6 may 2008-ci ildə Mehtap TV-də canlı yayımlanan “Düşüncə Günlüyü” adlı proqramda dünyaya yayılan Türk məktəbləri və Fəthullah Gülən Xoca Əfəndinin FP jurnalı tərəfindən 100 intellektual şəxsiyyətdən biri seçilməsi haqqında danışıldı. Yazıçı-jurnalist Ali Bulaçın təqdim etdiyi və aparıcısı olduğu proqramda “Bugün” qəzetinin köşə yazarı Ahmet Taşgetiren və “Zaman” qəzeti yazarı Hüseyin Gülerce dəyərli fikirləri ilə çıxış etdilər. Taşgetiren və Gülerce Türk məktəblərinin dünya sülhünə verdikləri töhfədən və ölkəmizin dünya nəzdində tanınmasına gətirib çıxaran təhsil fəaliyyətlərindən ətraflı şəkildə bəhs etdilər.

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”
Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…







