Fəthullah Gülən hər zaman haqsız tənqidlərə məruz qaldı

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fəthullah Gülən hər zaman haqsız tənqidlərə məruz qaldı

Üzləşdiyi haqsız tənqidlərə uzun müddət sonra cavab verən Fəthullah Gülən Xocaəfəndini ziyalılar da dəstəklədi. Gülənin İnqilabçı Qərargah təşkilatına kömək və gizli dəstək iddiası ilə həbs olunan Hanəfi Avcının kitabındakı iddialarına verdiyi cavaba prof. Doğu Ergil: “Sözləri elə doğrudur ki, ayrıca kiminsə təsdiqinə ehtiyac yoxdur” – dedi. Jurnalist prof. Mehmet Altan, “Bir dövlət varsa, onu heç kim ələ keçirə bilməz. Məncə, Camaat mübahisələri ilə Ergenekon prosesini təsirsiz hala gətirməyə çalışırlar,” – deyə fikrini bildirdi. Jurnalist Nazlı Ilıcak isə Fəthullah Gülən və sevənlərinin hər zaman belə haqsız tənqidlərə məruz qaldığını qeyd etdi.

Fəthullah Gülən hər zaman haqsız tənqidlərə məruz qaldı

Gülən haqqında haqsız iddiaların yeni olmadığını söyləyən Ilıcak 1998-1999-illərində də buna bənzər ittihamların ortaya atıldığını, amma hər səfər Gülənin bəraət qazandığını xatırlatdı. Ilıcak mövzu ilə bağlı bir neçə nümunə verdi: “1998-1999-cu illərdə “Aydınlık” jurnalında “Polisdə Fəthullahçı təşkilatlanma” adı altında da yazılar çıxmışdı. Ankara Təhlükəsizlik İdarəsinin Sədri Cevdet Saral və Osman Ak “Fəthullahçılar bunlardır” deyə bir siyahı verdi. Siyahıda keçən adlar “Fəthullahın Copları” adı altında kitablaşdırıldı. 1999-cu ilin iyun ayında bir kaset ortaya çıxdı. Bu kasetə görə Nuh Mete Yüksəl istintaqa başladı, ancaq o, həmişə bəraət qazandı. Orijinal (islaq imzalı) sənəddə də “Hədəf götürüləcək” yazılmışdı. Çoxlu misal vermək  olar,” – dedi.

Xocaəfəndiyə qarşı edilənlərin siyasi xarakter daşıdığını söyləyən prof. Doğu Ergil Xocaəfəndinin son söhbətində dediyi sözlərə “Nə lazımsa, izah edib,” – dedi. “Dövlət əldən gedir” qorxusunu yaymağa çalışdıqlarını deyən Ergil Gülən Fəaliyyətinin könüllülər və sivil fəaliyyət olduğunu ifadə etdi. Fəaliyyətin bu qədər tərəfdarı olmasını, dünyaya yayılmasını bəzilərinin qəbul edə bilmədiyini deyən Ergil: “Çünki ortada buna bənzər bir təşəbbüs yoxdur. Ancaq edərsə, dövlət edər, dövlət də eləmir. “Dövləti ələ keçirəcəklər” deyirlər. Diqqət edirsinizsə, Türkiyə siyasətində baş rolda həmişə dövlət olmuş, xalq deyil” – dedi.

Prof. Mehmet Altan isə Türkiyədəki hər bir qarşıdurma və çəkişmənin şəxslər ətrafında cıərəyan etdiyini bildirdi. Hüquqi dövləti heç kimin ələ keçirə bilməyəcəyini deyən Altan “Təhlükəsizlik qurumlarının, məhkəmələrin, dövlətin kiminsə əlinə keçməsi dövlətin olmaması deməkdir,” – qeydini verdi. Son müzakirələrin Hrant Dinkin də ölümünə səbəb olan Ergenekon prsosesinin dayandırılmasına hesablandığını vurğulayan Altan belə dedi: “Uzun zamandan bəri hərbi dairələr demokratiya tərəfdarlarına və müxtəlif yollarla birinci cümhuriyyətin daxili təşkilatlanmasına qarşı çıxanlara, hərbinin də demokratik nəzarətə verilməsini istəyən hər kəsə “Fəthullahçı” deyir. Bu, bir psixoloji müharibədir. Bu camaatın varlığından, yoxluğundan, funksiyasından, fəaliyyətindən asılı olmayaraq, Türkiyədəki psixoloji savaş alətlərindən biri də hər bir demokrata, antimilitaristə verərək bilərəkdən, qəsdən “camaat üzvü” adını yapışdırmaqdır. Məqsəd tənqidləri bir kənara qoyub bunu camaat üzvünün söylədiyini iddia etmək və Ergenekon kimi dövlətdaxili təşkilatlanmanın ortaya çıxmasına maneə olmaqdır”.

Fəthullah Gülən son günlər gündəmə gələn mövzularla bağlı “herkul.org” ünvanlı internet saytında fikrini bildirdi. “Yalançının şamı yatsıya qədər yanar” atalar sözünü xatırladan Gülən, “O şam çox yanmaz, demirəm “yalançı”dır, tərbiyəm rəva görməz, lakin o şam çox yanmaz, yansa, belə yatsıya qədər yanar və sönər” demişdi. “Fəthullahçı” istinadından narahat olduğunu, “kadrlaşma” iddialarının xoşagəlməz olduğunu söyləyən Xocaəfəndi sözlərinə dəyər verənlərin Təhlükəsizlik qurumlarında da, mülki müəssisələrdə də ola biləcəyini vurğulamışdı. “Mənə simpatiyası olanlar, zinhar simpatiyası olmasın, yoxsa Allahın hüzurunda iki əlim onların yaxasında olsun” deməliyəm?!.” sualını verən Gülən “bir insanın öz millətini öz ölkəsinin bəzi qurumlarına işə girməyə təşviq etməsinə “sızma” demək olmaz” deyə vurğulamışdı: “Təşviq edilən insanlar da, həmin müəssisələr də bu ölkəyə aiddir. Bir millətin fərdi öz milləti üçün var olan müəssisələrə sızmaz, bu, onun haqqıdır, girər oraya.” (Aişə Tosun)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message