmə, haqsızlığa məruz qalanların, nahaq yerə cəzalandırılanların, həbsə atılanların, haqsız yerə istintaqa cəlb edilənlərin köməyinə çata biləydik.

Diləyim odur ki, ittihadçılar kimi macərapərəstlik etməsinlər və bu milləti bir daha dünya müharibəsinə sürükləməsinlər!..

  • Sizə düşmənç kəsilən, hazırlıq kurslarına imkan verməyən, ölkəni İstihbarat dövlətinə çevirməyə təşəbbüs edənlər uğursuluğa düçar olur. Diləyim odur ki, ittihadçılar hislərinə qapılıb Dövləti-Aliyəni macəraya qurban verdikləri kimi, orada-burada müharibəyə girməklə bu milləti bir daha Birinci Dünya müharibəsinə sürükləməsinlər. Onlar Osmanlının axırına çıxdılar, dünya dövlətləri arasında müvazinəti qoruyan əzəmətli bir dövlətin, sükanı əlində tutan bir dövlətin axırına çıxdılar. Cənabi-Allah bir parça qalan, qonşulardan təcrid olunan, qonşu dövlətlərlə əlaqələri pozulan əli-qolu bağlı bir dövləti hər sözündə yanılan insanların ümidinə qoyub yenə macəraya qurban etməsin. Türk milləti tarix boyu misilsiz xidmətləri ilə bəşəriyyətin taleyini dəfələrlə dəyişdirmişdir. İnanın ki, Rəşid Xəlifələrdən sonra bu işdə onun tayı-bərabəri yoxdur. Bunu yadda saxlayın: Əbu Bəkir, Ömər, Osman, Əlidən sonra Osmanlı gəlir. Onun yaşamasına imkan vermədilər. O uğursuz dillər, o uğursuz əllər, o nəsh düşüncələr heç olmasa övladlarını, nəvələrini, gələn nəsilləri hədər etməsin, yoxsa bu millət bir daha belini dikəldə bilməz. Cənabi-Allah bu milləti iş bilməzlərin ümidinə qoymasın.
  • Doğru bildiyiniz yolda irəliləyin. Bu yol çağlayan dəryalara bənzər. Dəryanı anasından − dənizdən ayıra bilməzsiniz, o, bir yol tapıb anasına doğru axacaq. Sağdan yolunuzu kəssələr, sol yoldan gedəcəksiniz. Sol yolu da kəssələr, üstündən aşacaqsınız. Qabağınıza qaya qoysalar, dəlib keçəcəksiniz. Bu da alınmasa, gözləyəcəksiniz. “Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın / Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın” deyib Cənabi-Allahın taleyinizə yazdığı inayəti gözləyəcəksiniz.

Yumruqlandıqca mənən güclənirsiniz, hazırlıq kursları, məktəblər, universitetlər yenə dolub-daşır!..

  • Zərbə vurmaq, yolumuzu kəsmək istədilər, alınmadı. Ali məktəblərə hazırlıq kursları, Allahın izni və inayətilə, aldadılan üç-beş nəfər istisna, yenə dolub-daşır. Bu müəssisələr dolub-daşdıqca istəməyənlər də kin, nifrət və intiqam hisləri ilə dolub-daşır. “Məktəblərinə şagird göndərməyin!” dedilər, amma yerlər artıqlaması ilə doldu. Müəllimlər “Şagirdləri yerləşdirməyə yer tapa bilmirik” deyirlər. “Univerditetlərini seçməyin!” dedilər. Amma orada da Allahın izni və inayəti ilə yer qalmadı. Ölkə xaricində də vəziyyət bundan fərqli deyil. Yumruqlandıqca, Allahın izni və inayətilə mənən güclənirsiniz. Heç nigarançılıq çəkməyin.

Kimsə yoxmu dərnəyin yüzdən artıq ölkəyə, o cümlədən Fələstinə bir yol tapıb humanitar yardımı çatdırdı

  • Sonra məsələni gətirib “Kimsə yoxmu” dərnəyinə caladılar. “Kimsə yoxmu” dərnəyinin könüllü heyəti yetmiş ölkədə kasıblara, yoxsullara, fəqir-füqəraya, pərişan və dərbədər vəziyyətdə olanlara yardım etdi. Sel fəlakətində zərərçəkənlərin köməyinə çatdı. Dəfələrlə Fələstinə əl uzatdı. “Kimsə yoxmu” bir yol tapıb oraya da yardımlarını çatdırdı. Fələstində kurlsar açıldı. Dostlarınız onlarla yaxın əlaqələr qurdular. Səssiz-səmirsiz kömək etdilər. Bir vaxtlar deyildiyi kimi, Allahın izni və inayətilə, rəsmi yollarla bağlı qapıları açdılar. Bu yollarla zülmə, haqsızlığa məruz qalan, heysiyyəti, şərəfi tapdalanan insanların köməyinə getdilər. Allahın izni ilə, bu yardımlar davam edəcək, inşallah.
  • Ötən il qurban kəsmək, paylamaq sərbəst idi. Bu il isə − nə qədər mane olmağa çalışsalar da – kəsilən qurbanların sayı iki qata çıxıb. Demək ki, əngəllər çıxanda – təəccüblü haldır – Allah (cəllə cəlaluhu) daha çox güc, qüvvət verir, insanları vəcdə gətirir. Bir nəfərin filan yerdəki mədəninə hücum çəkir, işlərinə əngəl çıxarmaq istəyirlər. Ancaq Allah başqa qapılar açır və hər il yüz baş qurbanlıq heyvan verən şəxs bu il min heyvam kəsdirir.

Heç bir nifaq düşüncəsi himmət hissi ilə cuşa gələn insanın yolunu kəsə bilməz!..

  • Buna da əngəl olmağa çalışsalar – Ana kimi şəfqətlidir Anadolu insanı. Dəfələrlə ölüm yollarını, Allahın izni və inatəyilə, diriliş yollarına çevirən igidlərdir onlar – Anadolu insanı pulunu cibinə qoyacaq, mənim ürəkdən sevdiyim zəngin qardaşlarım lazımi yerlərə gedib yardım edəcəklər… Fələstinə, Tanzaniyaya, Keniyaya, Cənubi Afrika Respublikasına… Allahın izni və inayətilə, yardım hissi ilə vəcdə gələn Anadolu insanının, bu köhlənlərin yolunu heç bir nifaq düşüncəsi kəsə bilməyəcək.
  • İndiyədək doğru yolda gedən insanların yolunu kimsə kəsə bilməyib. Həzrəti Musanın yolunu kəsmək istəyənlərin qarşısına ya Nil, ya da Qırmızı dəniz çıxdı. Həzrəti Nuhun yolunu kəsmək istəyənlərin qarşısına tufan çıxdı. Həzrəti İbrahimin yolunu kəsmək istəyənlər yerlə-yeksan oldu. İnsanlığın İftixarı Peyğəmbərimizin yolunu kəsmək istədilər, O da çıxdı getdi. Öz sistemini qurmaq üçün boya-başa çatdığı və bir mənada əkizi sayılan Kabəni tərk edib Mədineyi-Münəvvərəyə getdi. Bu sistemin qurulmasına, Allahın izni və inayətilə, nə Əbu Cəhillər, nə Ütbələr, nə Şeybələr, nə İbn Əbi Muaytlar və onların hampaları mane ola bildi. Atdığı hər addım bir mənada Onu böyük fəthə yaxınlaşdırdı və gün gəldi, Kəbə də ona ram oldu, mehrab, minbər Onun oldu, Allahın izni və inayətilə.
  • Bu baş verənlər yeni deyil, tarix təkrar edir. Tarix Həzrəti Adəmdən bu günədək əlli dəfə, söz gəlişi əlli dəfə dedim, bəlkə əlli min dəfə belə hadisələrə şahid olub. Bu nə birinci, nə də sonuncudur. Siz heç ümidinizi itirməyin!

Dünyada itirənlər dünya üçün yaşayanlardır. Axirət aşiqləri dünyada itirəndə axirətdə qazanırlar

  • Allah göstərməsin, deyək ki, dünyəvi itkiniz oldu. Dünyəvi itki “dünyalı”ları (dünya üçün yaşayanları nəzərdə tutur – tərc.) maraqlandırır, “üxrəvi”lər (axirət üçün yaşayanları nəzərtə tutur – tərc.) üçün bunun heç bir əhəmiyyəti yoxdur! Siz bu dünyada itirib o biri dünyada qazanmış olursunuz.
  • Qoy onlar elə bilsinlər ki, sizin axırınıza çıxdılar. Ancaq siz ayrı bir aləmdə, ayrı dünyalarda nicat tapacaqsınız. Onlar isə sizə baxıb “Ya leytəni, ya leytəni, ya leytəni!..” deyəcəklər… Yəni kaş əngəl omayaydıq! Kaş hazırlıq kurslarına burnumuzu soxmayaydıq! Kaş qurban fəaliyyətlərinə mane olmayaydıq! Kaş tərtəmiz nəslə “paralel-maralel” damğası vurmayaydıq! Dində “hüməzə” və “lüməzə” böyük günahdır, kaş bu günaha girməyəydik. O biri dünyada bu sözləri bəxtiyarlar, xoşbəxtlər, nicat tapanlar deməyəcək. Lakin bu məsələyə lazımınca həssaslıq göstərməyənlər peşman olacaq.
  • Allah onları da islah etsin. Dillərindəki möminliyi qəlblərinə sirayət etdirsin. Zahiri müsəlmanlıqdan batini müsəlmanlığa yönəldib həqiqi İslamın zövq və şövqünü hiss etdirsin.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message