Anadoludan qlobal xidmətə

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Anadoludan qlobal xidmətə

ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda “Gülən Fəaliyyəti” haqqında beynəlxalq konfrans keçirildi. Konfransda 26 ölkədən 21 məruzə təqdim edildi. “Yerli fəaliyyətlərdən qlobal xidmətə” adlı bu konfransda Fəaliyyətin Qərb dünyasının İslamı düzgün tanımasında böyük rol oynadığı vurğulandı. Fəaliyyətin Anadolu “hekayələrin”dən bəhs etməklə yanaşı, könüllülərin Fəaliyyətə qlobal mahiyyət qazandırmasından söz açdılar.

Dünyanın müxtəlif bölgələrində təşkil olunan “Gülən” konfransları silsiləsinin son halqası Amerikanın ən böyük şəhərlərindən biri olan Çikaqoda keçirildi. Fəxri Rəhbəri Fəthullah Gülən olan Niaqara Vəqfinin təşkilatçılığı və 11 Amerika universitetinin iştirakı ilə keçirilən konfransda Gülənin fikirləri və fəaliyyəti müzakirə edildi. Çikaqo Universiteti mərkəzi kompleksində təşkil edilən konfransda könüllülərin Anadolunun kiçik, təvazökar şəhərlərində başlayan bir fəaliyyətin qlobal bir hadisəyə çevrilməsi analiz edildi. Konfransın ilk məruzəsini Corctaun (Georgetown) Universitetinin nümayəndəsi prof. dr. Tomas Mişel (Tomas Michel) oxudu. Onun danışdığı xidmət əhvalatları böyük maraqla qarşılandı. Professor Mişelə görə təhsil könüllüsü Qaziantəpli Erol bəy və Malatyalı Oğuz bəyin ömür yolu, fəaliyyətləri və fədakarlığı bu qlobal fəaliyyətin mahiyyətini anlamaq üçün əhəmiyyətli ipucları verir.

Oğuz bəy Malatyada böyümüş ODTÜ-nü bitirdikdən sonra Qırğızıstana Türk məktəbinə müəllim işləməyə getmiş və bir qırğız müəllimə ilə ailə həyatı qurmuşdur. Türkiyədə yaxşı iş imkanları olsa da, ömrünü Qırğız gəncliyinin təhsilinə həsr etmiş bir könüllüdür. Erol bəy isə Qaziantəpdə orta səviyyəli bir iş adamıdır. Onun ömür yolu Vyetnamla kəsişir. Orada açılan Türk məktəblərinin sponsorlarından biri olan Erol Bəy bu günə qədər o məktəbə 600 min dollar maddi dəstək vermişdir. Xidmətin təməl dəyərlərindən biri olan ibadət və qulluq haqqında söz açan prof. Mişel Fəthullah Gülənin İslamdakı ibadət və qulluq anlayışına “übudiyyət”i, yəni qulluq şüurunu əlavə etdiyini ifadə edərək sözünə belə davam etdi: "Gülənə görə insanın xilası ibadətdədir. Lakin (o) qulluq şüuru və ibadət deyəndə təkcə bildiyimiz mənada İslam ayinlərindən bəhs etmir. O, ibadət və qulluq şüurunu müasir həyata tətbiq etmişdir. Qırğızıstandakı məktəbdə müəllimlik etmək və Vyetnamdakı xidmətə maddi dəstək göstərmək də bir ibadət və qulluq sayılır. Bunlar Erol və Oğuz bəyin ibadətinə əlavə olunur."

Məruzəsinə Fəaliyyətlə bağlı baş vermiş hadisələri əlavə edən məruzəçilərdən biri də Texas The Incarnate Word Universitetinin əməkdaşı prof. Marta An Kirk (Martha Ann Kirk) idi. Onun araşdırdığı bölgə isə Şimali İraq və orada həyata keçirilən fəaliyyətlərdir. Şimali İraqda 15 məktəb və 2 xəstəxananın fəaliyyət göstərdiyini deyən prof. Kirk məktəblərdə müəllimlik və ya bəllətmənlik edən İraqlı gənclərin başına gələnləri dinləyicilərlə bölüşdü. Onlar müharibədə yaxınlarını itirmiş, ailələri dağılmış faciə ilə üzləşən insanlardır, bu onların ortaq taleyidir. Bu qədər təhlükəli bölgələrə qorxmadan, cəsurcasına gedən könüllüləri “mənəvi yanğın söndürənlər” saydığını vurğulayan prof. Kirk "Məktəblər o bölgələrə həm şəfqət və mərhəmət yayır, həm də o məktəblərdə işləyən Kürd və Türkmən uşaqlarının həyatda görə bilmədiyi şəfqət və mərhəməti öz xalqının övladlarına göstərməsi üçün zəmin hazırlayır,"  – dedi.

Con Karrol (John Carroll) Universitetinin əməkdaşı prof. Zeki Sarıtoprak isə akademik dairələrdə çox da gündəmə gətirilməyən bir mövzuya təmas edərək Gülənin peyğəmbər sevgisindən bəhs etdi. Bildirdi ki, Xocaəfəndinin bu cəhətini ən gözəl şəkildə “Sonsuz Nur” kitabı və “Mədinənin Gülü” adlı şeiri əks etdirir. (Zafer Özcan)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message